"BİR KİTAB - BİR TAMAŞA"
Tarix: 06-02-2025 15:12
![](/uploads/posts/2025-02/thumbs/1738840321_othcfucfvbl5uzx2ajaenuwzpsvb1sws.png)
Sumqayıt Dövlət Dram Teatrı Beynəlxalq kitab bağışlama günü ilə əlaqədar fevral ayının 13-ü, saat 18⁰⁰-da maraqlı layihə gerçəkləşdirəcək.
İlk dəfə teatrımızda reallaşcaq layihədə kitab bağışlayan tamaşaçı "Ocaq" tamaşasına dəvətnamə əldə edəcək. Məqsəd yığılan kitabların hesabına teatrımızda kitabxana formalaşdırmaqdır.
Qeyd edək ki, layihə çərçivəsində teatrın repertuarında önəmli yer tutan, Turqut Özakmanın yazdığı, Xalq artisti Firudin Məhərrəmovun quruluş verdiyi "Ocaq" tamaşası oynanılacaq.
Seçilmişlər
Ən çox oxunanlar