Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
Bu gün, 14:09

10-09-2025, 16:03

10-09-2025, 16:01

10-09-2025, 15:07

5-09-2025, 17:34

4-09-2025, 16:49

4-09-2025, 16:48

4-09-2025, 16:47

1-09-2025, 12:56

8-08-2025, 16:23

8-08-2025, 16:19

8-08-2025, 16:17

24-07-2025, 13:01

17-07-2025, 11:01

11-07-2025, 11:10

18-06-2025, 14:41

1-06-2025, 17:06

1-06-2025, 17:05

1-06-2025, 17:05

30-05-2025, 22:07

26-05-2025, 15:52

26-05-2025, 15:51

26-05-2025, 15:50

26-05-2025, 15:46

26-05-2025, 14:47

21-05-2025, 15:18

20-05-2025, 16:55

19-05-2025, 14:26

19-05-2025, 14:25

19-05-2025, 11:50

15-05-2025, 15:12

10-05-2025, 11:28

8-05-2025, 23:53

8-05-2025, 23:50

25-04-2025, 23:12

25-04-2025, 10:53

22-04-2025, 11:47

21-04-2025, 16:04

21-04-2025, 15:58

21-04-2025, 15:57

11-04-2025, 10:28

7-04-2025, 12:13

7-04-2025, 12:11

7-04-2025, 10:15

7-04-2025, 10:11

7-04-2025, 10:10

2-04-2025, 17:15

2-04-2025, 17:08

2-04-2025, 16:43

2-04-2025, 16:32

2-04-2025, 16:30

10-03-2025, 19:18

7-03-2025, 16:33

7-03-2025, 16:32

7-03-2025, 16:30

5-03-2025, 21:11

3-03-2025, 22:34

25-02-2025, 15:52

25-02-2025, 15:45

18-02-2025, 17:18

18-02-2025, 15:53

17-02-2025, 19:17

6-02-2025, 15:12

6-02-2025, 11:51

4-02-2025, 08:48

2-02-2025, 00:00

9-01-2025, 17:33

28-12-2024, 15:58

ÇÖRƏK...

Tarix: 14-09-2025 14:09   

(Hekayə)

Müharibə hələ bitməmişdi, amma cəbhədə sakitlik idi. Qanlı-qadalı günlərə ara verilmişdi. Ön cəbhədə sakitlik olsa da, arxada - şəhərdə camaat çörək müharibəsində idi. Hər gün eyni əzab, hər gün eyni savaş.
Zahirin 11 yaşı vardı. Atası müharibədə şəhid olmuşdu. Tək oğul olduğuna görə, evin kişisi sayılırdı. Evin əsas kişisi Qarabağ savaşından geri dönə bilməmişdi. İndi arxa cəbhədəki savaş Zahirin boynunda idi. Hər gün səhər tezdən durar, çörək maşının gəlməmiş Novruz əminin dükanına gedərdi. O vaxt qara, turşumuş çörək satılırdı. Üç çörək alana iki ağ, bir qara turşumuş çörək verirdilər. Zahir hər gün səhər piştaxtanın arxasına keçər, yeşiklərdən çörəkləri rəflərə yığmaqda satıcı Sürrəya xalaya kömək edərdi. Sürəyya xala Zahirgilin qapı qonşu idi, ona görə də bu "ştatdankənar" çörəkçi vəzifəsi Zahir üçün göydəndüşmə idi. Hər gün yarım saat kömək edər, başqalarından fərqli olaraq üç ağ çörək götürüb evlərinə gedərdi. Gündəlik yarım saatlıq işinə görə ona qara çörək vermirdilər.
Bir gün həmişəkindən fərqli olaraq, qara çörəklər daha çox gəlmişdi. Camaat çox səs-küy salırdı. Zahir yenə həmişəki kimi piştaxtanın arxasında çörəkləri rəflərə yığıb qurtarandan sonra üç ağ çörək götürmək istəyəndə, Sürəyya xala mağaza müdirindən soruşmaq gərəyi duydu:
-Novruz müəllim, şəhid Məhəmmədin oğluna üç ağ çörək verimmi?
O da çox düşünmədən - Hə, bəs necə? Ver getsin - dedin.
Zahir həmin an tutuldu. Elə bildi ki, dükanda hər kəs ona baxır. Halbuki heç kim ona fikir vermirdi. Hamı tez çörəyini alıb evə getməyə tələsirdi. Zahir isə sanki bu dünyadan başqa dünya arasında qalmışdı. Qulaqlarında qəribə küy var idi. Dünya başına fırlanırdı. "Şəhid Məhəmməd", "Şəhid Məhəmməd", "ağ çörək", "ağ çörək" sözləri beynin içində əks səda verirdi...
Birdən Zahir sanki ayıldı, mağazada həmin səs-küy davam edirdi, heç kəs ona baxmırdı. Zahir həmişəkindən fərqli olaraq, hamı kimi iki ağ, bir qara çörək götürüb evlərinə gəldi. Anası rəngi qaçmış, dolmuş oğlundan niyə qara çörək aldığını soruşmadı. Sanki o da hər şeyi duymuşdu.
O gündən sonra Zahir bir də piştaxtanın arxasına keçmədi, hamı kimi sıraya düzülüb bir qara, iki ağ çörək alıb evə qayıtdı...
Zaur Əhməd
14.09.2020