Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

"SOCAR investiyasını Azərbaycana qoymalıdır"

Tarix: 07-06-2019 14:40   
Niyaməddin Orduxanlı: "Azərbaycanda isə milləti sovet dizeli ilə zəhərləyir, yəni bu xalq o qədərmi “qara”dı, yetim qalıb?"

"SOCAR investiyasını Azərbaycana qoymalıdır"
Dövlət Neft Şirkəti (SOCAR) Rusiyanın Tümen vilayətində yerləşən Antipinsk Neft Emalı Zavoduna investor kimi qoşulmaq imkanlarını nəzərdən keçirməsi ilə bağlı mediada yayılmış xəbər cəmiyyətdə birmənalı qarşılanmayıb. Xatırladaq ki, zavoda nəzarət edən Rusiyanın "Sberbank"ı bəyan edib ki, SOCAR yerli törəməsi - "SOCAR-Enerqoresurs" şirkəti vasitəsilə zavodun səhmlərinin 80%-ni əldə edib.

Soydaşlarımızın dünyanın 4 bir yanına səpələnərək bir qarın çörək üçün savaşdıqları halda niyə SOCAR Rusiya kimi riskli və sanksiyalar burulğanında olan bir ölkəyə nəhəng investisiyalar qoymaq istəyir? Ölkə ərazisində, tutaq ki, Yevlaxda və ya Gəncədə, Xaçmaz və ya Qazaxda müasir standartlara tam cavab verən yeni neftayırma zavodu tikərək paytaxtı texnogen fəlakətdən qurtarmaq olmazmı?


Adının çəkilməsini istəməyən iqtisadçı ekspert deyir ki, indiki halda SOCAR-ın sanksiyalarla çarpışan Rusiya kimi riskli bir ölkəyə investisiya qoyması üçqat risklidir:

"Bu böyük itkidi, həm də riskdi. Rusiyaya qarşı sanksiyalar var, ABŞ və Avropa birliyi SOCAR-ın partnyorlarıdı. İstənilən vaxt SOCAR özü də bu sanksiyalar altına düşə bilər, belə olarsa SOCAR iflas ola bilər. Digər tərəfdən, Rusiya və elə Türkiyə də stabil ölkələr deyil, Rusiyaya qoyulan investisiyalar son 4 ildə iki dəfədən çox qiymətdən düşdü (kurs hesabına), yaxın gələcəkdə isə 3-4 dəfə düşəcək. SOCAR-ın bu gün ora qoyduğu 1 mlrd dollar 2-3 ildən sonra 200-300 milyon dollar olacaq, eyni İran kimi (İran valyutasının kursu bir-iki il əvbəl 1000-2000 idisə, indi artıq 14000-15000 di) RF da eyni qaydada indi swift dən çıxarılmaq üzrədir. Həmin günü rus rublunun kursu bir dollar 200 rubl səviyyəsinə enəcək (indi 65di ).
SOCAR-a Türkiyə investisiyaları dərs olmadı, 17 milyard investisiyaların dəyəri yalnız keçən iki il ərzində iki dəfə azalmış, əgər bu gün SOCAR bu investisiyaları satmaq istəsə heç 10 milyarda sata bilməyəcək. Bu investisiyalar daxili valyutaya çevrilir və yatırılır. Geri alanda isə yalnız daxili valyutayla qaytarıb dollara çevirə bilirsən. Üçüncü tərəfdən, Azərb dünyanın ilk neftçi ölkəsidi, niyə biz heç olmasa bunu qiymətləndirib ölkədə neft emalını müasir vəziyyəydə qura bilmir? İşsizlik də Rusiyadan da, Türkiyədən də üç qat çoxdur. Hələ Azərbaycanda "Avro 4" istehsal edə bilmir, Rusiyada gedib "Avro 5" istehsal etmək fikirinə düşüb, Azərbaycanda isə milləti sovet dizeli ilə zəhərləyir, yəni bu xalq o qədərmi “qara”dı, yetim qalıb? Niyə SOCAR 95 benzini burada istehsal etmir, idxal edir, gedib onu Türkiyədə istehsal edir. Bunun arxasında da böyük korrupsiya maxinasiyaları durur, xaricə çıxan investisiyalardan otkat çox daha asandır, həm də Rusiya və Türkiyə kimi korrupsioner ölkələrdə bölüşmək daha rahatdır. Vəsaitlər Azərbaycanın nəzarətindən çıxandan sonra hər şey etmək olur. Azərbaycanda isə xaricə investisiyalar haqqında qanun, qayda yoxdur, heç bir təlimat da yoxdur. Vergiyə tələb göndərin, indiyə qədər SOCAR-ın 20-22 milyard dollar xarici investisiyalarından büdcəyə bircə manat daxil olubmu? Halbu ki, ildə ən azı 2-3 milyard dividend gəlməliydi (yəni 3-5 milyard manat).

Baxın, ölkənin kritik böhran vəziyyətinə: istehsal düşür, geriləmə ciddidi, əmək haqqı çox aşağıdı, pensiya-müavinət həmçinin, bu qədər resurslar emal olunmur, çürüyüb gedir, işsizlik 25-30%, əsas kapitala investisiyalar 5 ildir ki, düşür (2019 daxil olmaqla), sən də bu xalqa dərman kimi lazım olan investisiyaları xaricə çıxarırsan. Hansı azacıq məntiqi olan menecer bunu edə bilər?"


BAXCP sədrinin müavini, tanınmış QHT sədri, ictimai fəal Niyaməddin Orduxanlı isə Moderator.az-a açıqlamasında deyir ki, partiyanın həftənin əvvəlində keçirilən İdarə Heyətində bu kimi məsələlər müzakirə olunub və investisiyaların xaricə deyil, öz ölkəmizə qoyulmasının vacibliyi vurğulanıb:


"BAXCP İdarə Heyətinin sonuncu iclasında xarici ölkələrə investisiya qoyulması məsələsi də müzakirə edilmişdi. Partiyamızın İdarə Heyəti hesab etmişdi ki, ölkəmizdə yeni iş yerlərinin açılması üçün SOCAR-a və digər dövlət müəssisələrinə xarici ölkələrə investisiya yatırması qadağan olunmalıdır:

”Azərbaycanda işçi qüvvəsinin ucuz olması həmin müəssisələrə daha çox gəlir gətirə bilər. Türkiyə və Rusiya kimi ölkələr Azərbaycanla qonşu olduğu üçün hazır məhsulun ixracı zamanı daşıma xərcləri əhəmiyyətli olmayacaq. Azərbaycanlıların xarici ölkələrdə iş axtardığı bir vaxtda milyardlarla vəsait hesabına həmin ölkələrdə yeni iş yerləri açmaq heç bir məntiqə sığmır. İndi də məbutda bu xəbər yayılıb. Xarici ölkələrə qoyulması nəzərdə tutulan investisiyanı öz ölkəmiz üçün etsək, doğru olmazdımı?! Əlavə olaraq qeyd edim ki, Neftayırma zavodu Bakı şəhərində qalıb və orada hər hansı bir texnogen qəza olsa bütün şəhər ciddi problemlə və cümlədən də əhalimiz zəhərlənmə ulə üz-üzə qala bilər. Buna görə də Neftayırma zavodunu Sanqaçala köçürməyə böyük ehtiyac var. Yaxşı olardı ki, SOCAR Türkiyədə və Rusiyada iflasa uğramış zavodları almaqdansa, Azərbaycanda yeni neftayırma zavodu tiksin!"