Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

23-05-2024, 17:06

18-05-2024, 20:26

18-05-2024, 20:23

18-05-2024, 20:20

18-05-2024, 20:16

16-05-2024, 20:13

15-05-2024, 19:45

15-05-2024, 10:47

12-05-2024, 00:24

12-05-2024, 00:21

11-05-2024, 18:19

10-05-2024, 12:49

10-05-2024, 12:46

9-05-2024, 18:01

7-05-2024, 14:34

7-05-2024, 14:31

6-05-2024, 11:18

6-05-2024, 11:16

2-05-2024, 11:15

2-05-2024, 11:05

26-04-2024, 11:01

23-04-2024, 14:13

22-04-2024, 21:59

17-04-2024, 14:56

16-04-2024, 15:10

16-04-2024, 14:56

16-04-2024, 11:21

6-04-2024, 15:42

5-04-2024, 17:36

5-04-2024, 17:35

4-04-2024, 22:49

4-04-2024, 21:54

4-04-2024, 21:52

3-04-2024, 18:46

ZİRVƏYƏ SƏSLƏYƏN VƏTƏN SEVGİSİ: ŞƏHİD – NURLAN ABDALOV

Tarix: 06-06-2024 14:49   

Ucadan-uca bir ad var, hansı ki hər kəsə nəsib olmur. Hansı ki zirvələrdə əbədi özünə məskən salıb ürəklərdə yaşayır. Şəhid! Bu addan hər zaman qürurlanırıq, yarımçıq qalan ömrünü hər tərəfi nura boyayan sönməz işığında yığışıb yad edirik, ruhuna dualar oxuyuruq. Şəhidlər Xiyabanında uyuyan yuzlərlə igid oğullarımızın qəhrəmanlığı təkcə böyüməkdə olan yeni nəslə deyil, bütün yaş qrupundan olanlara örnəkdir.

30 ilə yaxın işğal altında olan torpaqlarımızın azadlığı uğrunda başlanan II Qarabağ Müharibəsində ailənin yeganə oğlu Nurlan Faiq oğlu Abdalov ön cəbhədə düşmənə qarşı amansızcasına vuruşmaqla Vətənə olan sevgisinin bütün arzu və istəklərindən üstün olduğunu sübut etdi. Vətənin dar günündə harayına səs verib cəbhə bölgəsinə yollanaraq cəsarəti və qorxmazlığı ilə 20 illik ömür yoluna sığışan böyük qəhrəmanlıq dastanı yazdı.

Nurlan Abdalov Sumqayıt şəhərində yerləşən 14 saylı tam orta məktəbin məzunu idi. Rəssamlığa böyük həvəsi olduğundan 2012-2015-ci illərdə “Dostluq” Mədəniyyət Mərkəzində rəssamlıq kursuna gedərək sənətin sirlərini öyrənmişdi. Nurlanı istedadlı və bacarıqlı oğlan kimi tanıyanlar onun hərbi xidmətə gedənə qədər bərbər sənətini də öyrəndiyini və saç stilisti kimi fəaliyyət göstərdiyini də söyləyirlər. 2018-ci ildə hərbi xidmətə getməzdən əvvəl Sumqayıt Şəhər Hərbi Komissarlığının xətti ilə sürücülük məktəbini bitirmişdi. Vətən qarşısında borcunu yerinə yetirən əsgərin hərbi yolu Ağcabədidən başlasa da andiçmə mərasimindən sonra Beyləqanla əvəz olunmuşdu. “N”saylı hərbi hissədə ixtisas dərəcələrinin bölgüsündən sonra baş sürücü təyin edilmişdi. Hərbi xidmətini Füzuli rayonunun Haramı düzündə yerləşən “N” saylı hərbi hissədə davam etdirərək nizam-intizamlı olması, verilən tapşırıqların öhdəsindən bacarıqla gəlməsi ilə komandanlığın və yoldaşlarının rəğbətini qazanmış, hətta ailəsinə iki dəfə təşəkkür məktubu göndərilmişdi. 2020-ci il yanvar ayının 10-da isə hərbi xidmətini başa vuraraq evə qayıtmışdı. Anası Səminə, atası Faiq və bacısı Nuranə onun gəlişinə sevinsələr də bu sevinc çox çəkməmişdi...
-Səminə ana, rəssam ruhlu oğlunuz yoxluğundan təsəlli tapdığınız nədir?

-Təbiətin vurğunu olan oğlum Nurlan rəssam ruhlu idi. Mavi dənizi seyr etməyi, yaşıllıqları, heyvanları çox sevərdi. Çox vaxt gedib gəzdiyi şəhərlərin, rayonların mənzərəli yerlərinin çəkərdi. Çəkmək istədiyi portretlər, mənzərələr çox idi... Qarabağımızı azad görüb çəkmək istəyirdi... Oğlumla birgə keçən hər gün ondan qalan yadigardır. Keçmişin şirin xatirələri, bir də şəhid adını qazanan oğlumun heç zaman unudulmayacağı və əsrlər ötsə də qəhrəmanlıq göstərən oğullar arasında daim yaşayacağı ən böyük təsəllimdir. Yaşasaydı bu il iyun ayının 12-də 24 yaşı tamam olacaqdı... Amma bizim evdə hər zaman qoxusu gələn nur üzlü 20 yaşlı Nurlan həmişə var...

Nurlanın Türkiyədə hərbi təlimlər keçmək, gizir rütbəsi ilə təltif olunmaq kimi istəkləri vardır. O hərbi təhsil almaq, biz isə onun toyunu görmək arzusu ilə yaşayırdıq. Qızımın onu hərbi xidmətdən qayıdan kimi ailə sahibi etmək, bibi olmaq arzusu yerinə yetmədi. Bu gün yeganə təsəllimiz şəhid adının həqiqətən ölməzliyi və uca zirvədə əbədi yaşamasıdır.

Şəhidin atası Faiq Abdalov qorxmaz və cəsarətli oğlu Nurlanın keçdiyi döyüş yolundan iftixarla danışır, onun Vətənini azad görmək istəyi ilə müharibəyə getdiyini deyir...

-Faiq ata, oğlunuzun ən böyük arzusu nə idi?

Nurlanın arzuları çox idi, görünür azad torpaq uğrunda şəhid olmaq arzusu öndə imiş... Hələ orta məktəbdə oxuyarkən 2016-cı ilin Aprel döyüşləri şəhidləri haqqında danışılanda sinif yoldaşlarından biri ona sual verib ki, sən də şəhid olacaqsan? Sualı səssiz cavablandıran oğlumun mərd duruşu və mətanətli baxışları sual verənin bu gün də gözləri önündən getmir. Vətən sevgisi oğlumu zirvəyə səsləyirdi... Bu istək balamı hələ 2020-ci ilin yay aylarında müddətdən artıq hərbi xidmətə qədər aparmış və o Z.Tağıyev qəsəbəsində “N” saylı hərbi hissədə yüksək döyüş hazırlığı keçərək manqa komandiri vəzifəsinə, çavuş rütbəsinə kimi yüksəlmişdi. 2020-ci ilin sentyabrın 27-də başlanan II Qarabağ Müharibəsində Füzuli, Cəbrayıl, Zəngilan, Xocavənd uğrunda gedən qızğın döyüşlərdə iştirak etmiş, bir dəfə qolundan yaralansa da döyuşdən kənarda qalmamışdı. 20 yaşlı yaralı komandirə döyüş yoldaşları geri qayıt desələrdə, o döyüşü davam etdirmişdi. Biz isə isti evimizdə oturub cəbhə xəbərlərini izləyirdik. Əvvəl telefonla tez-tez əlaqə saxlayan oğlumdan nigaran idik, çünki daha zəng etmirdi...

Hərbi geyimi və xüsusi əşyaları ilə bəzədilmiş otağının hər küncündə qardaşının onlara dikilən baxışlarını görən və nəfəsini duyan bacısı Nuranə deyir ki, ana və atası 37 gün döyüşlərdə iştirak etmiş Nurlanın yoxluğunu hiss etmirlər. Çünki şəhidlər ölmür, ruhları hər tərəfdə, onların qanı bahasına geri qaytarılan torpaqlarda dolanır. 30 il işğal altında olan, tikan basmış və azadlığı uğrunda şəhid qanı axıdılmış torpaqlarımız indi laləzara çevrilir.

Nurlan Abdalov noyabr ayının 3-də Xocavənd uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsində özünə əbədi taxt qurdu. Noyabrın 5-də Sumqayıt Şəhər Şəhidlər Xiyabanında dəfn edildi. Ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olundu.

Vətən üçün yaşayıb, Vətən üçün ölən Vətən oğlu, rahat uyu! Zəfər bizimdir! Üçrəngli bayrağımız Qarabağda dalğalanır, ruhun şad olsun!
Azərbaycan tarixinin şanlı səhifələrində Böyük Zəfəri bizə yaşadan şəhidlər Vətən var olduqca yaşayacaqlar!
RƏNA İMANOVA
AJB-nin üzvü
P.S. 2023-cü ildə Türkiyədə Avrasiya yazarlar Birliyi tərəfindən keçirilən VII. Beynəlxalq Qaşqarlı Mahmud Hekayə Müsabiqəsində qalib gəldiyim “Körpənin arzuları” adlı hekayəmi şəhid Nurlan Abdalovun adının əbədiləşdirilməsinə həsr etmişəm. Ruhu şad olsun!




{sape_links}{sape_article}