Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

23-05-2024, 17:06

18-05-2024, 20:26

18-05-2024, 20:23

18-05-2024, 20:20

Dövlət rəsmiləri səs verdilər - FOTOLAR

Tarix: 07-02-2024 15:15   
Dövlət rəsmiləri səs verdilər
Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində səs verib.

O, paytaxtdakı 24 saylı Nizami birinci seçki dairəsinin 20 nömrəli məntəqəsində səsvermə hüququndan istifadə edib.

***

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Prezident seçkilərində səsvermə hüququndan istifadə edib.

"Unikal" xəbər verir ki, o, 23 saylı Nəsimi-Səbail seçki dairəsinin İlyas Əfəndiyev adına Elitar Gimnaziyasında yerləşən 18 saylı seçki məntəqəsində səs verib.

***

10:56

Növbədənkənar Prezidenti seçkiləri ilə əlaqədar Azərbaycanın Fransadakı Səfirliyində seçki prosesinə start verilib.

"Unikal" xəbər verir ki, Fransadakı səfirliyimizdə 16 saylı Yasamal ikinci seçki dairəsinin 46 saylı məntəqəsi açıq elan olunub.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva səsvermə hüququndan istifadə edib.

***

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova fevralın 7-də 19 saylı Nərimanov birinci seçki dairəsinin 11 saylı seçki məntəqəsində səs verib.

"Unikal" xəbər verir ki, məntəqədə səsvermənin gedişini beynəlxalq və yerli müşahidəçilər izləyirlər.

***10:56

Kəmaləddin Heydərov növbədənkənar prezident seçkilərində iştirak edib.

"Unikal" xəbər verir ki, o, 13 saylı Yasamal 3-cü Seçki Dairəsinin 1 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.

***

Azərbaycanın maliyyə naziri Samir Şərifov prezident seçkilərində səsvermə hüququndan istifadə edib.

"Unikal" xəbər verir ki, o, 35 saylı Xətai 3-cü Seçki Dairəsinin 6 saylı seçki məntəqəsində səs verib.

***10:36

Şuşa şəhərində səsvermə prosesi davam edir.

"Unikal" xəbər verir ki, Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Eyyubov Şuşada səsvermə hüququndan istifadə edib.

***

Baş nazir Əli Əsədov prezident seçkisində səs verib.

"Unikal" xəbər verir ki, Ə.Əsədov 7 saylı Səbail seçki dairəsinin 2 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.

***09:50

Azərbaycanda növbədənkənar prezident seçkisində səsvermə prosesi davam edir.

"Unikal" xəbər verir ki, bu dəqiqələrdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 4 saylı məntəqəsində səs verib.

Bakıda, 17 saylı Yasamal üçüncü seçki dairəsinin 1 saylı məntəqəsində səsvermə davam edir.

***

"Unikal" xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev də seçki məntəqəsinə gələrək səs verib.

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru, deputat Mahir Abbaszadə isə 19 saylı Nərimanov birinci seçki dairəsinin 35 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.

***09:18

Bakıda, 17 saylı Yasamal üçüncü seçki dairəsinin 1 saylı məntəqəsində səsvermə aktiv şəkildə davam edir.

"Unikal" Oxu.Az-a istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də məntəqəyə gələrək səsvermə hüququndan istifadə edib.