SDU-da 2024-cü ilin elmi yekunları müzakirə edildi - Fotolar
Tarix: 02-02-2025 00:00
SDU-nun elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması, elmi-tədqiqat işlərinin daha da stimullaşdırılması və əməkdaşların elmi məqalələrinin beynəlxalq məlumat bazalarında (“Clarivate Analytics” şirkətinin Web of Science, “Elsevier” şirkətinin “Scopus”) indekslənən jurnallarda nəşr edilməsinin təşviqi məqsədilə elmi məqalələrə görə mükafatlandırma mexanizmi hazırlanıb.
Birinci mükafat Q1/Q2/Q3/Q4 kateqoriyalı jurnallarda ən çox məqaləsi olan 5 müəllifə, ikinci mükafat Q1/Q2/Q3/Q4 kateqoriyalı jurnallarda olan məqaləsinə ən çox istinadı olan 5 müəllifə, üçüncü mükafat Q1/Q2 kateqoriyalı jurnallarda məqaləsi olan, dördüncü mükafat Q3/Q4 kateqoriyalı jurnallarda məqaləsi olan müəlliflərə verilib.
2024-cü il elmi fəaliyyətə görə 4 nominasiyada ümumilikdə 50 min AZN mükafat ayrılıb. Bundan başqa elmi-tədqiqat fəaliyyətinə görə fərqlənən əməkdaşlar üçün istirahət düşərgəsi planlaşdırılıb.
Seçilmişlər
Ən çox oxunanlar