Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
3-12-2024, 22:33

19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

“Bunun axırı yaxşı qurtarmayacaq“ - Şəhid oğlundan Nazirlər Kabinetinə ETİRAZ

Tarix: 23-04-2021 15:54   
“Bunun axırı yaxşı qurtarmayacaq“ - Şəhid oğlundan Nazirlər Kabinetinə ETİRAZ
“Şəhid adının yanında medalın, ordenin müzakirəsimi olar? Bəs deyirdiniz, bu millətin, dövlətin taleyini neçə-neçə adsız qəhrəmanlar həll edir? Bu qələbə, bu zəfər medalla əldə olunmur, qanla əldə olunur...”.

GÜNpress.az xəbər verir ki, bu sözləri Unikal Media Qrupun baş redaktoru, şəhid oğlu Zaur Əhməd (Zaur Əhməd oğlu Məmmədov) deyib.

O, sosial şəbəkə hesabında bu barədə yazaraq, hansısa küçəyə, məktəbə şəhidin adının verilməsi üçün onun ən azı iki medala sahib olmalı olduğunu qeyd edib: “Nazirlər Kabinetindən bir şəhid atasına rəsmi cavab verilib ki, oğlunun ən az iki medalı olmasa, onun adını əbədiləşdirilməsinə, hansısa küçəyə, məktəbə verilməsinə icazə verə bilmərik. Maraqlandım. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 3.1.2. bəndində belə bir məqam var: "Azərbaycanın Milli Qəhrəmanı olan, habelə vətən uğrunda döyüşlərə görə azı iki ordenlə təltif olunan şəhid adlarını küçələrə, meydanlara verirlər, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırırlar".

Jurnalist bu qərarın dəyişilməsinin tərəfdarı olduğunu bildirib: “Qeyd edim ki, bu qərarı o vaxtkı baş nazir Sürət Hüseynov imzalayıb. Dəqiq bilmirəm, belə bir qanun, qayda varmı? Varsa, indiyə kimi niyə dəyişməyib? Ümumiyyətlə, şəhid adının yanında medalın, ordenin müzakirəsimi olar? Bəs deyirdiniz, bu millətin, dövlətin taleyini neçə-neçə adsız qəhrəmanlar həll edir? Bu qələbə, bu zəfər medalla əldə olunmur, qanla əldə olunur. O qanı, canı da medala, ordenə görə fəda etmirlər. Mən özümü dərk edəndən bəri “Dövlət baba”nı baş tacı edənlərdənəm. Amma bəzən babamızın elə şeylərə göz yumduğunu görürəm ki... Ey səlahiyyət sahibləri, söz sahibləri, güc sahibləri, sizinləyəm, belə bir şərtin olmadığını deyin. Yoxsa bu cür məsələlərin axırı yaxşı qurtarmayacaq. Vətən naminə axan qanın qarşılığında şərt irəli sürməzlər...”