Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
Bu gün, 10:51

17-10-2025, 20:06

17-10-2025, 17:28

17-10-2025, 17:25

17-10-2025, 17:22

16-10-2025, 11:02

16-10-2025, 10:58

14-10-2025, 12:38

13-10-2025, 15:55

13-10-2025, 15:46

9-10-2025, 10:52

9-10-2025, 10:49

7-10-2025, 10:43

4-10-2025, 22:07

4-10-2025, 22:05

2-10-2025, 10:38

25-09-2025, 21:54

19-09-2025, 13:05

19-09-2025, 12:47

14-09-2025, 14:09

10-09-2025, 16:03

10-09-2025, 16:01

10-09-2025, 15:07

5-09-2025, 17:34

4-09-2025, 16:49

4-09-2025, 16:48

4-09-2025, 16:47

1-09-2025, 12:56

8-08-2025, 16:23

8-08-2025, 16:19

8-08-2025, 16:17

24-07-2025, 13:01

17-07-2025, 11:01

11-07-2025, 11:10

18-06-2025, 14:41

1-06-2025, 17:06

1-06-2025, 17:05

1-06-2025, 17:05

30-05-2025, 22:07

26-05-2025, 15:52

26-05-2025, 15:51

26-05-2025, 15:50

26-05-2025, 15:46

26-05-2025, 14:47

21-05-2025, 15:18

20-05-2025, 16:55

19-05-2025, 14:26

19-05-2025, 14:25

19-05-2025, 11:50

15-05-2025, 15:12

10-05-2025, 11:28

8-05-2025, 23:53

8-05-2025, 23:50

25-04-2025, 23:12

25-04-2025, 10:53

22-04-2025, 11:47

21-04-2025, 16:04

21-04-2025, 15:58

21-04-2025, 15:57

11-04-2025, 10:28

7-04-2025, 12:13

7-04-2025, 12:11

7-04-2025, 10:15

7-04-2025, 10:11

7-04-2025, 10:10

2-04-2025, 17:15

2-04-2025, 17:08

2-04-2025, 16:43

Ümumdünya Statistika Günü: Statistikanın əhəmiyyəti

Tarix: 20-10-2025 10:51   
Ümumdünya Statistika Günü: Statistikanın əhəmiyyəti
Statistika termini üç mənada işlədilir. İlk növbədə statistika dedikdə insanların xüsusi praktiki fəaliyyət sahəsi başa düşülür. Hansı ki, bu fəaliyyət sosial-iqtisadi inkişaf səviyyəsini əks etdirən məlumatların toplanması, işlənməsi və təhlilinə istiqamətlənmişdir. İkincisi, statistika təcrübəsində istifadə olunan nəzəri fikirlərin və metodların işlənməsi ilə məşğul olan elm sahəsi statistika adlandırılır. Nəhayət, üçüncü, bəzən müxtəlif hesabatlarda əks etdirilən, dövri mətbuatda və külliyyatlarda dərc edilən statistik məlumatlar da statistika adlandırılır.

Statistika ilk dəfə qədim Çində eramızdan əvvəl formalaşıb, əhali cinsinə və yaşına görə hesablanıb. Daha sonra isə Romada əhalinin sayı və sahib olduğu əmlakı sıyahıya alınıb. Zaman keçdikcə statistikanın formalaşmasında beynəlxalq ticarətin və əmtəə pul münasibətlərinin mühüm rolu olmuşdur. Statistika sözü latınca "status" sözündən gəlmişdir, hərfi tərcüməsi hadisələrin vəziyyəti deməkdir. Bu sözün kökündən "stato" (dövlət), "statista" (statistik — dövlət işlərinin bilicisi) və "statistica" (statistika – dövlət haqqında müəyyən biliklərin, məlumatların cəmi) sözləri yaranmışdır. Bu termindən ilk dəfə alman alimi, fəlsəfə və hüquq professoru Qotfrid Axenval istifadə etmişdir. O, 1746-cı ildən əvvəlcə Marburq, sonra isə Qettinqen universitetlərində statistika adlandırdığı yeni fənni tədris etməyə başlamışdır.
Azərbaycan statistika sistemi - uzun inkişaf yolu keçmiş bu qurum bütün dövrlərdə öz işini hökumət tərəfindən qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə yönəltmişdir. Sovet hakimiyyəti illərində bu, əsasən dövlət planlarının yerinə yetirilməsindən, statistik məlumatların yığılması, işlənməsi və vaxtında respublikanın rəhbər orqanlarına, eləcə də SSRİ Mərkəzi Statistika İdarəsinə təqdim edilməsindən ibarət olmuşdur. Mərkəzi Statistika İdarəsi nazirlik və baş idarələrdə, onların yerli orqanlarında uçotun qurulmasının yaxşılaşdırılmasına dair tədbirlər həyata keçirir, daxili hesabatları yoxlayır, hesabatların vaxtında və düzgün təqdim edilməsinə nəzarət edirdi ki, bu da son nəticədə hesabat intizamının möhkəmləndirilməsinə müsbət təsir göstərirdi.
Ümummilli lider Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər seçildiyi gündən gündəlik qayğı və diqqəti nəticəsində istər respublikada, istərsə də keçmiş İttifaq səviyyəsində Azərbaycan statistikasının nüfuzu getdikcə artmışdır. Mühüm iqtisadi və siyasi qərarları ilə yaddaşlarda iz qoymuş xalqımızın əbədi lideri, ömrünün 60 ildən çoxunu öz doğma xalqına, onun gələcək xoşbəxtliyinə sərf edən, xalqın ən ağır və çətin günündə onu öz şəxsi zəkası, müdrikliyi və siyasi uzaqgörənliyi hesabına xilas edən ulu öndər nəinki ölkəni iqtisadi və siyasi uçurumdan çıxardı, eyni zamanda xalqımızın gələcək inkişaf yolunun möhkəm təməlini qoyaraq Azərbaycanın 10 illər sonra da inkişaf istiqamətini proqnozlaşdırmaqla dövlətimizin qlobal inkişaf yolunu müəyyənləşdirdi. Ölkəyə rəhbərliyi dövründə bütün sahələr kimi statistika da ümummilli liderin diqqətindən kənarda qalmamışdır. Respublikamız müstəqillik əldə etdikdən sonra statistikanın inkişafına dair icra olunmuş 6 dövlət proqramı qəbul edilmiş və müvəffəqiyyətlə yerinə yetirilmişdir ki, onlardan ilk iki proqram Ulu öndərin ölkəyə rəhbərlik etdiyi dövrə təsadüf edir.
Statistiklər işlədikləri dövr ərzində hər zaman dövlətin qayğısını öz üzərilərində hiss etmiş və ümummilli liderin statistika sisteminə, onun fəaliyyətinə isti münasibəti qeyd etdiyi fikirlərində də öz əksini tapmışdır. Ulu öndər çıxışlarının birində qeyd etmişdir – “...Bizim Dövlət Statistika Komitəsi var, çox düzgün statistika aparır...”. Bu fikrin özü statistiklərə verilmiş ən yüksək qiymət deməkdir.
Statistika təcrübəsində öz miqyasına görə mürəkkəb və xüsusilə irihəcmli iş sayılan siyahıyaalmalardan da geniş istifadə edilmişdir. 1990-cı ildən keçən dövr ərzində 1999, 2009 və 2019-cu illərdə əhalinin, 2005, 2015 və 2025-ci illərdə kənd təsərrüfatının, 2006-cı ildə elmi təşkilatların və s. siyahıyaalınmaları keçirilmiş və əldə olunmuş məlumatlardan ölkənin sosial-iqtisadi inkişafının, demoqrafik proseslərin proqnozlaşdırılmasında geniş istifadə edilmişdir.
2025-ci ilin sentyabr ayında Bakıda keçirilən “Statistikanın inkişafı perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda Beynəlxalq Statistika Forumunun iştirakçılarına müraciəti zamanı prezident İlham Əliyev qeyd etmişdir ki, "Bu gün Azərbaycanda milli statistika sistemi ardıcıl şəkildə inkişaf etdirilir, rəsmi statistik məlumatların beynəlxalq standartlara uyğun, innovativ yanaşmalar əsasında istehsalı daim diqqət mərkəzində saxlanılır. Eyni zamanda, süni intelekt kimi müasir çağırışlar statistika sahəsində yeni metodologiyaların, alət və yanaşmaların işləyib hazırlanmasını, gələcək hədəflərin düzgün müəyyənləşdirilməsini zəruri edir. Biz rəsmi statistika sahəsində müasir texnalogiyalara, süni intellektə və rəqəmsal transformasiyaya əsaslanan istehsallara xüsusi önəm veririk”.
Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 64/267 nömrəli qətnaməsinə əsasən 20 oktyabr “Ümumdünya Statistika Günü” kimi qeyd olunur. BMT Statistika Komissiyasının yarandığı 1947-ci ildən sonra Statistika Günü ilk dəfə 2010-cu ildə keçirilmişdir. Əlamətdar haldır ki, bu qətnaməyə Azərbaycan da həmmüəllif kimi qoşulmuşdur. Bu beynəlxalq bayram hər 5 ildən bir qeyd edilir. BMT- nin Statistika Komissiyasının qərarı ilə 2025-ci il oktyabrın 20 - si “Hər kəs üçün keyfiyyətli statistika ilə inkişafa təkan verək" şüarı altında Ümumdünya Statistika Günü elan edilib. Bu günün qeyd olunmasında əsas məqsəd müasir qloballaşma dövründə statistikanın rolunu və əhəmiyyətini bütün rəsmi statistika istehsalçılarına, statistik məlumat istifadəçiləri də daxil olmaqla, vətəndaş cəmiyyətlərinə çatdırmaqdan ibarətdir.

Ağstafa rayon Statistika İdarəsinin rəisi Feyruz Həsənov