Birgünlük körpə üzərində qida borusunun atreziyasının əməliyyatı icra olunub
Tarix: 16-02-2024 15:04
Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Perinatal Mərkəzə təxliyə olunan körpə üzərində C tip ezofaqus atrezisi, fistulanın ləğvi, ezafaqusun primer anastamozu əməliyyatı icra edilib.
Tibb müəssisəsinin uzman həkim-cərrahı Araz Hüseynov və həkim-cərrah Elnur İsgəndərov tərəfindən əməliyyat uğurla başa çatıb.
Xəstə süni ventilyasiya aparatından ayrılıb. Hazırda qidalandırılması normaldır, vəziyyəti stabildir.
Seçilmişlər
Ən çox oxunanlar