Atam sahib çıxmır, çöllərdə qalmışam... - Deputat qızından şok açıqlama (VİDEO)
Tarix: 25-10-2025 17:56
Milli Məclisin deputatı Elman Nəsirovun qızı olduğunu iddia edən Laləzər Əliyeva (Nəsirova) sosial şəbəkədə çıxış edərək atasından gileylənib.
O, həyatının acınacaqlı durumda olduğunu və atasının da buna laqeyd yanaşdığını qeyd edib.
L.Əliyeva bildirib ki, o dəfələrlə qayınatası tərəfindən təhqir edilərək evdən qovulub. Hazırda qohumlarının evinə sığındığını deyən 26 yaşlı qadın, iki uşağı ilə birlikdə çarəsiz qaldığını bildirib.
Məsələ ilə bağlı deputat Elman Nəsirovla əlaqə saxladıq. Deputat yayılan iddialarla bağlı şərhi olmadığını deyib.
“Tamamilə yalan və uydurma məlumatdır. Bu, radikal müxalifətin və müəyyən maraqlı dairələrin mənim əleyhimə başlatdığı yeni kampaniyadır. Açığı, fəallığımın fonunda mən bunu gözləyirdim".
Seçilmişlər
Ən çox oxunanlar






.jpg)





















