Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

23-05-2024, 17:06

18-05-2024, 20:26

18-05-2024, 20:23

18-05-2024, 20:20

Xocalıda yarımçıq qalan “Son zəng” çalındı - FOTOLAR

Tarix: 14-06-2024 16:24   

Bu gün yarımçıq qalan arzular yenidən həyata keçib. Xocalı şəhərində “Çalınmayan zəng” adlı məzun günü qeyd edilib.

GÜNpress.az
xəbər verir ki, "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə 1992-ci ildə məzun ola bilməyən Xocalı şəhər sakinləri “Şəhidlər xiyabanını” ziyarət ediblər. Şəhidlərin ruhuna dualar oxuyub, məzarlarına gül dəstələri qoyublar. Şəhidlərin xatirəsinə ehtiram olaraq Xocalı çayına qərənfil gülü atılıb.

Tədbir haqqında məlumat verən "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin sədri Ceyran Əzizova tədbirin mahiyyətindən danışıb: “Tədbirin əsas mahiyyəti1992-ci ildə məzun ola bilməyən, arzusu ürəyində qalan o məzunların işğaldan azad edildikdən sonra Xocalıya ilk dəfə qədəm qoyaraq, tarixin bu günə təsadüf etdiyinə görə onların o arzularının reallaşdırılmasıdır.

Ceyran Əzizova bildirib ki, tədbirin keçirilməsində əsas məqsədlərdən biri də şəhidlərimizin xatirəsini yad etməkdir: “Torpaqlarımızın işğaldan azad edilməsi uğrundan canından keçən şəhidlərimizi yad edərək, həmin məzunlarımızdan şəhid olanlarımız var, onların xatirəsinin yad olunması, şəhid müəllimlərimizin yad olunması və Xocalımıza bir zəng çalaraq rəng qatmaq, canlandırma gətirmək arzusundayıq”.

1992-ci ildə məzun ola bilməyən Ayna Novruzova isə bildirib ki, bu gün onlar üçün çox sevindirici gündür: “Bu gün həqiqətən də həm sevindirici gündür, həm də çok kədərli və qüssəli haldır. Hər bir kəsin arzusudur 11 il oxusun və on bir ilin sonunda məktəbi başa çatdırsın. Amma bu arzumuz ürəyimizdə qaldı. Xocalı soyqırımı zamanı 1 saylı məktəbdən bizim 4 sinif yoldaşımız şəhid oldu, itkin düşdü. Və bu günləri biz 14 iyunda bura qədəm qoyduq, o şəhidlərimizin xatirinə bu gün Şəhidlər Xiyabanına gəldik. Bütün Azərbaycana bildirmək istəyirik ki, qoy ulu tanrı bir daha xalqımıza pis gün göstərməsin. Bu gün bizim çalınmayan “son zəngim”izi öz sinif yoldaşlarımızla qeyd edərək o günlərimizi xatırladıq”.

Qeyd edək ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəliyinin əməkdaşı Zöhrab İsayev, Xocalı rayon İcra Hakimiyyətinin əməkdaşı Xəlil Vəliyev və digər rəsmi şəxslər iştirak edib.