Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
Bu gün, 13:11

Bu gün, 13:09

Bu gün, 13:07

Bu gün, 13:05

Bu gün, 13:03

Bu gün, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

23-05-2024, 17:06

18-05-2024, 20:26

18-05-2024, 20:23

18-05-2024, 20:20

18-05-2024, 20:16

16-05-2024, 20:13

15-05-2024, 19:45

15-05-2024, 10:47

Sumqayıt nümayəndəliyi Qadınlar Şurasını yaratdı - FOTOLAR

Tarix: 08-12-2023 14:43   
Sumqayıt nümayəndəliyi Qadınlar Şurasını yaratdı - FOTOLAR
Qərbi Azərbaycan İcması (QAİ) Sumqayıt nümayəndəliyinin Qadınlar Şurası yaradılıb.
Günpress.az
xəbər verir ki, 1 nömrəli Uşaq və Gənclər İnkişaf Mərkəzinin akt zalında baş tutan tədbirdə Sumqayıtda yaşayan və ən müxtəlif peşələrdə çalışan əslən Qərbi Azərbaycandan olan xanımlar iştirak ediblər.

Yüz nəfərdən artıq insanın qatıldığı tədbiri giriş sözü ilə açan Sumqayıt nümayəndəliyinin rəhbəri Ramiz İsmayılov yığıncaq iştirakçılarını QAİ İdarə heyyətinin sədri Əziz Ələkbərlinin adından və öz adından salamladı. Ardınca Azərbaycanın suverenliyi uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
R.İsmayılov İcmanın nizamnaməsi və məramnaməsi, eyni zamanda yaradıldığı üç ay ərzində Sumqayıt nümayəndəliyinin gördüyü işlər barədə toplantı iştirakçılarına qısa məlumat verib. O bildirdi ki, ata-baba yurdlarımıza qayıtmaq üçün başladılan müqəddəs mübarizədə qadınlarımızın üzərinə böyük işlər düşür, təbliğat sahəsində əsas təsiredici qüvvələrimizin biri də məhz xanımlarımızdır. Ona görə də Sumqayıt nümayəndəliyində Qadınlar Şurasının da formalaşdırırırq.

Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahimqızı çıxış edərək İcmanın fəaliyyətində qadınların rolunun mühüm əhəmiyyət kəsb etdiyini bildirib:


“Tövsiyə edirəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən il 24 dekabrda İcmanın Mərkəzi aparatında QAİ İdarə heyətinin üzvləri ilə görüş zamanı etdiyi çıxışın hər bir cümləsinin üzərində dayanasınız. O zaman görəcəksiniz ki, dövlət başçımızın hər bir cümləsi bizləri ata-baba yurdlarımıza aparan yolun xəritəsidir. Bu səbəbdən biz Qərbi Azərbaycan qadınları səfərbər olmalı və bir amal uğurunda birlik nümayiş etdirməliyik”, - deyə deputat qeyd edib.
Çıxışının sonunda M.İbrahimqızı QAİ Sumqayıt nümayəndəliyinin Qadınlar Şurasına “Abşeron-Xızı Regional Təhsil İdarəsi”nin rəhbəri İlhamə Abdullayevanı sədr, “1 nömrəli Uşaq və Gənclər İnkişaf Mərkəzi”nin direktoru Əntiqə Rzayevanı isə müavin olaraq yığıncaq iştirakçılarına təqdim etdi.

Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, Filologiya elmləri doktoru, professor Mahirə Nağıqızı çıxış edib.



Qərbi Azərbaycanla bağlı xatirələrini kövrək notlar üzərində quran professor ölkə başçısının icmada dediyi hər bir sözün Qərbi Azərbaycanlıları öz doğma torpaqlarına apardığını bildirib: “Əgər dünən biz hamımız Qarabağlı idiksə, bu gün hər kəs Qərbi Azərbaycanlı olmalıdır ki, biz o yerlərə gedə bilək.
Əlbəttə,bu istiqamətdə görəcəyimiz işlər çoxdur. Xüsusən də insanlarımızın savadlanması və maarifləndirilməsi istiqamətində mühüm addımlar atmaq lazımdır”, - deyə M.Nağıqızı əlavə edib.


QAİ Sumqayıt nümayəndəliyi Qadınlar Şurasına yeni təyin olunmuş sədri İlhamə Abdullayeva çıxış edərək, etimad göstərən hər kəsə minətdarlığını bildirib. İ.Abdullayeva o torpaqlara qayıtmaq üçün üzərinə düşən nə varsa, onu həyata keçirməyə hazır olduğunu tədbirə yığışanların diqqətinə çatdırıb. Yeni sədr əlavə edib ki, bütün imkanlardan istifadə edərək Sumqayıt nümayəndəliyinin Qadınlar Şurasını İcmanın ən öndə gedən şuralarından birinə çevirməyə çalışacaq.

Tədbirdə Sumqayıt nümayəndəliyinin İdarə Heyyətinin, Ağsaqqalar Şurasının və Gənclər Birliyinin üzvləri də çıxış edərək İlhamə Abdullayeva və Əntiqə Rzayevaya uğurlar arzulamaqla yanaşı, hədəfə çatmaq istiqamətində qadınlarımızın öz övladlarını Qərbi Azərbaycan uğurunda mübarizə ruhlanda tərbiyə olunmasının vacibliyini vurğulayıblar.