Rejissor Dillər Universitetinin yataqxanasındakı evindən çıxarıldı
Tarix: 23-10-2025 22:01

Gənc Tamaşaçılar Teatrının rejissoru Gülnar Hacıyeva Azərbaycan Dillər Universitetinin yataqxanasında illərlə məskunlaşdığı otağından çıxarılıb.
GÜNpress.az xəbər verir ki, bu barədə sosial şəbəkədə aparıcı Kəmalə Onur məlumat yayıb.
O bildirib ki, rejissorun otağına plomb vurulub və hazırda o, çətin vəziyyətdədir:
“Cəbrayıldan məcburi köçkün düşmüş, tək yaşayan Gülnar Hacıyevanın Dillər Universitetinin yataqxanasında məskunlaşdığı otağına plomb vurulub. 1 ay olacaq ki, Gülnar xanım onun-bunun evində, yaşadığı yerdən çıxdığı bir dəst paltarla qalıb. Gülnar xanıma dəstək olmaları üçün ağız açdığımız adamlar məsələnin Təhsil Nazirliyi ilə bağlı olduğunu səbəb gətirirlər. Nazirlik isə bu barədə sorğuya cavab verməyib. Aidiyyəti qurumlardan xahiş edirəm, uzun illər teatrda, müxtəlif dövlət əhəmiyyətli tədbirlərdə rejissor kimi fəaliyyət göstərmiş, həyatını işinə həsr etmiş, aldığı əməkhaqqı ilə gündəlik qayğılarını güclə ödəyən kimsəsiz, evsiz-eşiksiz, hələ də köçkün həyatı yaşayan bu xanımın səsinə səs versinlər. Üzü qışa doğru onun küçələrdə qalmasına imkan verməsinlər”, - deyə aparıcı qeyd edib.
Seçilmişlər
Ən çox oxunanlar