Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
3-12-2024, 22:33

19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

Tanınmış cərrah Məzahir Quliyev ilkə imza atdı: Meyit üzərində unikal təcrübə - FOTO-VİDEO

Tarix: 11-10-2023 15:28   
Tanınmış cərrah Məzahir Quliyev ilkə imza atdı: Meyit üzərində unikal təcrübə
Azərbaycanın məşhur plastik cərrahı, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Otorinolarinqologiya (qulaq, burun- boğaz) Kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Rinoloqlar Cəmiyyətinin sədri, Məzahir Quliyev Türkiyədə həm Türkiyə, həm də Azərbaycan tibb tarixində bir ilkə imza atıb.
Ümummili Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar tədbirlər çərçivəsində Azərbaycan Rinoloqlar Cəmiyyəti ilə Türkiyənin Uluslararası Sağlıq Egitim Araşdırmalar Dərnəyi (USEAD) arasındakı anlaşmaya əsasən, 30 senytabr -1 oktyabr tarixlərində Türkiyənin Ankara şəhərində Funksional Endoskopik Sinus Cərrahiyyəsi (FESS) və rinoplastika əməliyyatları üzrə kadavra kursları təşkil olunub. Kurslara Azərbaycandan olan 14 nəfərdən ibarət cərrah-otorinolarinqoloqlar (qulaq, burun-boğaz cərrahları) heyəti qatılıb. Kursların təşkili ilə Azərbaycan-Türkiyə səhiyyə əlaqələri tarixində bir ilkə imza atılıb.
[media=]
Qeyd edilib ki, kursların həyata keçirilməsində məqsəd müasir praktikada geniş tətbiq edilən FESS və rinoplastika əməliyyatlarının incəliklərini müasir tibbi protokollara uyğun nümayiş etdirmək, azərbaycanlı cərrahların bu əməliyyatları nəzarət altında həyata keçirmələrini təmin etmək, onların təcrübələrini artırmalarına dəstək verməkdən ibarət olub:
"Azərbaycanlı mütəxəssislərin öz bilik və bacarıqlarını daha da təkmilləşdirməsi üçün “I Kadavra Diseksiyon” kursu çərçivəsində kadavra (meyit) üzərində rinoplastika və FESC əməliyyatları həyata keçirilib. Kurslar Azərbaycan Rinoloqlar Cəmiyyətinin sədri, tibb üzrə fəlsəfə doktoru Məzahir Quliyev və Türkiyənin USEAD başkanı, professor Selim Erbekin rəhbərliyi altında baş tutub. Azərbaycanda Funksional Endoskopik Sinus Cərrahiyyəsi (FESS) və rinoplastika əməliyyatları üzrə kadavra kursunu həyata keçirmək üçün lazımi şərait olmadığına görə, kursun qardaş ölkə olan Türkiyədə həyata keçirilməsi qərara alınıb".

Məlumatda qeyd edilir ki, kurslar zamanı həm endoskopik sinus cərrahiyyəsi, həm də rinoplastikanın necə həyata keçirilməsinin incəlikləri müzakirə olunub:
"Təlimlər zamanı həkimlərimizə bu əməliyyatlarda hansı məqamlara xüsusi diqqət yetirilməsi, hansı prasedurların necə icra olunması ətraflı şəkildə izah edilib. Bundan başqa, əməliyyat zamanı ortaya çıxa biləcək fəsadlara necə yanaşılması, risk faktorlarının necə minimuma endirilməsi ilə bağlı detallı bilgilər verilib. Azərbaycanlı cərrahlar kursu müvəfəqiyyətlə başa vurararq müvafiq sertifikatlar alıblar".

Xatırladaq ki, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Otorinolarinqologiya (qulaq, burun- boğaz) Kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Rinoloqlar Cəmiyyətinin sədri, Dr. Məzahir Quliyevin rəhbərliyi altında baş tutan Funksional Endoskopik Sinus Cərrahiyyəsi (FESS) və rinoplastika əməliyyatları üzrə kadavra kursu Ümumilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ikinci tədbiridir. Ulu Öndərin yubileyi ilə əlaqədar birinci tədbir (Beynəlxalq konfrans və canlı cərrahiyyə kursu) 2-3 iyun tarixlərində paytaxt Bakıda baş tutub.

Azərbaycan Rinoloqlar Cəmiyyətinin sədri, tibb üzrə fəlsəfə doktoru Məzahir Quliyev bildirib ki, Umummili Lider Heydər Əliyev həm respublikaya birinci dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə, həm SSRİ-nin ali hakimiyyət orqanlarında təmsil olunduğu dövrdə, həm də müstəqil Azərbaycanın Prezidenti kimi fəaliyyəti göstərdiyi illərdə ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişə xidmət edib, onun tərəqqisi üçün var qüvvəsi ilə çalışıb:
"Ümummili Lider Azərbaycanın ən çətin günlərində məsuliyyəti öz üzərinə götürüb, onu bir dövlət kimi tarixin ağır və sərt sınaqlarından çıxararaq bugünkü gerçəkliyinin və işıqlı sabahının möhkəm təməlini yaradıb. Ulu Öndərin ən çox diqqət yetirdiyi, inkişafına təkan verdiyi sahələrdən biri də məhz səhiyyə sahəsi olub. O, insanların sağlamlığı, səhiyyənin və tibb elminin inkişafı, savadlı, bilikli, əsl peşəkar həkim kadrlarının hazırlanması işini daim diqqət mərkəzində saxlayıb, bu sahədə uğurlar əldə olunması üçün əlindən gələni edib. Bu baxımdan Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində bu tədbirləri həyata keçirə bilməyimiz bir azərbaycanlı kimi bizi çox qürurlandırır".
Qeyd edək ki, Dr.Məzahir Quliyev Azərbaycanın ən yaxşı Lor-plastik cərrahı kimi tanınır. Unikal əməlityyatları ilə məşhurlaşan həkim, bir çox yeniliklərini patentləşdirib.