Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
16-03-2024, 21:50

16-03-2024, 21:48

16-03-2024, 12:41

15-03-2024, 14:30

13-03-2024, 13:11

5-03-2024, 21:04

5-03-2024, 20:07

4-03-2024, 13:34

4-03-2024, 13:30

29-02-2024, 12:15

24-02-2024, 16:23

23-02-2024, 20:05

20-02-2024, 16:28

20-02-2024, 16:06

20-02-2024, 10:59

20-02-2024, 10:47

19-02-2024, 15:57

19-02-2024, 15:52

16-02-2024, 15:24

16-02-2024, 15:23

16-02-2024, 15:04

15-02-2024, 09:49

13-02-2024, 16:54

13-02-2024, 16:51

9-02-2024, 12:21

8-02-2024, 17:25

8-02-2024, 17:24

7-02-2024, 15:15

7-02-2024, 15:09

7-02-2024, 15:08

1-02-2024, 11:50

29-01-2024, 22:22

29-01-2024, 20:11

29-01-2024, 20:06

22-01-2024, 21:56

17-01-2024, 22:34

17-01-2024, 21:10

29-12-2023, 17:59

29-12-2023, 17:57

29-12-2023, 17:56

29-12-2023, 17:55

28-12-2023, 18:02

27-12-2023, 17:54

26-12-2023, 10:01

20-12-2023, 15:48

20-12-2023, 15:46

20-12-2023, 15:44

18-12-2023, 20:14

16-12-2023, 20:28

16-12-2023, 20:24

11-12-2023, 12:54

8-12-2023, 14:43

7-12-2023, 12:59

6-12-2023, 16:38

6-12-2023, 16:23

4-12-2023, 15:00

30-11-2023, 16:28

30-11-2023, 16:24

30-11-2023, 13:38

28-11-2023, 16:05

28-11-2023, 16:02

18-11-2023, 16:11

18-11-2023, 16:04

14-11-2023, 16:04

14-11-2023, 15:58

14-11-2023, 15:56

14-11-2023, 15:55

13-11-2023, 12:00

Bakı və bakılıların su problemi

Tarix: 22-06-2020 12:43   
Bakı və bakılıların su problemi
Qədim Bakılılar bir adamın bakılı olamsını yoxlamq üçün ona Bakıda nə vaxt qış olur? sualını verirdilər. Əgər O, şəxs xəzri əsəndə cavabını verirdisə şübhə etməzdilər. Hətta yay aylarında da xəzri əsəndə adamı isti paltar geyinməyə vadar edirdi. Bu sözlər Qılman İlkinin ”Bakı və bakılılar” romanında yazılmışdı. Çoxdandır oxumaq istədiyim bu romanı nəhayət ki, pandemiya dövründə onlayn oxuya bildim. Radioda eşitdiyim ”Bakıda olan ağaclar sanki ac insanları xatırladır” kəlmələri bu romanı tezliklə oxumağa məni tələsdirirdi. Kitabda Bakının tarixi ilə bərabər şəhərin ekoloji durumu da təsvir edilmişdir.
Qədim zamanlardan başlayaraq, Bakının həyatında su məsələsi ən böyük problem olmuşdur. Şəhəri dövrələyən çılpaq boz təpələr, sinəsi cadarlanmış torpaq, barmaqla sayılası cılız ağaclar şəhərə miskin bir görkəm verirdi. Xəzrinin boz buludları şəhərin üzərinə yayıldığı zaman burada həyatdan bir əsər qalmazdı. Həyətlərdə quyular qazılmışdı, suyu dəniz suyundan şor və acı idi. Bakı hələ ikiqat divar arasına sığınmış İçəri şəhərdən ibarət olduğu zaman şəhərdə cəmi iki su kəməri vardı. Hər iki kəmər suyunu ətraf dağlardan alırdı. Bakı xanları dövründə Bakıya daha iki kəmər çəkildi. Məmmədqulu və Hüsenqulu xan kəməri.Şəhər böyüyür,hüdür binalar,yaraşıqlı imarətlər ucaldılır, təzə küçələr salınırdı. Təbiidir ki, əhalinin artması suya olan tələbatı da artırmışdı. Şəhərə kənardan su gətirmək və yeni mənbələr axtarmaq barədə tərtib edilən layihələr şəhər dumasında aylarla gecikdirilir və axırda da baha başa gələcəyi bəhanə edilərək, geri qaytarılırdı. Həmin illərdə H.Zərdabi “Kaspi” qəzetində yazırdı: ”Bizdə içməli su yoxdur. Buna müqəssir bizim Şəhər idarəsinin işçiləridir. Küçələr sulanmır və yanğın söndürmək üçün də su yoxdur. Bu da Şəhər idarəsinin günahı üzündəndir. Şəhər bağlarında ağacları sulamaq üçün də su yoxdur. Bizim başçıların ixtiyarında texnika və milyonlar olduğu halda,su çatışmır. Bu o deməkdir ki,burada nə isə var”. Şəhərdə əhali içməli su çatışmazlığından əziyyət çəkirdi,içməli su üçün yağış suyundan istifadə olunurdu. Yay aylarında yağış gec-gec yağdığı üçün antisanitar vəziyyət daha da pisləşirdi. Sakinlər şəhərdə suyu baha qiymətə alıb istifadə edirdilər. Artıq 1893-cü ildə dəniz suyunun təmizlənərək istifadəyə verilməsi məsələsi gündəmə gəldi, nəhayət şəhərdə su təmizləyici qurğu tikilərək təmizlənmiş dəniz suyu istifadəyə verildi. Bu layihə problemin bir müddət qarşısını ala bildi. Amma bu da problemin kökündən həlli deyildi. Yaranmış su qıtlığının qarşısının alınması məqsədilə dəniz suyunun duzsuzlaşdırılması layihəsinə dünya praktikasında 1960 cı ildən başlanılmışdır. Artıq bizim ölkədə təqribən 150 il bundan əvvəl bu praktikadan istifadə edilmişdir. Suyun labarator şəraitdə hansı səviyyədə təmizlənməsi haqda tam məlumat olmasa da, artıq bu hal o dövr yüksək və uğurlu layihə idi. H.Tagıyev Bakıya əlavə su xəttinin çəkilməsinin zəruri olduğunu rəhbər şəxslər qarşısında qaldırdı. Bakıya iki istiqamətdən kür və Samur çayından su çəkilməsi gündəmə gəldi. Rəsmi şəxslər Samur çayından suyun çəkilməsinin baha başa gəldiyini əvvəlcədən bilib, Samurun suyunun az olduğunu bəhanə gətirirdilər. Tağıyev isə suyun bol olduğunu və dağlardan süzüb gələrək içmək üçün daha yararlı olduğunu təkid edərək suyun çəkilməsi üçün öz şəxsi hesabından 25 min manat ayıra biləcəyini və qısa müddət ərzində bu layihəyə başlanılmasa pulu verməyəcəyini bildirmişdi. Məqsəd bu layihənin tezliklə başlamısı üçün idi. Nəhayət Tağıyevin təkidindən sonra Duma 1904 cü ildə Samur çayından suyun çəkilməsinə razılıq verdi və müəyyən ictimai siyasi səbəblərdən (1905-1907-ci il hadisəsi) suyun çəkilməsi gecikdirildi. Buna baxmayaraq 1909-cu ildə suyun çəkilməsinə başlanıldı. Nəhayət 1916-cı ildə Bakıya 180 km məsafədən şollar suyunun çəkilməsi başa çatmış və 1917 ci ildə istifadəyə verilmişdir. Ölkəmiz şirin su ehtiyatlarına görə Qafqazda sonuncu yerdədir, buna görə də şirin su ehtiyatından qənaətlə istifadə olunmalıdır. Yaranmış su qıtlığının qarşısını almaq üçün alternativ vasitələrdən istifadə etmək, yəni dəniz suyunu duzsuzlaşdıraraq içməli su səviyyəsinə çatdırıb ən azından suvarma sistemlərində, yuma məntəqələrində, istehsal sahəsində, soyutma sistemlərində istifadə olunması məqsədə uyğundur. Ölkəmizdə bu layihədən artıq 2012 ci ildə istifadə olunmuş və Salyan rayonunun Xıdırlı kəndində dəniz suyunun duzsuzlaşdırılması zavodu tikilmiş və istifadəyə verilmiş və iməli sudan istifadə xeyli azalmışdı.

Vüsal İbrahimli


{sape_links}{sape_article}