Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
23-04-2024, 14:13

22-04-2024, 21:59

17-04-2024, 14:56

16-04-2024, 15:10

16-04-2024, 14:56

16-04-2024, 11:21

6-04-2024, 15:42

5-04-2024, 17:36

5-04-2024, 17:35

4-04-2024, 22:49

4-04-2024, 21:54

4-04-2024, 21:52

3-04-2024, 18:46

25-03-2024, 21:30

25-03-2024, 21:27

19-03-2024, 16:35

16-03-2024, 21:50

16-03-2024, 21:48

16-03-2024, 12:41

15-03-2024, 14:30

13-03-2024, 13:11

5-03-2024, 21:04

5-03-2024, 20:07

4-03-2024, 13:34

4-03-2024, 13:30

29-02-2024, 12:15

24-02-2024, 16:23

23-02-2024, 20:05

20-02-2024, 16:28

20-02-2024, 16:06

20-02-2024, 10:59

20-02-2024, 10:47

19-02-2024, 15:57

19-02-2024, 15:52

16-02-2024, 15:24

16-02-2024, 15:23

16-02-2024, 15:04

15-02-2024, 09:49

13-02-2024, 16:54

13-02-2024, 16:51

9-02-2024, 12:21

8-02-2024, 17:25

8-02-2024, 17:24

7-02-2024, 15:15

7-02-2024, 15:09

7-02-2024, 15:08

1-02-2024, 11:50

29-01-2024, 22:22

29-01-2024, 20:11

29-01-2024, 20:06

22-01-2024, 21:56

17-01-2024, 22:34

17-01-2024, 21:10

29-12-2023, 17:59

29-12-2023, 17:57

29-12-2023, 17:56

29-12-2023, 17:55

28-12-2023, 18:02

27-12-2023, 17:54

26-12-2023, 10:01

20-12-2023, 15:48

20-12-2023, 15:46

20-12-2023, 15:44

18-12-2023, 20:14

16-12-2023, 20:28

16-12-2023, 20:24

11-12-2023, 12:54

8-12-2023, 14:43

Heydər Əliyev azərbaycanlı tələbəni şəxsi təyyarəsində Bakıya niyə gətirdi? - Ümummili liderlə bağlı xatirə

Tarix: 12-12-2019 14:24   
Heydər Əliyev azərbaycanlı tələbəni şəxsi təyyarəsində Bakıya niyə gətirdi?
Müstəqilliyimizin ilk illərində təhsil almaq üçün Türkiyəyə göndərilən azərbaycanlı tələbələrdən biri Habil Alısoy Ümummilli lider Heydər Əliyevlə bağlı maraqlı bir xatirəsini paylaşıb.

"1994-cü ilin soyuq fevral ayı idi. Qardaş Türkiyə respublikasında təhsil alırdıq. Prezident Heydər Əliyev Türkiyənin o zamankı prezidenti Süleyman Dəmirəlin qonağı kimi böyük bir nümayəndə heyəti ilə Türkiyəyə gəlmişdi. Heyət əvvəlcə Ankaraya getdikdən sonar məlum oldu ki, Prezident İstanbul Swiss Oteldə Türkiyədə yaşayan Azərbaycanlı iş adamlarıyla və tələbələrlə görüşəcək.

Bu səbəblə görüşdə iştirak üçün konsulluq tərəfindən mindən çox tələbələr içindən nümayəndə kimi 5 nəfər tələbə seçilmişdi. O siyahıda mənim də adım var idi. Biz tələbə yoldaşlarımızla oteldəydik. Çox həyəcanlıydım. Bir az sonra xarizmatik bir lider və dövlət xadimi, natiq bir siyasətçi, cəsur bir Azərbaycan Türkü kimi Sovetlər Birliyinin ən yüksək postunu tutmuş bir insanı yaxından görəcəkdim. Görüş başladı. Kürsüdə böyük şairimiz Bəxtiyar Vahabzadə də oturmuşdu. Prezident çıxış etdikdən sonra suallara keçildi. Toplantının rəsmi hissəsi sona çatdı. Tələbə yoldaşlarim Vidadi Fətullayev və Rauf Kəngərli ilə otelin foyesindəydik.

Vidadinin anası ağır xəstə idi. Tələbələrimizin əksəriyyəti kimi o da sadə və kasıb bir ailənin övladı idi. Maddi imkanı olmadığına görə anasının son nəfəsinə yetişməsi mümkünsüz idi. Ulu Öndər də otelin foyesində gəzişir və ona yaxınlaşanlarla söhbətləşirdi. Mən yaxınlaşıb həm söhbət etmək, həm də dostumun problemini söyləmək istəyirdim. Amma çəkinirdim.“Bəlkə mənə heç cavab verməz?”, deyə ürəyimdə düşünürdüm. Özümdə cəsarət toplayıb ona yaxınlaşdım. Bir az utancaq və ürkək şəkildə; “Salam, cənab prezident!”, dedim. Mavi və nurlu gözlərini mənə tuşlayaraq, “buyur, oğlum” dedi.” Sonra qaşlarını çataraq; “Nə işlə məşğulsunuz?” deyə soruşdu. “Tələbəyik, cənab prezident”, deyə cavab verdim. Əlini kürəyimə vuraraq, “Çox gözəl, siz bizim gələcəyimizsiniz, nə probleminiz var?,” dedikdə onun səmimiliyi və qayğısı məni cəsarətləndirdi. Ürəklənib davam etdim: “Cənab Prezident, tələbə yoldaşım Vidadinin anası ağır xəstədir və son nəfəsində anasını görmək istəyir. Olar mı, sizin təyyarədə biz də Bakıya gedək?”. “Əlbətdə olar!”, dedi və çevrilərək Həsən Həsənovu səslədi. Həsən Həsənov yanımıza yaxınlaşıb, “Buyurun Cənab Prezident”, dedi. “Bu tələbələri bizim nümayəndə heyətinin tərkibinə yaz və biz neçə gün buradayıqsa, bizimlə bərabər tədbirlərdə iştirak etsinlər!” Həsən Həsənov da “Baş üstə”, dedi və getdi. Heydər Əliyev daha sonra bizə dönərək. “Sizlər burada Azərbaycanın elçilərisiniz. Çalışqan olun və öz sahənizdə fərqlənin. Azərbaycanda sizlərə böyük ehtiyac var.” “Oldu, Cənab Prezident. Bizlərə göstərdiyiniz qayğıya görə təşəkkür edirik”, dedik və sağollaşıb ayrıldıq. Adımızı protokola daxil etdilər və bir həfdə İstanbuldakı bütün tədbirlərdə biz də iştirak etdik. Sonra Prezidentin təyyarəsi ilə Bakıya gəlmişdik Həmin təyyarədə Xalq Şairi, həmyerlimiz İlyas Tapdıqla da tanış olub söhbətləşdim.
Bəli, Ulu Öndər Heydər Əliyev sayəsində tələbə yoldaşım Vidadi Siyəzən rayonunda yaşayan anasının son nəfəsinə yetişə bildi və qısa bir zaman sonra vəfat edən anasının dəfnində də iştirak etdi. Daha sonra Prezidentin tapşırığı ilə Təhsil Nazirliyi xətti ilə Türkiyə Respublikasında təhsil alan bütün tələbələrə ildə bir dəfə yay tətilində təyyarə ilə gediş dönüş də pulsuz edildi.
Bu gün o, cismən aramızda olmasa da miras qoyduğu dövlətçilik məktəbi uzun illər gənclərimizə və idarəçilərimizə işıq tutacaqdır. Heydər Əliyevin əziz xatirəsi Türk milləti yaşadıqca daim yaşayacaqdır, O sadəcə olaraq Azərbaycanın deyil bütövlükdə Türk dövlətçilik tarixinin böyük şəxsiyyətidir.
Ruhunuz şad olsun, Ulu Öndər!".


{sape_links}{sape_article}