Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
Dünən, 11:01

23-04-2024, 14:13

22-04-2024, 21:59

17-04-2024, 14:56

16-04-2024, 15:10

16-04-2024, 14:56

16-04-2024, 11:21

6-04-2024, 15:42

5-04-2024, 17:36

5-04-2024, 17:35

4-04-2024, 22:49

4-04-2024, 21:54

4-04-2024, 21:52

3-04-2024, 18:46

25-03-2024, 21:30

25-03-2024, 21:27

19-03-2024, 16:35

16-03-2024, 21:50

16-03-2024, 21:48

16-03-2024, 12:41

15-03-2024, 14:30

13-03-2024, 13:11

5-03-2024, 21:04

5-03-2024, 20:07

4-03-2024, 13:34

4-03-2024, 13:30

29-02-2024, 12:15

24-02-2024, 16:23

23-02-2024, 20:05

20-02-2024, 16:28

20-02-2024, 16:06

20-02-2024, 10:59

20-02-2024, 10:47

19-02-2024, 15:57

19-02-2024, 15:52

16-02-2024, 15:24

16-02-2024, 15:23

16-02-2024, 15:04

15-02-2024, 09:49

13-02-2024, 16:54

13-02-2024, 16:51

9-02-2024, 12:21

8-02-2024, 17:25

8-02-2024, 17:24

7-02-2024, 15:15

7-02-2024, 15:09

7-02-2024, 15:08

1-02-2024, 11:50

29-01-2024, 22:22

29-01-2024, 20:11

29-01-2024, 20:06

22-01-2024, 21:56

17-01-2024, 22:34

17-01-2024, 21:10

29-12-2023, 17:59

29-12-2023, 17:57

29-12-2023, 17:56

29-12-2023, 17:55

28-12-2023, 18:02

27-12-2023, 17:54

26-12-2023, 10:01

20-12-2023, 15:48

20-12-2023, 15:46

20-12-2023, 15:44

18-12-2023, 20:14

16-12-2023, 20:28

16-12-2023, 20:24

11-12-2023, 12:54

Sumqayıt Dövlət Dram Teatrına yeni direktor təyin olundu

Tarix: 01-02-2024 11:50   

Sumqayıt Dövlət Dram Teatrına yeni direktor təyin olunub. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, bundan sonra teatrın direktoru vəzifəsini Samir Şəfiyev icra edəcək.
Qeyd edək ki, Şəfiyev Samir Nizaməddin oğlu 1981-ci il sentyabr ayının 7-də Sumqayıt şəhərində doğulub. O, 2003-cü ildə Əlibəy Hüseynzadə adına Azərbaycan Dövlət İncəsənət Universitetinin Rejissorluq fakültəsini bitirib. Bir çox görkəmli sənətkarlardan, habelə mərhum teatr rejissoru, Azərbaycanın Xalq artisti Azərpaşa Nemətovdan dərs alıb.
S.Şəfiyev 2006-2009-cu illərdə H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında rejissor assistenti, daha sonra rejissor vəzifələrində çalışmaqla, bir neçə tamaşanın rejissoru və quruluşçu rejissoru kimi fəaliyyət göstərib.
2009-cu ildə Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən Sumqayıt şəhər 4 saylı kluba müdir vəzifəsinə təyin olunub. 2012-ci ildən N.Nərimanov adına Sumqayıt şəhər Mədəniyyət Evinin, 2015-ci ildən bugünədək isə N.Nərimanov adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsində çalışıb.
Sumqayıt şəhərində təşkil olunan bir sıra mədəni-kütləvi tədbirlərin ssenari müəllifi və rejissoru kimi fəaliyyət göstərib.
Bir neçə il Rusiya Federasiyasında və Türkiyə Respublikasında keçirilən beynəlxalq festivallarda iştirak edib və müxtəlif diplomlara layiq görülüb. Çalışdığı illər ərzində səmərəli fəaliyyətinə görə Mədəniyyət Nazirliyi və Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən dəfələrlə təşəkkürnamə və fəxri fərmanlarla təltif olunub.
Xatırladaq ki, S.Şəfiyev mərhum kinoaktyor, Əməkdar artist Səyavuş Şəfiyevin və Əməkdar mədəniyyət işçisi, mərhum Gülçöhrə Şəfiyevanın nəslindəndir.
Ailəlidir, 2 övladı var.


{sape_links}{sape_article}