Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
Bu gün, 13:11

Bu gün, 13:09

Bu gün, 13:07

Bu gün, 13:05

Bu gün, 13:03

Bu gün, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

23-05-2024, 17:06

18-05-2024, 20:26

18-05-2024, 20:23

18-05-2024, 20:20

18-05-2024, 20:16

16-05-2024, 20:13

15-05-2024, 19:45

15-05-2024, 10:47

55 İLLİK ZAMANIN SINAQLARI...

Tarix: 10-06-2024 13:22   

(Esse)

Bir bulud dayanıb başımın üstə,

Hər il yaş gətirir yaşımın üstə,

Kədərin izi var qaşımın üstə,

Görmürəm dərdinə qalan şairin.

(İlhamə Məhəmmədqızı)

Əfsanə bilinən həyatın gerçəklərini yaşaya-yaşaya həm kədərini, həm də sevincini dadır və yaşa doluruq. 55 yaş hələ qocalıq olmasa da hər halda uşaqlıq, gənclik illəri də deyil, hər birini kövrək və şirin xatirələrdə yaşadan bir dövrdür. Mənim gənclik xatirələrimdə özünə xüsusi yer eləyən və bu günə qədər keçdiyim enişli-yoxuşlu yollarda rastlaşdığım şair təbiətli, həlim xasiyyətli, yaxşı və pis günümdə yanımda olan peşəkar jurnalist, şair İlhamə Məhəmmədqızı iyun ayının 11-dən ömrünün 55 ilini arxada qoyaraq gənclik eşqi ilə yaşamağa davam edir. Həyat xəritəsində indiyədək zaman onu çox sınaqlara çəksə də kimsənin qabağında əyilmədi, gözü kölgəli qalmadı. Taleyi gənc yaşlarından ondan üz döndərsə də damarlarında qanla axan istedadı onu hər zaman zülmətdə nura qərq etdi, yazdı, yaratdı...

     17-18 yaşlarından tanıdığım və “Sintetik kauçuk” zavodunda  bir yerdə çalışdığım İlhamə Məmmədova jurnalistika fakültəsinə qəbul olunanda işçilər arasında mən daha çox sevinmişdim. Əvvəlcə Sumqayıt şəhərinin yerli radiosunda diktor kimi çalışıb sonradan zavodun “Sintez” və “Kauçuk” qəzetlərində müxbirlik fəaliyyətindən tanıdığım gənc qızın uğurlarına inanırdım, çünki məqalələrindən, mənsur şeirlərindən istedadına bələd idim. Bilirdim ki, istedadı onun qarşısında yeni üfüqlər açacaq, sabahları nurlu olacaqdır. Belə də oldu... Radio dalğalarından aşaraq mətbuatı, televiziyanı fəth etdi. “İdeal Market”, “Əsrin sədası” qəzetlərini yaşatdı, “Dünya TV”-də bir neçə layihənin rəhbəri, aparıcısı və qonağı oldu. Uzun müddət “Hər şey sizin üçün”, “Qafqaz Press” “Borçalı”, “Azad Azərbaycan” qəzetlərinin, “İT Magazine”, “Formula uspexa”, “Azərbaycan dünyası” jurnallarının əməkdaşı kimi tanındı. Bu gün isə Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü olan və İlhamə Məhəmmədqızı kimi imzasını bənzərsiz yaradıçılığında təsdiq edən bu qələm sahibi “Sumqayıt” qəzetində  jurnalist olaraq fəaliyyətini davam etdirir.

     Xəbislərin qənimi, dostlarına isə ərməğan olan ovsunlayıcı poetik düşüncələri könülləri oxşayır.  Onun poeziya dünyasının pəncərəsində 55 illik ömrün hər fəsli sanki dil açıb danışır, sehri ilə başqa bir aləmin adamını tanıdır. Bulud kimi dolub boşalan, yenidən doğan günəş kimi ətrafa zərrəciklərini yayan səssiz pıçıltılar əslən Gürcüstanın Marneuli rayonundan olan şirin ləhcəli İlhamə xanımın qəlbinin aynasıdır.

      Təkcə jurnalist kimi deyil, həm də şair kimi imzası ilə tanınan, sevilib-seçilən və yaradıcılıq fəaliyyətinin çoxşaxəli budaqları ilə ətrafa kölgə salan İlhamə Məhəmmədqızının yazdıqları  ədəbi cameənin diqqətindən  kənarda qalmayıbdır. Şeirlərindəki ciddiyyətdə kəskinliklə yanaşı sonsuz sevgi, nifrət, mübarizlik, qürur, vətənpərvərlik və qisas havası da var. Oxucunu özünə bağlayan lakoniklik, dildəki sadəlik qələminin və düşünən beyninin qüdrəti, həyat eşqi ilə çırpınan ürəyinin dərinliyindən süzülən sızıltılarıdır. Bəzən canlı müşahidələri, bəzən isə xəyalları onu rahat buraxmayıb və qələmə sarılmağa, ağ varaqlar üzərində incə bədii libasla əxz etməyə məcbur edibdir.

İndiyədək oxuculara tanış olan “Xatırla məni”, “Dərdə açma qapını”, “Möcüzə işığında”, “Söz dünyam”, “Ömrün naxışları”, “Var olsun yaxşılar, yaxşılıqlar”, “Bəs kimə deyim”, “Zirvəyə doğru”, “Hikmət dünyası” kitabları qələm sahibinin bahar təravətli ömrünun tükənməyən yaradıcılıq işığıdır. Təltif olunduğu fəxri fərmanlar, media mükafatları bu işığın gücü və sönməzliyidir.  

Zərif məxluqun başı üstəki buludu, yaşının üstünə yaş gəldikcə qaşının üstəki kədəri görməsi, şairin dərdinə qalan olmamasından şikayəti bəlkə də əbəsdir, çünki şair yaşlansa da, sevilən şeiri daha da cavanlaşır, yaşayır. Sözdən qurulan qızıl taxt dağ başında əbədi parlayır... Şairi hər yaşda gənclik eşqi ilə yaşadan, yazıb-yaratmağa sövq edən zamanın sınaqları və sözün qüdrətidir... 

Sözünüzün qüdrəti qədər əyilməz, şərəfli, mənalı, ən əsası isə sağlam uzun ömür yaşayın, İlhamə Məhəmmədqızı!

RƏNA TƏBƏSSÜM AJB-nin üzvü