Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

“Qəhrəmanlar unudulmur” layihəsi Şamaxıda - FOTO

Tarix: 27-05-2019 13:55   
“Qəhrəmanlar unudulmur” layihəsi Şamaxıda
“Zəfər” şəhid ailələrinə dəstək ictimai birliyinin təşkilatçılığı və Şamaxı rayonu İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilən “Qəhrəmanlar unudulmur” layihəsi çərçivəsində Şamaxı rayonunda tədbir keçirilib.

Tədbirdə Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, millət vəkili Qənirə Paşayeva,Türkiyəli yazar Məryəm Aybikə Sinan, “Zəfər” şəhid ailələrinə dəstək ictimai birliyinin sədri Sevinc Alızadə, yazıçı-publisist Aida Eyvazlı, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi iştirakçıları və gənclər iştirak ediblər.
Mərasimdə Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş qəhrəmanlarımızın döyüş yolu haqqında iştirakçılara məlumatlar verildi. Qeyd edildi ki, bu qəhrəmanlar hər bir gəncimiz üçün mükəmməl örnəkdir. Aprel döyüşlərində şəhid olmuş komandirlərin döyüş yolu, onların şəhidlik məqamına ucalması Azərbaycan zabitinin hər an əsgərinin önündə Vətən torpağının düşmən tapdağından azad etməyə hazır olduğunu göstərir. Aprel döyüşlərində gənc əsgərlərimizin rəşadəti və şücaəti ordumuzun döyüş hazırlığını sübut etdi.

Tədbiri giriş sözü ilə başlayan Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov qeyd etdi ki, Azərbaycanın bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan hər bir qəhrəmanımızın xatirəsi xalqımızın ürəyində daima yaşayacaqdır. Dövlətimizin ərazi bütövlüyü yalnız milli birlik, xalqımızın döyüş əzmi sayəsində bərpa olunacaqdır.

“Zəfər” şəhid ailələrinə dəstək ictimai birliyinin sədri Sevinc Alızadə gəncləri aprel döyüşlərində əslən Şamaxıdan olan şəhid əsgərlərimiz Samir Kaçayevdən, Nazim Zəkərəyevdən, Elşən Səmədovdan və digər qəhrəmanlarımızdan nümunə götürməyə çağırdı. Onların xatirəsini daima uca tutmağı tövsiyyə etdi.

Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva bu cür tədbirin keçirilməsi üçün təşəkkür edərək vurğulamışdır ki, nə qədər ki, Azərbaycan xalqı var, qəhrəman şəhidlərimizin əziz xatirəsi heç vaxt unudulmayacaqdır. Millət vəkili qəhrəman şəhidlərimiz haqqında tədbirlərin tez-tez keçirilməsinin vacibliyini qeyd edib:

“Torpaqlarımızın 20 faizi hələ də düşmən işğalı altındadır və gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi üçün qəhrəman şəhidlərimizin həyat yolundan gənclərimiz örnək almalıdır. Böyüyən gənclərimizin bu qəhrəmanlarımızı tanıması üçün ziyalılarımız, müəllimlərmiz, hər birimiz fəal olmalıyıq. Qəhrəman şəhidlərimiz haqqında tədbirlərin, çəkilən filmlərin, yazılan kitabların uşaqlarımıza, böyüyən gəncliyimizə nümayiş və təqdim olunması vacibdir. Şəhidlərimizlə bərabər onların ailələri qarşısında da baş əyirik. Dövlətimiz və xalqımız hər zaman yanınızdadır”.

Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin Aprel zəfəri ilə bağlı fikirlərinə xüsusi diqqət ayıran Qənirə Paşayeva böyüyən gənclərimizin qəhrəman şəhidlərimizi daha yaxından tanıması və örnək alması üçün işlərin daha da artacağına inandığını deyib:

“Biz hamımız, o cümlədən şəhid ailələrimiz Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əminik. O gün uzaqda deyil, inşallah torpaqlarımızı işğaldan azad edəcəyik və şəhidlərimizin də ruhu şad olacaq. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.

Aprel şəhidlərimizin ailələri ilə görüşündə ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın şəhid ailələrimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır çağırışı etmişdi deyən Q.Paşayeva hər birimiz şəhid ailələrinə daim qayğı ilə yanaşmalıyıq deyib.

“Bizim üçün müstəqil Azərbaycandan dəyərli heç bir şey ola bilməz” deyən millət vəkili ölkəmizin daha da inkişafı istiqamətində, müəllimlərin, ziyalıların, gənclərin üzərinə düşən vəzifələr barədə də geniş fikirlərini söyləyib.

Türkiyəli tarixi əsərlər müəllifi Məryəm Aybikə Sinan Azərbaycan xalqının qəhrəman bir xalq olduğunu, tarix boyu öz dəyərləri uğrunda daim mücadilə etdiyini bildirib. Qeyd edib ki, bu mücadilə nəticəsində Azərbaycan indi müstəqil dövlətdir.

Aprel qazisi Əhliyyət Mehdiyev regionlarda gənclər arasında vətənpərvərlik ruhunda belə tədbirlərin davamlı olaraq təşkil edilməsinin əhəmiyyətindən danışıb. Eyni zamanda, Şəhidlərimizin xatirəsini əməllərdə yaşatmağı, gənclərin milli düşüncə, azərbaycançılıq ruhunda yetişməli olmasının zəruriliyini vurğulayıb.

Yazıçı-publisist Aida Eyvazlı “Qalibiyyət: Şəhidlər və Şahidlər” əsəri haqqında iştirakçılara məlumat verib. Qeyd edib ki, aprel döyüşlərində şəhid olmuş hər bir qəhrəman haqqında kitabda oçerklər mövcuddur. Əsəri oxumağı Azərbaycan gəncliyinə tövsiyyə edən yazıçı bildirib ki, şəhidlərimizi tanımaq və yaşatmaq hər bir gəncin mənəvi borcudur.

Dövlət Sərhəd Xidmətinin solisti Fəxri Kazım Nicat vətənpərvərlik mahnıları ilə çıxış etdi.

Daha sonra Mədəniyyət evinin foyesində şəhidlərin döyüş yolundan bəhs edən sənədli və bədii kitabların sərgisi təşkil olunub. Q.Paşayeva şəhid ailələrinə müəllifi olduğu kitabları hədiyyə edib.
“Qəhrəmanlar unudulmur” layihəsi Şamaxıda