DNT analizlərinin istintaq proseslərində tətbiqi
Tarix: 08-02-2024 17:24
Dünyada insan üzünün hər hansı DNA-lı biyoloji nümunədən tapılması baş verərkən Azərbaycanda bu işlər hansı səviyyədədir? Hazırda qandan, tüpürcəkdən, spermadan, saçdan və s. bir insanın saç və dəri rəngi, çəkisi, keçəl olub olmaması, qulağının forması və üzünün təxmin edilməsi mümkündür. Yəni tamamilə bir insanın üzünün profilinin çıxarılması artıq mümkünsüz deyildir. Bunun üçün ilk olaraq, bu xüsusiyyətlərə cavabdeh olan genetik nöqtələr müəyyənləşdirilərək profil çıxarılır.
Bunu etmək üçün çox kompleks araşdırma və kadrlar olmalıdır. Çünki bu təyin olunmalar üçün ölkənin CODIS (Combined DNA Index System) sisteminin həm yerli, həmdə ölkə xaricində qarşılaşdırıla bilməsi vacibdır.
Üz təyini üçün dünyanın bir çox ölkələrində bu işləri görən şirkətlər vardır ki, bunlar həmin ölkədəki ədliyyə sistemi ilə qarşılıqlı fəaliyyət göstərir. Bu cür genetik sistemlərdən istifadə etmək cinayətin araşdırılma prosesinə həm maddi cəhətdən kömək etmiş olur. Həmdə cinayət prosesinə vaxt qazandırır.
İnsanlar eyni göz və saç rəngini paylaşsalar da, hətta oxşar üz xüsusiyyətlərinə sahib olsalar da eyni yumurta əkizləri daxil hərkəsin DNT-si fərqlidir. Buda o deməkdir ki, bu fakt törədilmiş cinayətlərin açılmasında açar nöqtə ola bilər. Məhkəmə ekspertləri cinayət yerində tapılan DNT-ni (məsələn, qandan, spermdən, tüpürcəkdən, dəri hüceyrələrindən və ya saçdan) şübhəlilərdən götürülmüş DNT nümunələri ilə müqayisə edir və əgər CODIS sisteminə görə uyğunluq varsa deməli cinayətkar tapılmış olur. Uyğunluq olmadığı halda isə şübhəli siyahıdan çıxarılır.
DNT profilinin öyrənilməsi eyni zamanda haqsız yerə məhkum edilmiş şəxslər üçün bəraət almalarında uğurla istifadə olunur. Bunun üçün ABŞ-da Günahsızlıq Layihəsi adı altında ilk dəfə 1992-ci ildən başlayaraq indiyə qədər 300-dən çox cinayət hadisəsi yenidən açılmış və DNT-nin köməyi ilə günahsız həbs olunmuş şəxslər azadlıqlarına qovuşmuşdur. Bu layihə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərir və proses pulsuz həyata keçirilir.
Cinayət prosesində istifadə olunan DNT analizi potensial şübhəliləri müəyyən etmək və şübhəliləri cinayətlə əlaqələndirmək üçün istifadə olunur. Bu prosesdə DNT profilinin tətbiq olunması istintaq prosesinin etibarlılığını artırır. Şahidlərin ifadələri bəzən etibarlı olmaya bilər və bu zaman DNT elmi cəhətdən dəqiq olduğundan cinayətkarı müəyyən etmək üçün əvəzolunmaz vasitəyə çevrilir.
Hüquq-mühafizə orqanları cinayət şübhəlilərinin şüphəli çəmbərini daraltmaq üçün DNT analizinin nəticəsi olan profildən istifadə edir. Cinayət prosesini aydınlatmaq üçün DNT texnologiyası yüksək dəqiqliyə malikdir. Bu o deməkdir ki, DNT düzgün istifadə olunarsa və təhlil edilirsə olduqca etibarlıdır.
Son olaraq deyə bilərik ki, cinayət baş vermiş yerdən tapılmış DNT-li bioloji nümunədən cinayətkar üçün hansı qitəyə məxsus olmasından başlayaraq üzünün hansı şəkildə olmasına qədər bir profil alınması mümkündür. Buda DNT analizindən alınan dəqiq profilin getdikcə cinayətlərin açılmasında necə mühim faktor olduğunu göstərir.
Məhkəmə Tibb Eksperti PhD., Dr.Ulviyyə Mustafayeva
Seçilmişlər
Ən çox oxunanlar