Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

23-05-2024, 17:06

18-05-2024, 20:26

18-05-2024, 20:23

18-05-2024, 20:20

“Azərbaycanla hədə dili ilə danışmaq olmaz” - Əli Orucov

Tarix: 26-04-2024 11:01   

“Maraqlısı odur ki, Azərbaycana qarşı sanksiyalar ölkənin öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən, regional güc mərkəzinə çevrildikdən sonra gündəmə gətirilir”

ABŞ Dövlət Departamentinin “2023-cü il İnsan Hüquqları Təcrübələri” üzrə dünya ölkələrində insan hüquqlarına dair illik hesabatı yayılıb. Hesabatda Azərbaycana qarşı çox ciddi tənqid və qərəzli iradlar öz əksini tapıb.

Bununla bağlı fikirlərini “Unikal”a bildirən AMİP funksioneri, politoloq Əli Orucov deyib ki, ABŞ Dövlət Departamentinin illik hesabatlarında həmişə, ənənəvi olaraq Azərbaycanla bağlı tənqidi fikirlər və mənfi çalarlar öz əksini tapır.
Onun sözlərinə görə, hesabatlarda göstərilən xüsusatlar bir çox hallarda subyektiv olur və Birləşmiş Ştatların milli maraqlarına uyğunlaşdırılır: “Vaşinqtonun hansı dövlətlərlə problemi varsa, hansı dövlətlər Ağ Evin təlimatlarına uyğun olmadan siyasət yürüdürsə, həmin dövlətlər də hədəfə götürülür. Mən sözügedən hesabatla tanış olmuşam və heç də orda göstərilənlər reallığı əks etdirmir. Xüsusən də, keçmiş Dağlıq Qarabağla və hökumətin qeydə aldığı qurumlardan kənarda ibadət edən çoxlu sayda şiə müsəlmanları İranla əlaqədə olduqları iddiası ilə həbs edilməsi barədə yazılanlar qəbuledilməzdir. Əvvəla, ona görə ki, ötən ilin sentyabrın 19-20-də Azərbaycan keçmiş Dağlıq Qarabağa tam nəzarəti ələ keçirmək üçün hərbi əməliyyat keçirməyib. Bu qısamüddətli hərb əməliyyat orda gizlənmiş və Azərbaycan dövlətinə qarşı ciddi və real təhlükə yaradan, xüsusən də Rusiyadan hərbi yardım alan terrorçu birləşmələrə qarşı anti-terror əməliyyatı keçirilib. Bu, suveren bir dövlət olaraq Azərbaycanın beynəlxalq hüquqla təsbit edilən doğal haqqıdır. Terrorizm və separatizm çağdaş dünyamızı real təhdid edən problemdir və dünya bu qorxunc gücə qarşı səylərini birləşdirmək məcburiyyətindədir. Rəsmi Bakının terrora qarşı mübarizəsini dəstəkləmək lazımdır. Yeri gəlmişkən onu da vurğulayım ki, ABŞ-ın təşəbbüsü ilə yaradılan antiterror koalisiyasında da Azərbaycan fəal iştirak edir. İknicisi, Bakının Qarabağ iqtisadi rayonunda məskunlaşmış ermənilərə reinteqrasiya və yüksək təhlükəsizlik təklifləri verməsinə baxmayaraq onlar könüllü surətdə kütləvi köçü seçdilər. Köç edən ermənilərə də hər hansı bir problem yaradılmadı. Hesab edirəm ki, bu həqiqətləri Birləşmiş Ştatlar çox yaxşı bilir, lakin siyasi maraqlar imkan vermir ki, obyektiv yanaşma sərgiləsinlər. Ən əsası isə hesabatı hazırlayanlar bilməli idilər ki, Azərbaycanda Dağlıq Qarabağ adlı inzibati ərazi vahidi yoxdur. Azərbaycanda dini etiqad azadlığının qorunması, müxtəlif dinlərə məxsus insanların öz dini inanclarını, ayin və ibadətlərini icra etməsində heç bir problem olmayıb. Azərbaycandakı dini tolerantlıq həmişə nümunə göstərilib. Coxlu sayda şiə müsəlmanlar İranla əlaqədə olduqları iddiası ilə həbs edilməsi tamamilə cəfəngiyyatdır. Heç kəsə sirr deyil ki, İran din pərdəsi altında təkcə Azərbaycanda deyil, bütün dünyada cəsus şəbəkəsi yaratmaqla dövlətlərin işinə müdaxilə etməyə çalışır. Xüsusən də Azərbaycan İranın xüsusi xidmət orqanlarının geniş fəaliyyət göstərdiyi məkana çevrilmişdir. İnanclı insanlardan da öz çirkin niyyətlərini həyata keçirmək üçün sui-istifadə edirdi. Hər il Məşhədə, Qum, Kərbala və digər yerlərə zəvvarlar və turlar təşkil edərək sadəlövh insanları İran kəşfiyyatı öz toruna salırdı. Təəssüf ki, indi də həmin tendensiyalar davam etdirilməkdədir. ABŞ anlamalıdır ki, İran xüsusi xidmət orqanlarının və bütövlükdə İran rejiminin din pərdəsi altında Azərbaycandakı fəaliyyəti onun da maraqlarına ciddi zərbə vurur. İranın İraqda, Suriyada, Livanda, Fələstində, Yəməndə və s. ölkələrdə mövcudluğu və rolu nə qədər dağıdıcı, faciəvi olması haqda ortada onlarla faktlar, nümunələr olduğu halda Azərbaycanın belə bir təhlükəni önləməsi istiqamətində atdığı adımları ABŞ Dövlət Departamentinin bunu güya şiə müsəlmanları İranla əlaqədə olduqları iddiası ilə həbs edilməsi kimi hesabatında təqdim etməsi heyrət doğurur. Hesab edirəm ki, dövlətin təhlükəsizliyinə və varlığına təhdid yarada biləcək nə varsa vaxtında qarşısı alınmalı, yaxud zərərsizləşdirilməlidir”.
Qeyd edək ki, hesabatda işgəncə və digər fiziki zorakılıqlar, siyasi məhbuslar və müstəqil məhkəmə sisteminin olmaması da daxil olmaqla, insan hüquqlarının pozulması, siyasi partiyaların qeydiyyatı və fəaliyyəti ilə bağlı məqamlar yer alıb. Ə.Orucov deyib ki, hesabatda sadalanan hallarla bağlı problemlər və narahatlıqların olmasını bütövlükdə inkar etməzdim. Amma etiraf olunmalıdır ki, müyyən islahatların və işlərin görülməsinə baxmayaraq fiziki zorakılıq halları, habelə məhkəmə-hüquq sistemində qüsurlar qalır. Onun fikrincə, siyasi partiyaların fəaliyyəti, seçki sistemi kimi vacib məsələlər hələ də öz müsbət həllini tapmayıb: “Ancaq bu problemlərin aradan qaldırılması təkcə hökumətlə bağlı deyil. Cəmiyyətin özü də gərək maraq göstərsin, hökümətin tətbiq etdiyi qadağalarə, məhdudiyyətlərə ciddi müqavimət göstərsin. Və məcbur etsin ki, dövlət də, hökümət də xalqa xidmət göstərsin, onun maraq və mənafelərinə uyğun fəaliyyətini qursun, qanunvericilik və icra mexanizmi yaratsın. Dövlət yox, xalq dövlətə diqtə etsin. Baxın, Azərbaycan Konstitusiyasının 1-ci maddəsində yazılıb ki, dövlət hakimiyyətinin mənbəyi xalqdır. Yenə həmin Konstitusiyanın 7-ci maddısində Azərbaycan dövlətinin demokratik, hüquqi, dünyəvi, unitar respublika olması təsbit edilib. Yaxşı o zaman nədən Azərbaycan bir sıra hesabatlarda tənqid hədəfinə götürülür, sonuncu yerlərdə qərarlaşır?! Biz bunları təkcə qərəzə, qeyri-obyektivliyə, inkarçılığa bağlaya bilmərik. Doğrudur bu faktorlar da var. Elə məsələlər var ki, həlli xeyli zaman tələb edir, yaxud yerləşdiyimiz coğrafi məkana və digər şətrlərə bağlı olaraq üzərindən keçmək zərurəti yaranır. Ancaq fundamental hüquqlarla, demokratik dəyərlərlə, idarəetmə ilə bağlı problemləri çözmək mümkün və labüddür. Siyasi iradə və xalqın ciddi marağı və tələbi olsa ölkədə siyasi partiyaların və plüralizmin inkişafına, siyasi hakimiyyətin, idarəetmənin səmərəliliyinə, hakimiyyət qolları arasında bölgünün funksionallığına, elementar hüquqların qorunmasına nail olmaq mümkündür. Bu faktorlar Azərbaycan dövlətinin daha da güclənməsinə, beynəlxalq imicinin və nüfuzunun yüksəlməsinə, ən əsası davamlı sabitliyin əldə edilməsi də çox vacibdir. Ümid edirəm ki, yaxın dönəmlərdə həm biz, həm də dünya ictimaiyyəti mütərəqqi irəliləyişlərin şahidi olacaq və hansısa hesabatlarda haqlı-haqsız hədəfə çevrilməyəcəyik”.

ABŞ Konqresinə Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsi təqdim ediləcəyi ilə bağlı məsələyə gəlincə, müsahibimiz deyib ki, sanksiya hədəsi təkcə okeanın o tayından edilmir, Qərbdən də belə bir hədə səsləndirilir. Onun fikrincə, bütün bunlar ədalətsiz və haqsız addımdır: “Maraqlısı odur ki, Azərbaycana qarşı sanksiyalar ölkənin öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən, regional güc mərkəzinə çevrildikdən sonra gündəmə gətirilir. Bir yandan bəyan edilir ki, ABŞ və müttəfiqləri Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyi təşviq və dəstəkləyir, lakin əməldə biz bunun tamam əksinin şahidi oluruq. Regionda normallaşmaya, əməkdaşlığa və iqtisadi-ticari, kommunikasiya əlaqələrinin inkişafına çalışan Azərbaycana qarşı birtərəfli neqativ mövqe anlaşılan deyil. ABŞ bilərəkdən Azərbaycanı İran, Rusiya kimi təhlükəli avtoritar rejimlərin əhatəsində və tədric olunmuş vəziyyətə salmaqla, həm də özünün çıxarlarına problem yaradır. Belə vəziyyətdə rəsmi Bakıdan demokratik inkişaf, fundamental islahatlar, təhlükəsizlik və yaxud strateji məsələlər barədə nəsə tələb etmək yersiz olar. Çünki qaynar çəmbərdə təhlükəsiz zona kimi uzun müddət qalmaq olduqca çətindir. Xüsusən də, Ermənistan-Azərbaycan arasında normallaşma və sülh prosesi istiqamətində kövrək addımların atıldığı, İranın və Rusiyanın hərbi ritorikaya və hədə üslubuna üstünlük verdiyi məqamda Azərbaycanın beynəlxalq mütərəqqi qüvvələrin dəstəyinə zərurət yarandığı indiki vaxtda, Azərbaycan əməkdaşlığa və tərəfdaşlığa ,habelə qarşılıqlı maraqların təmin edilməsinə həmişə hazır olduğunu, eyni zamanda etibarlı partniyorluğunu həmişə nümyiş etdirib. Azərbaycanla da hədə, yaxud sanskiya dili ilə danışmaq, anlaşılmazlıqları aradan qaldırmağı perspektivli hesab etmirəm. Qərbin Azərbaycana, Azərbaycanın da Qərbə həmişəkindən daha çox ehtiyacı var”.