Şuşa yolunda yük maşını aşdı - Ölən var
Tarix: 29-12-2023 17:55
![Şuşa yolunda yük maşını aşdı](https://unikal.az/photos/unikal/1703853059.FotoJet%20(1).jpg)
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda ölümlə nəticələnən qəza baş verib.
GÜNpress.az xəbər verir ki, bununla bağlı AzTV məlumat yayıb.
Belə ki, yolun 64-cü kilometrliyində 99-XU-742 dövlət nömrəli yük maşınının sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi uçuruma yuvarlanıb.
Qəza nəticəsində sürücü həlak olub.
Seçilmişlər
Ən çox oxunanlar