Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
Bu gün, 11:01

23-04-2024, 14:13

22-04-2024, 21:59

17-04-2024, 14:56

16-04-2024, 15:10

16-04-2024, 14:56

16-04-2024, 11:21

6-04-2024, 15:42

5-04-2024, 17:36

5-04-2024, 17:35

4-04-2024, 22:49

4-04-2024, 21:54

4-04-2024, 21:52

3-04-2024, 18:46

25-03-2024, 21:30

25-03-2024, 21:27

19-03-2024, 16:35

16-03-2024, 21:50

16-03-2024, 21:48

16-03-2024, 12:41

15-03-2024, 14:30

13-03-2024, 13:11

5-03-2024, 21:04

5-03-2024, 20:07

4-03-2024, 13:34

4-03-2024, 13:30

29-02-2024, 12:15

24-02-2024, 16:23

23-02-2024, 20:05

20-02-2024, 16:28

20-02-2024, 16:06

20-02-2024, 10:59

20-02-2024, 10:47

19-02-2024, 15:57

19-02-2024, 15:52

16-02-2024, 15:24

16-02-2024, 15:23

16-02-2024, 15:04

15-02-2024, 09:49

13-02-2024, 16:54

13-02-2024, 16:51

9-02-2024, 12:21

8-02-2024, 17:25

8-02-2024, 17:24

7-02-2024, 15:15

7-02-2024, 15:09

7-02-2024, 15:08

1-02-2024, 11:50

29-01-2024, 22:22

29-01-2024, 20:11

29-01-2024, 20:06

22-01-2024, 21:56

17-01-2024, 22:34

17-01-2024, 21:10

29-12-2023, 17:59

29-12-2023, 17:57

29-12-2023, 17:56

29-12-2023, 17:55

28-12-2023, 18:02

27-12-2023, 17:54

26-12-2023, 10:01

20-12-2023, 15:48

20-12-2023, 15:46

20-12-2023, 15:44

18-12-2023, 20:14

16-12-2023, 20:28

16-12-2023, 20:24

11-12-2023, 12:54

İlham Əliyev və xanımı Atıcılıq Kompleksində

Tarix: 22-10-2014 22:15   
İlham Əliyev və xanımı Atıcılıq Kompleksində
Oktyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Bakının Biləcəri qəsəbəsində Stend Atıcılığı İdman Kompleksində tikinti işlərinin gedişi ilə tanış olublar.

Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verildi ki, idmanın güllə və stend atıcılığı növləri üzrə yarışların keçirilməsi üçün nəzərdə tutulan bu kompleksin ərazisi genişləndirilərək 19,6 hektara çatdırılıb. Hazırda bu kompleksin baş planına əsasən ərazidə Beynəlxalq Atıcılıq Federasiyasının tələblərinə cavab verən bina və qurğuların inşası sürətlə davam etdirilir.

Dövlət başçısı və xanımı kompleksin stend atıcılığı sahəsi ilə tanış oldular. Kompleksdə biri həm Olimpiya Oyunları, həm də dünya kuboku final yarışlarının keçirilməsi üçün nəzərdə tutulmaqla beş atıcılıq meydançası tikilir. Atıcılıq meydançalarının hər biri üçün baxış oturacaqları və 500 tamaşaçı yerlik tribuna inşa olunur. Bundan başqa, ərazidə sosial obyektlərin yaradılmasına da xüsusi diqqət göstərilir. Bu məqsədlə dördmərtəbəli mehmanxananın tikintisi aparılır ki, burada ikinəfərlik 20 otaq, iki VİP otaq olacaq. Binada konfrans zalı, iclas otağı, tibb və məşqçilər üçün otaqlar və restoran yerləşəcək. Layihəyə uyğun olaraq, ərazidə 500 yerlik avtomobil dayanacağı da tikiləcək.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva güllə atıcılığı sahəsi ilə də tanış oldular. Bildirildi ki, bu sahə 10, 25, 50 və 300 metr məsafəyə güllə atıcılığı üzrə yarışların keçirilməsi üçün nəzərdə tutulub. Buraya 10 metr məsafəyə atıcılıq üzrə qapalı tir də daxildir. Tirdə 80 nəfər idmançı eyni zamanda yarışacaq. Burada 483 tamaşaçı yarışların gedişini izləyə biləcək. Əlli nəfər idmançının yarışacağı 25 metrlik məsafəyə yarımqapalı atıcılıq tiri isə 390 tamaşaçı yerlikdir. Burada, həmçinin 50 metrlik məsafəyə 80 idmançının yarışacağı yarımqapalı atıcılıq tiri də quraşdırılır. Bundan əlavə, ərazidə 300 metrlik məsafəyə yarımqapalı atıcılıq tiri də tikilir. Qırx idmançının eyni vaxtda yarışacağı bu tirdə 414 tamaşaçı yeri olacaq. Həm Olimpiya oyunları, həm də dünya kuboku final yarışlarının keçirilməsi üçün nəzərdə tutulan 10, 25 və 50 metr məsafəyə atıcılıq üzrə qapalı tirlər isə eyni vaxtda 15 idmançının yarışmasına hesablanıb və 500 tamaşaçı yerlikdir.

Güllə atıcılığı binasının tir zallarının hər birində idmançılar, həkimlər, məşqçilər üçün ayrıca otaqlar yaradılıb. Bundan əlavə, binada geniş foye, qeydiyyat mərkəzi, kafe, restoran, gözləmə və istirahət otaqları, konfrans zalları, baxış eyvanları, mətbuat mərkəzi, texniki otaqlar, tibb, dopinq-nəzarət otaqlarının yaradılması da nəzərdə tutulub.


{sape_links}{sape_article}