Sahil Babayev 600 milyon manatı banka qoydu
Tarix: 17-10-2025 17:25

Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti dəfə depozit hərracı təşkil edib.
Bu barədə "GÜNpress.az"a nazirlikdən bildirilib.
Hərracın nəticələrinə əsasən, vahid xəzinə hesabının 600 milyon manat sərbəst qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından üçündə 28 gün müddətinə, 7 % orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.
Seçilmişlər
Ən çox oxunanlar