Ramil Usubov rəisləri toplayır
Tarix: 28-09-2014 22:05
Sentyabrın 30-da Daxili İşlər naziri Ramil Usubovun rəhbərliyi ilə geniş tərkibli kollegiya iclası keçiriləcək.
Rayon polis idarə və şöbə rəislərinin də iştirak edəcəyi kollegiya iclasında əsasən vətəndaşların hüquqlarının qorunması və azyaşlıların törətdiyi cinayətlər müzakirə olunacaq.
Məlumata görə, polis rəisləri rayonlardakı vəziyyət və statistik məlumatlarla bağlı hesabat verəcəklər.
Kollegiyanın nəticəsinə uyğun Ramil Usubovun cinayətkarlığın qarşısının alınması və profilaktik tədbirlərin gücləndirilməsi sahəsində xüsusi tapşırıqlar verəcəyi gözlənilir.
Cinayətkarlığa qarşı mübarizə sahəsində aşağı göstəriciləri olan rayonlar aşkarlandığı halda, nazirin ciddi ölçü götürəcəyi istisna edilmir.
Seçilmişlər
Ən çox oxunanlar