Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

“Medianı məhv edən Əli Həsənovun vəzifədən uzaqlaşdırılmasından sonra...” - Baş redaktor

Tarix: 22-06-2020 18:05   
“Medianı məhv edən Əli Həsənovun vəzifədən uzaqlaşdırılmasından sonra...”
Ötən həftə yeni media təşkilatı - Onlayn Media Klubu yaradılıb. Konkret.az-ın baş redaktoru və Onlayn Media Klubunun həmtəsisçilərindən olan Fadil Paşayev yeni platformanın fəaliyyəti ilə bağlı Modern.az-a müsahibə verib:

- Necə oldu ki, yeni jurnalist qurumu yaratmaq ideyası yarandı?

- 23 ildir jurnalistika ilə məşğulam. Jurnalist və redaktor heyətinin işini, bütün problemlərini və ağrı nöqtələrini bilirəm. “168 saat” qəzetindən tutmuş “Naxçıvan” və “Azad Azərbaycan” kimi tarixi olan qəzetlərdə çalışdım. Faiq Hüsiyev, Varis Yolçuyev kimi jurnalistlərdən dərs aldım. Müstəqillik dövrünün azad mediasında formalaşdım. 13 il Azərbaycan Televiziyasında işlədim. Son iş yerim isə AzTV-nin Mərkəzi Asiya ölkələri üzrə bürosu oldu. Eyni zamanda, Azərbaycanın Qazaxıstandakı səfirliyində mətbuat xidmətinin katibi oldum. Orta Asiya mediası ilə çox yaxın təmaslarım yarandı. Eləcə də Azərbaycanın media sahəsində kifayət qədər tanıdığım adamlar da var. Onların arasında elələri var ki, ya bir yerdə işləmişəm, ya da ayrı-ayrı vaxtlarda sıx təmaslarımız olub. Yəni yaşadığım ömür, çalışdığım sahədə keçirdiyim hər an mənə xeyli təcrübə qazandırıb. Bütün bu təcrübəmlə demək olar ki, can verən medianın yenidən dirçəldilməsinə öz töhfəmi vermək istədim. Onlayn Media Kubunun əsas ideyası Demokrat.az-ın baş redaktoru Vasif Həsənli və Pravda.az-ın baş redaktoru İlkin Pirəli, o cümlədən Konkret.az-ın baş redaktoru olaraq mən tərəfindən irəli sürülüb. Vasif və İlkinlə bu ideya barədə çox müzkirələr apardıq. Görüşlərimizdə medianı demək olar ki, məhv edən Əli Həsənovun vəzifədən uzaqlaşdırılmasından sonrakı vəziyyəti ətrafında çox diskussiyalarımız oldu. Posthəsənov dövründə yeni, azad, nüfuzlu və ictimai fikrə təsir imkanları olan təşkilata ehtiyac yarandığını hiss edirdik. Qərara gəldik ki, yeni nəfəslə, yeni əməkdaşlıq formatı ilə mediada aparılacaq islahatlara, tam azad, müstəqil medianın formalaşmasına öz köməyimizi göstərə bilərik və bu, ümid edirəm böyük miqyasda ola bilər. Əlbəttə, mövcud jurnalist qurumlarının cəmiyyətdə müəyyən nüfuzu var və ola bilər ki, bu qurumların fəaliyyəti hər hansısa çərçivədə həyata keçirilir. Məsələn, Parlament Jurnalistləri Birliyini qeyd etmək olar. Eləcə də ayrı-ayrı nüfuzlu şəxslərlə, məsələn, Elçin Şıxlı, Arif Əliyev, Mehman Əliyev, Qulu Məhərrəmli və digər adını çəkmədiyim və mediada kifayət qədər çəkisi olan şəxslərlə birgə əməkdaşlıq üçün yeni platformaya ehtiyac var. Gəlin unutmayaq ki, yeni təşkilat bu sahəyə yeni nəfəs gətirəcək.

- Yeni yaradıldığı elan edilən Onlayn Media Klubu nə vaxtdan etibarən fəaliyyətə başlayacaq?

- Hazırda Klubun hüquqi cəhətdən təşkilatlanması istiqamətində işlər aparılır. Güman edirəm ki, sentyabr-oktyabr aylarında tam fəaliyyətə başlayacağıq. Ona qədər qarşımızda duran bir çox işlər var. Yeni konsepsiyalar üzərində çalışırıq, təşkilatlanma işi tam sürətlə getməlidir. Bir sıra görüşlərimiz, müzakirələrimiz var ki, bu işlər hələ ləng gedir. Əlbəttə ki, bu da Bakıda sərt karantin rejiminin tətbiqi ilə əlaqədardır. Amma buna baxmayaraq, onlayn şəraitdə kiçik toplantılarımız olur və digər danışıqlarımız davam edir.

- Bir neçə sayt rəhbərinin təşəbbüsü ilə formalaşacaq bu platforma necə idarə olunacaq? Yəqin ki, kənardan olaraq idarə olunacaq, ofisdən fəaliyyət olmayacaq.

- İstənilən təşkilatın, qurumun ofisi olmalıdır. Çünki təşkilat özü bir canlı orqanizm sayıla bilər. Amma düzgün bir məqamı qeyd etdiniz ki, təşkilatın işlək qurumu ofisdə olsa da, onlayn əlaqələrə də önəm veriləcək. Çünki ideya müəllifləri özləri sayt rəhbərləridir və onların başqa işləri də var. Təşkilat paralel olaraq idarəetmə sistemində daha konstruktiv metodları tətbiq edəcək. Əbləttə, bütün bunlara zaman lazım olacaq və bu proses müəyyən mərhələdən sonra baş verəcək. Buna qədər isə ofisin olması mütləqdir. Məqsədimiz mövcud onlayn medianın bütün parametrlər üzrə inkişafını şərtləndirməkdir.

- Digər jurnalist təşkilatlarından nə kimi fərqləriniz olacaq?

- Hesab edirəm ki, fəaliyyət planımızın əsas istiqamətlərində özümüzü göstərə biləcəyik. Digər təşkilatlarla, eləcə də jurnalist təşkilatları ilə, həmçinin çox peşəkar media işçiləri ilə sıx əməkdaşlıq etməklə və yeni layihələri icra etməklə nəzərdə tutduğumuz işləri həyata keçirməkdə iddialıyıq. Bu gün xüsusən, sosial mediada, o cümlədən sosial şəbəkələrdə xaos hökm sürür. "KİV-lərin effektivliyi haqqında" konsepsiyasını hazırlamaq lazımdır. Mətbuatla dövlət arasında münasibətlərin formalaşdırılmasına diqqət yetirilməlidir. Müstəqil medianın inkişafı üçün yeni layihələr həyata keçirilməli, Heydər Əliyev dövründə olduğu kimi, medianın cəmiyyətdəki nüfuzu özünə qaytarılmalıdır. Jurnalistikada dələduz adamların ifşa edilməsi ilə bağlı maarifləndirmə işlərini aparan istənilən quruma və təşkilata dəstək vermək üçün bütün imkanlarımızdan istifadə edəcəyik. Jurnalist icmalarının nümayəndələrinin iştirakı ilə təcrübələrimizi bölüşəcəyik. Mediaya yeni nəfəs gəlib. Bütün bunlar bizə deməyə əsas verir ki, yenidən təşkilatlanmalıyıq. Bölgələrimizdə fəaliyyət göstərən jurnalist həmkarlarımız var ki, illərdir öz problemlərini həll edə bilmirlər. Bu sahədə xeyli işlər görməliyik. Birliyin modernləşməsi və təşkilatımızın nüfuzunun gücləndirilməsi üçün yeni nəsil jurnalistləri təşkilata cəlb edəcəyik, regional jurnalist birlikləri varsa, bu qurumlarla ciddi yaradıcı, mənəvi və hüquqi dəstəyimizi əsrigəməyəcəyik. Jurnalistika bir peşə olaraq son illərdə əvvəlki nüfuzunu və populyarlığını itirib. Öz fəaliyyətimizlə onları qaytarmağı fikirləşirik.

- Qarşıdakı perspektivlərinizi də deyərdiniz, mümkünsə!

- Mən bir məsələnin üstündə bir qədər çox dayanacağam. Peşəmizin nüfuzunun artması istiqamətində çox böyük işlər görülməlidir. Dünyanı ağuşuna almış koronavirus pandemiyasına baxmayaraq, bu işlərdə dayanmaq, fəaliyyəti ertələmək olmaz. Postpandemiya dövrünə hazır olmalıyıq. Bu mənada çox şey özümüzdən asılıdır. Gənc jurnalistlərin tez-tez verdiyi əsas sual öz cavabını tapacaq. Bu, onlara nə verəcək? Jurnalistin özünü etibarlı hiss etməsi üçün həm hüquqi, həm də peşəkar kömək ala bilər. Kiməsə sahib olmaq, layihələri, fikirləri haqqında harada və nə vaxt danışmaq. Klub ideal bir platforma olmalıdır. Çox gərgin əmək və müəyyən zaman çərçivəsində hesab edirəm ki, bu işlərin öhdəsindən gələcəyik.