Məktəbdə rəhbər vəzifədə çalışan valideyn öz övladının dərslərinə nəzarət edə bilmir
Tarix: 18-06-2025 14:41

Valideyn Aqşin Kazımov övladı Atabəy Kazımlının dərsə davamiyyətinin və qiymətlərinin aşağı düşməsi ilə bağlı müraciət edib.
Gunpress.az xəbər verir ki, A.Kazımov müraciətində qeyd edib ki, övladının dərsə davamiyyətinin və qiymətlərinin aşağı düşməsi 271 nömrəli tam orta məktəbdə rəhbər vəzifədə çalışan anası Vüsalə Kazımovanın himayəsində olduğu müddətdə baş verib:
"Uşağın məktəbə davamiyyəti zəifləyib, qiymətləri isə həddindən artıq aşağı səviyyədədir. Birinci yarımildə 11 “iki” qiymətinin 6-sı “0/2” səviyyəsində olub. İkinci yarımildə də vəziyyət dəyişməyib.
V.Kazımova bu vəziyyəti gizlətmək məqsədilə uşağın məktəbini dəyişdirərək onu 72 nömrəli məktəb-liseyə köçürüb. Bu dəyişiklik yalnız nəticələrin ört-basdır olunmasına xidmət edib. Lakin bu da uşağın sinifdə saxlanılmasına mane ola bilməyib. Bu hal açıq şəkildə sübut edir ki, ana və eyni zamanda rəhbər şəxs olan Vüsalə Kazımova övladının təhsilinə mane olur və məsuliyyətsizlik nümayiş etdirir.
Sual yaranır: öz doğma övladına bu cür laqeyd münasibət göstərən bir şəxs, xalqın övladlarına necə örnək ola bilər? Rəhbər vəzifədə çalışan bir insanın bu cür davranışı həm pedaqoji etika, həm də rəhbərlik prinsiplərinə ziddir".
Valideyn çağırış edir ki, məsələ müvafiq qurumlar tərəfindən araşdırılsın, Kazımova Vüsalənin fəaliyyəti etik davranış normalarına uyğun olaraq qiymətləndirilsin və qanunvericiliyə əsasən müvafiq tədbirlər görülsün.
Seçilmişlər
Ən çox oxunanlar