VƏTƏN FƏDAİLƏRİNİN İŞIQLI YOLÇUSU: MANYA SƏXAVƏTQIZININ DOĞUM GÜNÜ
Tarix: 01-09-2025 12:56

1 sentyabr AYB-nin və AJB-nin üzvü, “VƏTƏN MÜCAHİDLƏRİ”, “VƏTƏN FƏDAİLƏRİ” layihəsinin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm”, “Simurq-2021”, “Dünya Qadın” və 2023-cü ildə “Altın Palmiye - Yılın Şairi”, 2024-cü ildə “Diamonds of Azerbaijan” və “Caspian Awards Azerbaijan 2025” mükafatlarına layiq görülmüş, 11 kitab müəllifi yazıçı-publisist Manya Səxavətqızının doğum günüdür.
Dəyərli Manya Səxavətqızı!
Bu gözəl gündə, 1 sentyabrda, doğum gününüz münasibətilə qəhrəman şəhidlərimizin ailə üzvləri və yaxınları adından Sizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizin böyük zəhmət sərf edib ərsəyə gətirdiyiniz kitablar Azərbaycan xalqının tarixində və mədəniyyətində çox dəyərli bir yer tutur. Vətənə olan sevginiz, şəhidlərə və müharibə iştirakçılarına olan hörmətiniz, yazdığınız şeirlər və kitablar vasitəsilə gənc nəslə örnək olur.
Siz həm ədəbiyyatçı, həm də vətənpərvər bir insan kimi böyük bir məsuliyyət daşıyırsınız. “Vətən Mücahidləri” və “Vətən Fədailəri” kimi layihələriniz, təkcə sözün gücünü istifadə etməklə yox, həm də tarixə və milli yaddaşa xidmət etməklə çox böyük bir iş görmüşdür. Yazdığınız hər bir kitab, hər bir şeir şəhidlərimizin qəhrəmanlığını, igidliyini, cəsarətini gələcək nəsillərə təbliğ edir, onların vətənpərvər kimi tərbiyələnməsində böyük əhəmiyyət kəsb edir.
“Vətən uğrunda canını fəda edənlər, həmişə qəlbimizdə yaşayar” düşüncəsi Sizin yaradıcılığınızın əsasını, özəyini təşkil edir. Siz sadəcə yazmaqla kifayətlənmədiniz, həm də şəhidlərə, onların doğmalarına olan bu böyük ehtiramı hər bir əsərinizdə yaşatdınız. Vətənə olan dərin sevgini, xalqın qəhrəmanlıq tarixini və mübarizəsini nəinki yazılarınızda, həm də hər bir addımınızda görmək mümkündür.
Sizin müəllifi olduğunuz 11 kitabın hər biri minlərlə şəhidimizin qəhrəmanlıq dastanı, zəfər, uğur hekayəsidir. Hər bir əsəriniz oxucularınıza Vətənin dəyərini, mübarizənin əhəmiyyətini və şəhidlərin şücaətini, qəhrəmanlığını xatırladır. Universitetlərdə, məktəblərdə keçirdiyiniz görüşlərdə tələbələrə, şagirdlərə vətəni sevməyi, torpaq uğrunda canından keçən qəhrəmanları unutmamağın vacibliyini aşılayırsınız.
Bu gözəl gündə, Sizi təbrik edir, yeni yaşınızın Sizin üçün uğur, xoşbəxtlik və sağlamlıqla dolu olmasını diləyirik. Sizin yaradıcılığınız və fədakarlığınız xalqımız üçün böyük bir nemətdir və uzun illər boyu Sizin gözəl işləriniz gənclərimizə örnək olacaq.
Doğum gününüz mübarək, Manya xanım!
Hər yeni yaşınız yeni uğurların və müvəffəqiyyətlərin başlanğıcı olsun. Vətənə olan sevginiz və ədəbiyyata olan bağlılığınız daim qəlbinizdə parlaq bir ulduz kimi parlasın! Sizə sağlamlıq, uzun ömür və xoşbəxtlik arzulayırıq.






Seçilmişlər
Ən çox oxunanlar