Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
Bu gün, 14:10

Bu gün, 14:08

Bu gün, 12:41

Bu gün, 12:40

Bu gün, 11:00

Dünən, 20:43

Dünən, 20:01

Dünən, 19:38

Dünən, 17:12

Dünən, 16:33

Dünən, 14:59

Dünən, 14:49

Dünən, 11:56

Dünən, 11:27

Dünən, 11:11

20-10-2019, 23:33

20-10-2019, 19:48

20-10-2019, 19:38

20-10-2019, 19:30

20-10-2019, 19:11

20-10-2019, 19:10

20-10-2019, 09:35

20-10-2019, 09:33

19-10-2019, 18:52

19-10-2019, 18:31

19-10-2019, 18:29

19-10-2019, 18:26

19-10-2019, 18:20

19-10-2019, 18:18

19-10-2019, 18:16

19-10-2019, 17:14

19-10-2019, 09:13

18-10-2019, 17:11

18-10-2019, 16:34

18-10-2019, 10:48

17-10-2019, 15:32

17-10-2019, 15:19

17-10-2019, 14:57

17-10-2019, 14:10

17-10-2019, 12:48

17-10-2019, 12:39

17-10-2019, 11:46

17-10-2019, 11:22

17-10-2019, 10:33

17-10-2019, 10:31

16-10-2019, 17:11

16-10-2019, 16:49

16-10-2019, 16:28

16-10-2019, 16:09

16-10-2019, 14:44

16-10-2019, 14:42

16-10-2019, 14:05

16-10-2019, 14:03

16-10-2019, 14:00

16-10-2019, 13:00

16-10-2019, 12:13

16-10-2019, 11:50

16-10-2019, 10:40

16-10-2019, 10:39

16-10-2019, 10:36

15-10-2019, 16:38

15-10-2019, 16:14

15-10-2019, 15:09

15-10-2019, 15:05

15-10-2019, 14:53

15-10-2019, 12:29

15-10-2019, 11:55

15-10-2019, 11:12

"Elmar Məmmədyarov danışanda adama elə gəlir ki, ermənilərin yanında gözükölgəliyi var" - İTTİHAM

Tarix: 15-08-2019 12:44   
"Elmar Məmmədyarov danışanda adama elə gəlir ki, ermənilərin yanında gözükölgəliyi var"
Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Rusiyaya nota verib. Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, bu ilin 9 avqust tarixindən Rusiyanın Pyatiqorsk şəhərində “Maşuk-2019” Şimali Qafqaz Gənclər Forumu öz işinə başlayıb . Forum çərçivəsində Ermənistanın Rusiyadakı Səfirinin tədbir iştirakçıları ilə keçirilən görüşü zamanı o, Azərbaycana, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yolverilməz fikirlər səsləndirib ki, bu da Forumda iştirak edən “Gənclərin Bakı klubu” ictimai birliyinin sədri Sabir Rüstəmovun haqlı etirazına səbəb olub və xoşagəlməz insident baş verib .

Bununla bağlı Sabir Rüstəmov Səfirliyə müraciət ünvanlayaraq hadisənin mahiyyətini açıqlayıb və Səfirlikdən dəstək istəyib. Məsələnin ciddiliyini, Azərbaycan ictimaiyyətində doğurduğu əks-sədanı nəzərə alaraq, Səfirlik Rusiyanın Xarici İşlər Nazirliyinə rəsmi Nota ünvanlayıb. Bundan əlavə, Səfir Polad Bülbüloğlu, daha öncə əldə olunmuş razılığa baxmayaraq, Pyatiqorsk şəhərinə səfərdən, yuxarıda qeyd olunan Forumda iştirakdan və planlaşdırılmış görüşlərdən imtina edib.
"Elmar Məmmədyarov danışanda adama elə gəlir ki, ermənilərin yanında gözükölgəliyi var"
Bu barədə fikirlərini Günpress.az-la bölüşən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib ki, bu gün Azərbaycanın xarici siyasətinin başında duran şəxs dişsiz, bacarıqsız bir adamdır. Onun sözlərinə görə, bu səriştəsizlik nəticəsində xarici siyasətimiz də bərbad gündədir:
"Elmar Məmmədyarov təyyarədə kofe içə-içə bu ölkədən o ölkəyə uçur. Ona heç maraqlı da deyil ki, Qarabağın taleyi necə olacaq. Elmar Məmmədyarov, Hikmət Hacıyev danışanda adama elə gəlir ki, bunların ermənilərin yanında gözükölgəliyi var. Belə olan halda, onların sığındıqları, ordan, medal aldıqları Rusiya da Azərbaycana qarşı bu cür mövqe sərgiləyəcək. Azərbaycanın torpaqlarını alıb ermənilərə veriblər. Ermənilər də Rusiyanın razılığı ilə təxribat edir. Paşinyan özbaşına demir ki, Dağlıq Qarabağ Ermənistan ərazisidir. Bütün bunlar ona görə baş verir ki, Azərbaycanın xarici siyasəti ölü vəziyyətdədir. Digər tərəfdən, Azərbaycan xalqının hər şeyə biganəliyi, etinasızlığı belə bir vəziyyətin davam etməsinə imkan verir. Adlarını müxalifət qoyanlar - Əli Kərimli, Cəmil Həsənli, Arıf Hacılı kimilərin isə səsi çıxmır. Çünki xaricdəki havadarlarından öhdəçilik götürüblər. Azərbaycana qarşı bu qədər haqsızlıq olur, niyə səsləri çıxmır? Bunun bir səbəbi var. Bu adamlar şəxsi maraqlarını güdürlər. Avropadan tapşırıq gəlməyənə qədər hərəkətə keçmirlər".

Müsahibimiz onu da vurğulayıb ki, bu gün Rusiya açıq-aşkar Azərbaycana xəyanət edir. Onun sözlərinə görə, Rusiya indiyə qədər Azərbaycan rəhbərliyinə yalançı məhəbbət göstərib:
"Bu dövlər ərzində Rusiya Azərbaycanı həqiqi müttəfiq bilsəydi, Qarabağ məsələsi bir günə həll olunardı. Hesab edirəm ki, Azərbaycan xalqının iradəsi ortada olmalıdır. Ermənilər də görməlidir ki, xalq ayağa qalxıb öz torpağını azad etmək istəyir. Ordumuz da güclüdür, iradə olsa, Ermənistanı məğlub edərik. Bunun üçün milli qüvvələr bir araya gəlməlidir. Hər kəs vahid mövqe ifadə etməlidir, Ali Baş Komandanla bir yerdə olmalıdır. Biz gücümüzü ortaya qoysaq, nəyəsə nail ola biləcəyik. Yox əgər yenə də pərən-pərən düşsək, itkilərimiz çox olacaq. 26 ildir aparılan danışıqlar nəticəsidir. Deməli, bir yol qalıb, onu seçib torpaqlarımız azad etməliyik" -deyə H.Hacıyev fikrini tamamlayıb.