Aygün Bəylər bu şəxslərə təşəkkür etdi –Konsertin pulunu "YAŞAT" Fonduna köçürdü
Tarix: 27-12-2023 17:54
Əməkdar artist Aygün Bəylər ötən gün Heydər Əliyev Sarayında konsert verib.
Günpress.az-ın məlumatına görə, konsertdən yığılan vəsaitin “YAŞAT” fonduna ianə ediləcəyi bildirilib.
Konsert zamanı Əməkdar artist səhhətindəki problemlə bağlı ona dəstək olan bir çox şəxslərə, xüsusilə Milli Onkologiya Mərkəzinin baş direktoru Cəmil Əliyevə, həmçinin həkimi kimyaterapevt Anar Məmmədova təşəkkür edib.
Məlumat üçün bildirək ki, Əməkdar artist Aygün Bəylər xərçəng xəstəliyindən əziyyət çəkir.
Seçilmişlər
Ən çox oxunanlar