I qan grupu ilə “Bombey” və ya “yalançı” qan qrupunun fərqi nədir?
Tarix: 29-02-2024 12:15
Bildiyimiz qan qrupu əsasən ABO Sistemi olmaqla, digər az tandığımız qan qruplarına isə MN Sistemi, Duffy Sistemi, Dieqo Sistemi, Kidd Sistemi və s. daxildir. Bundan əlavə, köməkçi qan qrupu olan və ya daha çox elmi olaraq “qan faktoru” kimi bilinən Rh faktoru var.
ABO qan qrupu qandakı eritrositlərin A və B antigenlərinin olub-olmamasına əsaslanan qan qrupudur. Yəni əgər qanda A antigeni varsa, o, A qan qrupu, B antigeni varsa, B qan qrupu, həm A, həm də B antigenləri varsa, AB qan qrupu adlanır. Əgər qanda A və B antigenləri yoxdursa bu O qan qrupu adlanır. Burada alternativ olaraq Rh sistemində qırmızı qan hüceyrəsinin səthində "D" maddəsi olarsa, Rh müsbət (+) olmazsa Rh mənfi (-) olmuş olur.
ABO və Rh qan qrupları etnik mənsubiyyətə və coğrafiyaya görə fərqlənə bilər. Dünyada A qan qrupu 41%, O qan qrupu 47%, B qan qrupu 9% və AB 3% təşkil edir.
Ancaq bəzən O qan qrupu çaşqınlıq yarada bilər. Bu qarşılaşılan qan qrupu Bombay qan qrupu adlanır. Bombay qan qrupu A və ya B antigenlərinə malik olmadığı üçün adətən O qan qrupu kimi başa düşülür. Bombay qan qrupu və O qan qrupu arasında fərqi bilmək üçün qanda H antigeni üçün xüsusi bir test aparıldıqdan sonra müəyyən edilir.
İlk dəfə 1952-ci ildə Mumbaide (daha sonra Bombayda) Dr. YM Bhide tərəfindən keşfedilen ən nadir qan qrupudur və adını da buradan almışdır. Bu hadisə bir xəstənin xəstəxanada qan köçürülməsi zamanı ortaya çıxmışdır. Xəstəyə qan köçürülərkən hemolitik transfuziya reaksiyası baş vermişdir. Yəni xəstə I qan qrupu kimi bilindiyindən ona uyğun olaraq da bu qan grupu köçürülmüşdür. Ancaq nəticə olaraq anlaşılmayan proses baş verdi.
Sonra xəstənin qanında aparılan ətraflı araşdırmada yeni qan qrupu olduğu müəyyən edildi və HH qrupu olaraq adlandırılan Bombay qan qrupu aşkar olundu. Qan qruplarında H antigeni adlı bir protein var. Yəni, bütün qan qruplarında A və B antigenləri H antigenindən hazırlanır. Ətrafı desək bir insanın qan qrupu A-dırsa, bu, onun qanında A tipli antigen və B tipli antikorların olması deməkdir. Eynilə, B qan qrupu olan bir insanın qanında B tipli antigen və A tipli antikorlar olduğu görürlür. AB qan qrupunun qanı həm A, həm də B antigenlərini sintez edir, lakin antikorlar yoxdur. O qan qrupunda A və B antikorları var və antigenləri yoxdur. HH və ya Bombay qan qrupu bu H antigeni olmadığından A və ya B antigenini istehsal etmir. Onlarda yalnız digər qan qruplarının heç birində olmayan H antikoru var. Ona görə də Bombay qan qrupuna məxsus şəxsin qanının başqa qan qrupuna aid şəxsə köçürülməsi mümkün deyil.
Qan testlərinin aparıldığı əksər diaqnostik mərkəzlərdə qanda yalnız AB və RH-nin olub-olmaması yoxlanılır. Bombay qan qrupunda A və ya B antigenləri olmadığı üçün ümumiyyətlə O qan qrupu kimi başa düşülür. Bu, Bombay qan qrupu və O qan qrupu arasında fərq yaradan qanda H antigen üçün xüsusi testdən sonra dəqiqləşdirilə bilər. Bombay qan qrupu üçün hər hansı digər qan qrupunun qanköçürməsi ölümcül hemolitik transfüzyon reaksiyasına səbəb ola bilər. Daha dəqiq olmaq üçün mütləqdir ki, əgər şəxs O qan qrupudursa, test edərək onun Bombay qan qrupu olmadığından əmin olmaq lazımdır. Beləliklə, siz və ya hərhansı tanıdığınız kimsə Bombay qan qrupudursa mütləq yaşadığınız yerdəki Bombay Qan qrupu təşkilatında (Azərbaycanda olub olmadığından əmin deyiləm) və müxtəlif qan banklarında qeydiyyatda olması vacibdir.
Bombey qan qrupunun digər diqqət yetirilməsi lazım olan nüanslardan biri də identifikasiya prosesidir. Yəni hərhansı atalıq, şəcərə kimlikləndirilməsi zamanı mütləq baxılması lazımdır. Məsələn, hərhansı bir ailədə ata II qan grupu (AA) ana isə III qan grupudur (BO və ya BB). Ancaq ailədə doğulan uşaqlardan biri I qan grupu olaraq görülür. Bu halda ailədə narahatlıq başlanması təbiidir. Çünki uşağın qan grupu yalançı fenotip göstərərək çaşqınlıq yarada bilər. Bunun üçün qan grupları üzərindən kimləndirmə edərkən mütləqdir ki, bu cür qarşılaşdırma olsun və xatırlatmaq istərəm ki, bu yalançı fenotipləmə yalnız I qan qrupuna aiddir. Ona görə buna Bombey qan qrupu deyilir.
Məhkəmə Tibb Eksperti PhD., Dr.Ulviyyə Mustafayeva
Seçilmişlər
Ən çox oxunanlar