Sumqayıt Tibb Mərkəzi xanım əməkdaşlarını təbrik etdi
Tarix: 08-03-2024 11:09
8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə STM-nin aparatında çalışan xanımların iştirakı ilə tədbir keçirilib.
Günpress.az xəbər verir ki, STM-nin direktoru Elnur Azadxanov çıxış edərək bildirib ki, qadınlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir. Qeyd edib ki, Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və yaşadılmasında müstəsna xidmətlər göstərib.
Direktor STM-nin qazandığı uğurlarda qadınların rolunu və ümumi işə əvəzsiz töhfələr verdiklərini vurğulayıb.
E.Azadxanov qadınları təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda bir qrup xanım əməkdaş onlara göstərilən diqqətə görə STM-nin rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.
Seçilmişlər
Ən çox oxunanlar