Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
Dünən, 11:01

23-04-2024, 14:13

22-04-2024, 21:59

17-04-2024, 14:56

16-04-2024, 15:10

16-04-2024, 14:56

16-04-2024, 11:21

6-04-2024, 15:42

5-04-2024, 17:36

5-04-2024, 17:35

4-04-2024, 22:49

4-04-2024, 21:54

4-04-2024, 21:52

3-04-2024, 18:46

25-03-2024, 21:30

25-03-2024, 21:27

19-03-2024, 16:35

16-03-2024, 21:50

16-03-2024, 21:48

16-03-2024, 12:41

15-03-2024, 14:30

13-03-2024, 13:11

5-03-2024, 21:04

5-03-2024, 20:07

4-03-2024, 13:34

4-03-2024, 13:30

29-02-2024, 12:15

24-02-2024, 16:23

23-02-2024, 20:05

20-02-2024, 16:28

20-02-2024, 16:06

20-02-2024, 10:59

20-02-2024, 10:47

19-02-2024, 15:57

19-02-2024, 15:52

16-02-2024, 15:24

16-02-2024, 15:23

16-02-2024, 15:04

15-02-2024, 09:49

13-02-2024, 16:54

13-02-2024, 16:51

9-02-2024, 12:21

8-02-2024, 17:25

8-02-2024, 17:24

7-02-2024, 15:15

7-02-2024, 15:09

7-02-2024, 15:08

1-02-2024, 11:50

29-01-2024, 22:22

29-01-2024, 20:11

29-01-2024, 20:06

22-01-2024, 21:56

17-01-2024, 22:34

17-01-2024, 21:10

29-12-2023, 17:59

29-12-2023, 17:57

29-12-2023, 17:56

29-12-2023, 17:55

28-12-2023, 18:02

27-12-2023, 17:54

26-12-2023, 10:01

20-12-2023, 15:48

20-12-2023, 15:46

20-12-2023, 15:44

18-12-2023, 20:14

16-12-2023, 20:28

16-12-2023, 20:24

11-12-2023, 12:54

Konstitusiya Məhkəməsinin seçkilərlə bağlı yekun qərarı - TAM MƏTN

Tarix: 13-02-2024 16:54   
Konstitusiya Məhkəməsinin seçkilərlə bağlı yekun qərarı
Konstitusiya Məhkəməsi 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin təsdiq və rəsmən elan edilməsinə dair iclasının qərarı dərc olunub.

"GÜNpress.az" xəbər verir ki, qərarda deyilir:

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim), Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə, məhkəmə katibi Fəraid Əliyev və Vüqar Zeynalovun, maraqlı subyektin nümayəndələri Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun, sədr müavini Rövzət Qasımovun, katibləri Arifə Muxtarova və Mikayıl Rəhimovun, üzvləri Fuad Cavadov, Şaitdin Əliyev, Bəxşeyiş Əsgərov, Nailə Əsgərova, Tofiq Həsənov, Ramiz İbrahimov, Validə Kazımova, İlham Məmmədov, Nizami Nadirxanlı, Qabil Orucov, Hüseyn Paşayev, Almas Qəhramanlı, Etibar Quliyev və İlkin Şahbazovun, ekspertlər Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşları Sevda Süleymanova və Fərid Əhmədovun, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürov və İnsan hüquqları və informasiya hüququ kafedrasının professoru, hüquq elmləri doktoru Etibar Əliyevin iştirakı ilə, Azərbaycan Respublikası Konstitusiyasının 102-ci maddəsinə və 130-cu maddəsinin VIII hissəsinə müvafiq olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasından daxil olmuş protokol və ona əlavə edilmiş sənədlər üzrə 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinə dair xüsusi konstitusiya icraatı qaydasında konstitusiya işinə baxdı.

Hakimlər S.Salmanova və K.Şəfiyevin məruzələrini, maraqlı subyektin nümayəndəsi M.Pənahovun çıxışını, ekspertlər S.Süleymanova və N.Şükürovun rəylərini dinləyib, iş materiallarını öyrənərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN ETDİ:

Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Seçki Məcəlləsinin müvafiq maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 7 dekabr tarixli Sərəncamına uyğun olaraq 2024-cü il fevralın 7-də növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri keçirilmişdir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 108.2 və 203.3-cü maddələrinə müvafiq olaraq səsvermənin nəticələri haqqında dairə seçki komissiyalarının protokollarında olan bütün məlumatları ümumiləşdirərək, Azərbaycan Respublikası Prezidenti seçkiləri üzrə səsvermənin nəticələrinə dair 2024-cü il 11 fevral tarixli protokolu tərtib etmişdir. Həmin protokol Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2024-cü il 11 fevral tarixli 10/36 saylı qərarı ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının 102-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrini təsdiq və rəsmən elan edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim etmişdir.

Seçkilərin yekunlarına dair Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim olunmuş sənədlərin Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq ekspertləri cəlb etmiş, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinə əsasən Azərbaycan Respublikasının apellyasiya məhkəmələrindən, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsindən, Azərbaycan Respublikasının Ali Məhkəməsindən və Azərbaycan Respublikasının Prokurorluğundan seçki hüquqlarının müdafiəsi ilə bağlı məlumatları tələb etmişdir.

Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim olunmuş sənədlərdən göründüyü kimi, seçki qutularında 4 967 795 (dörd milyon doqquz yüz altmış yeddi min yeddi yüz doxsan beş) seçki bülleteni müəyyən edilmiş, bunlardan 9 828 (doqquz min səkkiz yüz iyirmi səkkiz) səs etibarsız hesab edilmişdir.

Etibarlı hesab edilmiş 4 957 967 (dörd milyon doqquz yüz əlli yeddi min doqquz yüz altmış yeddi) səs prezidentliyə namizədlər arasında aşağıdakı qaydada bölünmüşdür:

Əliyev Fuad Ağasi oğlu – lehinə 26 517 (iyirmi altı min beş yüz on yeddi) səs və ya 0.54 faiz;

Əliyev İlham Heydər oğlu – lehinə 4 567 458 (dörd milyon beş yüz altmış yeddi min dörd yüz əlli səkkiz) səs və ya 92.12 faiz;

Həsənquliyev Qüdrət Müzəffər oğlu – lehinə 85 411 (səksən beş min dörd yüz on bir) səs və ya 1.72 faiz;

Musayev Elşad Nəbi oğlu – lehinə 32 885 (otuz iki min səkkiz yüz səksən beş) səs və ya 0.66 faiz;

Mustafa Fazil Qəzənfər oğlu – lehinə 98 421 (doxsan səkkiz min dörd yüz iyirmi bir) səs və ya 1.99 faiz;

Nurullayev Razi Qulaməli oğlu – lehinə 39 643 (otuz doqquz min altı yüz qırx üç) səs və ya 0.80 faiz;

Oruc Zahid Məhərrəm oğlu – lehinə 107 632 (yüz yeddi min altı yüz otuz iki) səs və ya 2.17 faiz.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.12-ci maddəsinə görə, protokollar seçki komissiyasının həlledici səs hüquqlu üzvlərinin ümumi sayının ən azı 2/3-si tərəfindən imzalanır. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən, Mərkəzi Seçki Komissiyasının qərarları açıq səsvermə yolu ilə Mərkəzi Seçki Komissiyasının iclasında komissiya üzvlərinin 17-si və ya 18-i iştirak edərsə – azı 12 üzvün səs çoxluğu ilə qəbul edilir.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim olunmuş səsvermənin nəticələri haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolu Mərkəzi Seçki Komissiyasının 18 üzvündən 18-i tərəfindən imzalanmışdır.

Ekspert S.Süleymanova bildirmişdir ki, Azərbaycan Respublikası Prezidenti seçkilərinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2024-cü il 11 fevral tarixli protokolu Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.2, 100.12, 108.2 və 203.3-cü maddələri baxımından düzgün tərtib edilmişdir və qanunvericiliyin tələblərinə uyğundur.

Ekspert N.Şükürovun rəyinə əsasən, Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolu Azərbaycan Respublikası Seçki Məcəlləsinin müvafiq maddələrinin tələblərinə tam cavab verir.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə daxil olmuş məlumatlardan göründüyü kimi, seçki hüquqlarının müdafiəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsində səkkiz, Sumqayıt Apellyasiya Məhkəməsində isə bir ərizəyə baxılmış və həmin ərizələr əsassız olduğundan təmin edilməmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin məlumatına görə, məhkəmə aktlarından verilmiş üç kassasiya şikayəti təmin olunmadan saxlanılmışdır.

Gəncə, Şirvan, Şəki Apellyasiya Məhkəmələri və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi seçki hüquqlarının müdafiəsi ilə bağlı hər hansı ərizənin daxil olmadığını bildirmişlər.

Azərbaycan Respublikası Prokurorluğunun məlumatına əsasən, seçki hüquqlarının pozulması ilə əlaqədar bir şikayət üzrə aparılmış araşdırma zamanı həmin şikayətdə irəli sürülmüş dəlillərin öz təsdiqini tapmadığı müəyyən edilmişdir.


Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2024-cü il 11 fevral tarixli protokolunu Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.2, 100.12, 108.2 və 203.3-cü maddələrinin tələblərinə uyğun hesab edir.

Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Prezidenti seçkilərinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunda əks olunmuş nəticələr təsdiq edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin II hissəsinə əsasən, Azərbaycan Respublikasının Prezidenti səsvermədə iştirak edənlərin yarısından çoxunun səs çoxluğu ilə seçilir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 203.4-cü maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının Prezidentliyinə namizədə səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu səs verdikdə, o, Azərbaycan Respublikasının Prezidenti seçilmiş sayılır.

Qeyd olunduğu kimi, etibarlı hesab edilmiş seçici səslərindən 4 567 458 (dörd milyon beş yüz altmış yeddi min dörd yüz əlli səkkiz) səs və ya 92.12 faiz Əliyev İlham Heydər oğlunun lehinə verilmişdir.

Beləliklə, Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin II hissəsinin və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 203.4-cü maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidentliyinə namizəd Əliyev İlham Heydər oğlu Azərbaycan Respublikasının Prezidenti seçilmiş elan edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 102-ci maddəsini, 130-cu maddəsinin VIII və IX hissələrini, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 203.1-ci maddəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 56, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA ALDI:

1. 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2024-cü il 11 fevral tarixli protokolunda əks olunmuş nəticələr təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Prezidentliyinə namizəd Əliyev İlham Heydər oğlu Azərbaycan Respublikasının Prezidenti seçilmiş elan edilsin.

3. Qərar elan olunduğu andan qüvvəyə minir.

4. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.


{sape_links}{sape_article}