Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
Bu gün, 13:11

Bu gün, 13:09

Bu gün, 13:07

Bu gün, 13:05

Bu gün, 13:03

Bu gün, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

23-05-2024, 17:06

18-05-2024, 20:26

18-05-2024, 20:23

18-05-2024, 20:20

18-05-2024, 20:16

16-05-2024, 20:13

15-05-2024, 19:45

15-05-2024, 10:47

Vətənin cəfası bizim, səfası sizin...

Tarix: 20-09-2024 10:07   

Vətənpərvərlik kef məclislərində muğam dinləyib ağlamaq, vətəndən şeir deyib yalançı göz yaşı tökmək deyil.
Vətənpərvərlik vətənin, millətin, dövlətin dar günündə canından, qanından, sağlamlığından, malından pay verməyə hazır olmaqdır.
Canını əsirgəməyən şəhid, qanını əsirgəməyənin balası şəhid, sağlamlığını əsirgəməyən qazi oldu...
Vətənpərvərlik təkcə bu da deyil.
Vətənpərvərlik bu ölkənin qanı qanından, canı canından, dərdi dərdindən olan vətəndaşının haqqı tapdananda susmamaqdır, haqqı deməkdir.
Vətən dağ, dərə, meşə, bulaq, yaylaq, qışlaq demək deyil, vətən səninlə bir torpaqdan olan, axırda da bir torpağa qarşacaq, səninlə bir havanı udan, səninlə ağlayan, səninlə gülən vətəndaşdır. Onsuz da bir gün hər birimiz bir daş olacağıq, bir vətəndaşı...
Bu vətən üçün neçə-neçə oğullar canını verib.
Bu vətən üçün neçə-neçə qız-gəlin, ana yüz ölüb, bir dirilib. Oğul, ər, qardaş itirən qadınlar da ölmüş kimidirlər.
Bu vətən üçün minlərlə uşaq yetim qalıb, boynu bükük böyüyüb.
Bəs siz nə etmisiniz?
Üzünüzü yana çevirməyin. Hünəriniz varsa, bu millətin, bu vətənin, bu dövlətin boynunda daha çox haqqı olanların gözünün içinə baxın.
Sizinləyəm, bu Vətənin, bu dövlətin, bu millətin dar günündə qaçıb gizlənənlər.
Sizinləyəm, övladlarını gizlədənlər, canını, malını gizlədənlər.
Ara sakitləşən kimi çıxmısız irəli, "burda mənəm, Bağdadda kor xəlifə"- deyirsiz.
Sizin bu torpaq üzərində nə haqqınız var ki, "hər yer bizimdir", deyirsiz.
Dükan sizin, bazar sizin, holdinq sizin, hotel sizin, dəniz sizin, torpağın üstü sizin, meşə sizin, yaylaq sizin, qışlaq sizin, sürü sizin, ilxı sizin, kef sizin, həyat sizin, səfa sizin...
Şəhid bizim, qazi bizim, yetim bizim, ağrı bizim, acı bizim, zülm bizim, torpağın altı bizim, ölüm bizim, cəfa bizim...
Amma unutmayın, bu dünyanın hesabı qiyamətə qalmaz. Hər şey sizin olsun, bizə Allah yetər. Onsuz da məzlumun bir ümid yeri var, o da Allah...
Zaur Əhməd