ŞƏHİD QARDAŞIM
Tarix: 09-05-2024 18:01
(Hekayə)
Son vaxtlar cəbhə bölgəsindən gələn xəbərlər hamını narahat edirdi. Bu gün eşitdiyi xəbərlərdən üzülən Əlizamin səhərə yaxın evə getdi və anasına dedi:
-Bu gecə Tovuzda bilirsən nələr baş verib?
Ülviyyə ana gecəni küçədə dostları ilə keçirən oğlunu əvvəlcə danladı, sonradan intiqam hissi ilə yaşayan oğluna təsəlli verdi:
-Oğul, bu dünyanın yönü dəyişmir, büründüyü don da sehrlidir. Anlamaq olmur ki, insanlar bir-birini niyə didir? Şeytanlar onların içinə dolub tamahını artırır, işıqlı dünyanı zülmətdə və nifrətlə yaşamağa məcbur edir, Özgənin torpağında gözü olanların axırı yaxşı olmaz, geci-tezi var. Vaxt gələcək millətimizi ulu torpaqlarımızdan məcburi qovanların özləri həmişəlik oranı tərk edəcək. Bir az səbr edək, bala.
-Sən haqlısan, ana! Tovuz rayonu istiqamətində iyulun on üçündən başlayan hərbi toqquşmalarda artilleriya və minaatanların tətbiqi ilə gedən gecə döyüşlərində Ermənistan Ordusunun dayaq məntəqəsi, artilleriya qurğuları və canlı qüvvəsi məhv edilib. Amma bu gün iyulun on dördündə səhər saatlarında qanlı döyüşləri idarə edən Polad Həşimov əsgərlərlə birgə ön xətdə şəhid olub.
Ana baş verən hadisələrdən xəbərdar idi.
- İki gündür orda aləm dəyib bir-birinə. Ermənilər nə vaxtadək bizimlə torpaq davası edəcək? Min əzab-əziyyətlə dünyaya övlad gətirən analar bala dərdinə necə dözəcək?
Əlizamin dedi:
- Kaş ki mən də orda öləydim. Ölüm haqdır, onsuz da hamımız qara torpaq altına gedəcəyik.
Ülviyyə ana var-gəl edib dedi:
- Elə demə, sənsiz yaşaya bilmərəm. Dünən sənin ad günün idi. Sənəd üzərindəki tarix başqa olsa da sən əslində iyulun on üçündə dünyaya gəlmisən. Gecə evə gəlmədin ki, ad gününü qeyd edək. Tort hazırlamışdım, süfrə də açacaqdım.
Əlizamin anasının gizli axıtdığı göz yaşlarını görüb alnından öpdü və dedi:
- Ad günümü keçirtmək istəmədim. Ona görə də gecə evə gəlmədim. Tovuzda
savaş gedirsə mənim boğazımdan tort, ya başqa ləziz yeməklər keçərmi heç?! Əsla! Biz analar üçün hər yaşda uşağıq. Sizə qarşı bilmədən kobudluq, ərköyünlük etsək də bağışlamağı bacarırsınız. Amma Vətənin dar günündə harayına qalxmasaq, düşmənin ulu torpaqlarımızda at oynatmasına, Cıdır düzündə yallı getməsinə göz yumsaq gələcək nəsillər bizi bağışlamaz. Ağlama, səhərədək oyaq qalıb məni gözləmisən, get bir az yat.
- Ağlamıram ki... Üzüm tərləyib, indi yuyacam.
- Bəsdir ana, nəmli gözlərindəki kədər qəlbimi sızladır. Dincəlsən yaxşı olar, yəqin bacım
da hələ yatır.
- Narahat olma, bəs sənin yuxun gəlmir? Bəlkə sən də yatasan?
- Ana, heç gözümə yuxu gedər? Səbr kasamız dolub, hamı əmr komandası gözləyir. Mən
də könüllü cəbhəyə gedəcəm.
Ülviyyə ananın ürəyi çırpınmağa başladı. Oğlunu fikrindən döndərməyə çalışdı:
- Elə mənim də səbrim tükənib. Amma sənin iki körpən var, onlara nə deyərik?
Sən hərbi xidmətdə borcunu yerinə yetirmisən. Təxribatlar törədən düşmən ölkə özünə arxayın olsaydı, açıq müharibə elan edərdi. İki min on altıncı ildəki şanlı aprel döyüşləri, iki min on səkkizinci ildəki Naxçıvanda uğurlu Günnüt əməliyyatı, elə bu Tovuz döyüşlərinin özü bizi böyük qələbəyə aparacaq. Xalqımız Ordumuzla həmişə bir olub, kimliyindən asılı olmayaraq hamı torpaq uğrunda vuruşacaq.
Əlizamin anasını qucaqlayıb dedi:
- Mən də, körpələrim də Azərbaycan vətəndaşıyıq. Vətəni qorumaq ən ümdə borcumuzdur.
Səbrin tükənib deyirsən, ancaq övlad itkisindən qorxursan. Mən alın yazısına inanıram. Bir də ki, kişi kimi qeyrətli bacım var. Nə sən tək qalarsan, nə də körpələrim. Şükür allaha anaları da var, sizin himayənizdə olsalar, narahat qalmaram.
Bayaqdan özünü yatmış kimi göstərən, amma bütün söhbətləri eşidən Aytac gözlərini ovxalayıb yatağından qalxdı. Qardaşının yanına gəlib boynunu qucaqladı və dedi:
- Yaraşığına qurban olum ay Paşam! Sənsiz bir günümüz olmasın. İndiyədək nə qədər
küsüb barışmışıq, Allah bilir. Sən ilk, tək və sonuncu olan əbədi sevgimsən. Uşaqlıqdan keçirdiyim ən xoş günlərə görə sənə borcluyam.
- Bacı, yenə köynəyimi geyinmisən? Neçə dəfə demişəm ki, geyinmə. Bu oğlan
köynəyidir.
- Canım Paşam, köynəyini geyinməklə sənə oxşamaq, mərd olmaq istəyirəm.
Kaş mən də oğlan olaydım, ermənilərə qan uddurardım. Qaqaş, əsgərlikdə nə öyrənmisənsə mənə də öyrət. Birlikdə gedib düşmənin başını əzək.
Ülviyyə ana qızına dedi:
- Hə də, onsuz da iki erkək böyütmüşəm. Qorxmazlıqda qardaşından geri qalmırsan.
Əlizaminin üzü güldü, bacısına fərəhlə dedi:
- Mən iki min on beşinci ildən iki min on yeddinci ilədək hərbi hissədə qulluq etmişəm.
Bizə orada hərbiyə aid nə varsa, hamısını öyrədiblər. Özüm peşə liseyini bitirsəm də hərbi xidmətdə olarkən pulemyot atıcısı olmuşam. Gərək səni özümlə əsgərliyə aparaydım, ən azından silahla rəftar etməyi bacarmaq lazımdır. Belə işlər sənlik deyil!
Aytac əsəbi halda dedi:
- Özüm öyrənəcəm, hətta sənin Mədinə və İbrahim balalarına da öyrədəcəm.
Çoxları deyir ki, mən qoçaq qızam, bacarmadığım iş yoxdur. Sən isə tərsinə dedin. Küsdüm...
Ülviyyə ana üz-gözünü turşudub dedi: - Müharibə adı gələndə hər tərəfdən qan iyi gəlir. Bu balaca otaqda sizi əziyyətlə böyütmüşəm ki, müharibəyə gedəsiniz? Aydın səmada dağların, dərələrin üzərindən qartal da, sərçə də azad uçmaq istəyir. Biz də işğal altında olan torpaqlarımızı geri qaytarıb azad yaşamaq istəyirik. Əminəm ki, Milli Ordumuzun gücü və xalqımızın birliyi tezliklə bizə zəfər gününü yaşadacaq.
Aytac dedi:
- Necə ki qardaşım həmişə mənə arxa olur, mən də ona dayaq olmaq istəyirəm. Hərbiçi paltarını geyinib vuruşacam. Qaqaşım dönüb geriyə baxanda məni görəcək.
Əlizamin dedi:
- Bacı, sənə halaldır! Mən hərbi komissarlığa gedəcəm, məni könüllü cəbhəyə aparsınlar.
Bir canım var, Vətənə qurban olsun. Nə müharibədən, nə də ölməkdən qorxmuram. Təki torpaq azad olsun, düşmən ayağı altında inildəməsin.
Ülviyyə ana oğluna elə baxırdı ki, elə bil onu itirəcəyi günün yaxınlaşdığını hiss edirdi.
Aradan bir müddət keçdi. Payızın nəfəsi duyulurdu. Cəbhə bölgəsindən gələn xəbərlər böyükdən kiçiyə hamını sarsıdırdı. Düşmənin Qarabağda törətdiyi terror əməliyyatlarının ardı-arası kəsilmirdi. Hamı bircə əmrə bənd idi ki, silaha sarılıb ölkənin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxsın. Nəhayət, fitnəkar düşmənin hərəkətlərinə susa bilməyən xalqımız ölkə rəhbərindən bu əmri eşitdi.
Sentyabr ayının iyirmi yeddisindən doğma torpaq üstündə başlanan savaşa könüllü gedənlərin sayı artırdı. Onlardan biri də Əlizamin idi. Hətta könüllü kimi gizli qeydiyyatdan keçən bacısı Aytac da çağırış gözləyirdi, ancaq onu yox, qardaşını çağırdılar. Səhərə qədər yatmayan Əlizamin sentyabrın iyirmi doqquzunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər İdarəsinə ana və baçısı ilə birlikdə getdi. İyirmi üç yaşlı bu gəncin gözləri körpə oğlu İbrahimi və Mədinə qızını axtarırdı, ancaq onları görmürdü. Müxtəlif bəhanələrlə iki dəfə oğlunu aşağı çağırtdırıb üz-gözündən öpən ana və bacı göz yaşlarını saxlaya bilmir, ona baxmaqdan doymurdu. Elə hey onu yenidən görmək istəyirdilər, lakin buna vaxt yox idi. Atası Valeh o zaman Beyləqanda idi. Əlizamin söz verdi ki, imkan olsa yolüstü atası ilə zəngləşib görüşəcək. Onlar görüşə biliblər, hətta atası ona su və kabab da alıb veribdir. Bu son görüşdə Əlizamin boynundan gilizini çıxarıb xatirə kimi saxlamaq üçün atasına veribdir.
Oktyabr ayının üçündən qələbə xəbərləri gəlməyə başladı, lakin ölüm-itim xəbərləri də az deyildi. Tərtər rayonunun Suqovuşan və Talış kəndləri, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin işğaldan azad olunması xəbərləri yeni müjdələrə yol açdı. Bu xoş xəbərləri eşitdikcə Aytac deyirdi ki, qaqam yanılmayıb, biz müharibədə qalib gələcəyik!
Əlizamin imkan tapanda evdəkilərə mesaj yazır və zəng edirdi. Sonuncu dəfə səsli danışanda Elmar adlı döyüşçünün ona: - Sən hərbi botinkanı, mənə verdin. Sənin geyindiyin isə dabanlarını əzir, bəlkə dəyişək, - dediyini anası eşidəndə çox pis oldu. Amma sən düz etmisən oğlum, - dedi. Aytac hər dəfə mesaj alanda: - Əsgər Əlizamin Mustafalıdan salam var, - deyirdi. O Cəbrayıl istiqamətindəki döyüşlərin birində yoldaşlarını mühasirədən çıxardığını yazan qardaşı ilə fəxr edib sevinirdi, lakin bu sevinc uzun çəkmədi. Oktyabrın doqquzundakı zəng sonuncu oldu. Cəbrayıl, Füzuli və Hadrut istiqamətində gedən qızğın döyüşlərdə Əlizamin mərdliklə vuruşurdu. Oğlundan fərəhlə danışan ananın da sevinci uzun sürmədi. Valeh ata yaxınları ilə birgə neçə gün zəngi və mesajı kəsilən oğulun axtarışına çıxdı. Oktyabrın iyirmi birində gecə vaxtı əmi oğlunun gətirdiyi bəd xəbər ailə üzvlərinin gülüşünü üzündə, istəklərini ürəyində həmişəlik dondurdu. Aytac, anası, qonaq gələn yaxın qohumları və bibisi Qətibə Əlizaminin Hadrut istiqamətindəki döyüşdə şəhid olması xəbərinə inanmaq istəmirdi.
Səhər qapıdakı üçrəngli bayrağa bürünən tabutun içindəkinin qardaşı olduğuna şübhə ilə yanaşan Aytac tabutu qucaqlayıb: - Kaş ki bu yalan olaydı, sən yenə qapıdan içəri sağ-salamat girəydin, bircə gəlişinə öz ömrümü verərdim, - deyirdi. Anası isə: - Oğlum Tovuz hadisələrindən təsirlənib könüllü cəbhəyə getdi. Mən indi gündə yüz dəfə ölüb dirilən, sağ ikən ölü olan bir anayam, - deyib acı-acı ağlayırdı.
Həyətə toplaşanlar ananı və Aytacı tabutun üzərindən güclə ayırdılar. Şəhid ananın qara örpəyindən öpüb: - Ana, başınızı dik tutun! Şəhid adı əbədi yaşayır! Məzunumuzla fəxr edirik! – deyən şəhidin müəllimlərindən idi.
Ülviyyə ana şəhidlik zirvəsini qürur, and yeri bilib başını dik tutdu.
Sumqayıtdakı Şəhidlər Xiyabanına yollanan böyük izdihama kənardan da qoşulanlar oldu.
Tələbə olan Aytac təhsil aldığı universitetdə təşkil olunan Zəfər Bayramında şəhidlərin şəkilləri sırasından qardaşının şəklini tapıb onu səsləmək istədi. Ona elə gəldi ki, qardaşı onunla danışır. Tələbələrdən biri Aytaca yaxınlaşıb dedi: - Sevin, axı zəfər günümüzdür. Qarabağı bizə qaytaran şəhidlərə, igid oğullar böyüdən analara, dəmir yumruq altında birlik yaradan tarixi sərkərdəyə sağ ol, deyən günümüzdür.
Aytac fəxrlə dedi: – Sağ ol mənim şəhid qardaşım Əlizamin Mustafalıya da düşür. Ölümündən sonra şəxsi igidliyi və göstərdiyi şücaətinə görə dövlətimiz onu “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə, “Vətənə xidmətə görə” III dərəcəli Ordenlə təltif etdi. Əmin oldum ki, “Şəhidlər ölməz, Vətən bölünməz!” Şəkillərində mənə dikilən baxışları, sanki deyir: - Aytac, mən ölməmişəm! Şəhid qardaşım, kaş ki mən də sənin kimi uca zirvədən başqalarına baxa bilərdim...
RƏNA TƏBƏSSÜM

Seçilmişlər
Ən çox oxunanlar