Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
3-12-2024, 22:33

19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

Son qapı, son ümid yeri…

Tarix: 22-07-2024 15:04   

Media bu gün çoxunun son anda, ən pis məqamda üz tutduğu yeganə qapıdır. İcraedici, hüquq-mühafizə, məhkəmə, qanunverici və digər hakimiyyət qollarından narazı olan, haqqını ala bilməyənlər son ümid yeri kimi medianın qapısını döyür, kömək istəyir.
Söz yox ki, media böyük mənada artıq ümid yeri olmaqdan çıxıb, ya çıxmaq üzrədir. Amma ən zəif halında belə yenə də media ümid qapısı olmaq funksiyasını qoruyub saxlaya bilib. Məsələn, bu gün media insanların haqqını almalı olduğu məhkəmədən daha çox haqqın haqq sahibinə verilməsinə nail olur. Bu ölkədə media neçə-neçə iribuynuzlu məmurun buynuzunun sındırılmasına səbəb olub. Nə qədər qaranlığa işıq saçmaqla neçə-neçə insanın həyatının işıqlanmasına səbəb olub. Bizə öyrətmişdilər ki, media cəmiyyətin qoruyucu köpəyidir. Düzdür, o qoruyucu köpəyin ağzında salamat dişi qalmayıb, amma yenə də pis-yaxşı cəmiyyəti qoruyan elə media qalıb. O da düzdür ki, bölünmüşük, parçalanmışıq, kiçilmişik, amma hələ də medianın qoruyuculuq funksiyasını özünə borc bilən jurnalistlərimiz var.
İnsan fiziki varlıqdır, ehtiyacları var, arzuları var, ailəsi-uşağı var, qorxuları var, nəfsi var, xülasə, çox şeyi var…
Jurnalist olmaq da asan deyil. Bəzən bir müstəqil addıma görə o qədər təzyiq altında qalırsan ki… Elə bilirsiz ki, təzyiq təkcə hökumətdən, hansısa məmurdan olur? Xeyr.
Bəzən ən böyük təzyiq ailədən olur, hansısa ehtiyacın qarşılanmaması üçün olur.
Bəzən təzyiq uşağın “mən filan şey istəyirəm” tələbindən irəli gəlir. Bəzən təzyiq yaxın xəstənin səndən şəfa dilənən gözlərindəki son ümiddən gəlir….
Və sən ya susmalı olursan, ya da ağa boz, hətta qara deməli olursan. Bu gün reallıq budur. Amma bütün bunlara rəğmən Azərbaycan mediası bütün neqativliklərə rəğmən öz ali missiyasından tamamilə əlini çəkməyib. Bəlkə də bəzi dostlar məni qınayacak ki, mövcud durumda media ilə bağlı çox nikbinsən. Amma vallahi, billahi, bu gün Azərbaycanda ən çox tənqid etdiyimiz sahə media olsa da, öz işini ən yaxşı görə bilən də elə mediadır. Təbii ki, hər şeyə rəğmən, dediyim o təzyiqlərə baxmayaraq, içindəki jurnalistlik ruhunu qoruyub saxlayan az sayda olsa da, həmkarlarımızın hesabına media öz missiyasını həyata keçirə bilir.
Bu gün Milli Mətbuat Günüdür. Milli mediamızın 149-cu il dönümündə yaralı olsa da, aslan aslandır)))
Hər şeyə rəğmən içindəki qoruyuculuq, ədalət prinsiplərinə əməl edən həmkarlarımızı təbrik edirəm. Allah bizi cəmiyyətin qarşısında gözü kölgəli etməsin. Ən azı cəmiyyətimiz qədər ədalətli və cəsarətli ola bilək.
Zaur Əhməd