QAİ-nin Gorus rayon Qurdqalaq kənd icmasının ilk iclası oldu - FOTOLAR - VİDEO
Tarix: 29-05-2024 15:24
Qərbi Azərbaycan İcması (QAİ) Gorus rayon Qurdqalaq kənd icmasının ilk iclası keçirilib.
GÜNpress.az xəbər verir ki, QAİ Sumqayıt şəhəri üzrə nümayəndəliyində baş tutan toplantını, giriş sözü ilə nümayəndəliyin sədri Ramiz İsmayılovaçıb. O, Qurdqalaq kənd icmasının üzvlərini öz adından və Qərbi Azərbaycan İcması İdarə Heyyətinin sədri, millət vəkili Əziz Ələkbərlinin adından salamlayıb.
Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhidlər anıldıqdan sonra cıxışını davam etdirən R.İsmayılov, əlavə edib ki, Qərbi Azərbaycan İcmasının kənd-kənd, rayon-rayon və şəhərlər üzrə təşkilatlanması düşmənlərin kürkünə birə salıb.
“Xüsusən də cənab prezident İlham Əliyevin Qərbi Azərbaycan mövzusunu gündəmə gətirməsi və bundan ilhamlanan soydaşlarımızın təşkilatlanaması, Ermənistan hakimiyyətini o cümlədən də cəmiyyətini ciddi mənada narahat edib. Onlar Qərbi Azərbaycanlıların öz ata-baba yurdlarına qayıdacaqları günün uzaqda olmadığını deyirlər. Bəli, Gorus rayonunun Qurdqalaq kənd icmasının da formalaşması ümumi prosesə təkan verəcək”.
QAİ Sumqayıt nümayəndəliyinin sədr müavini Yasin Mansurov Qurdqalaq kənd icmasının üzvlərini salmlayaraq onlara çıxdıqları yolda uğurlar arzulayıb. Bundan başqa Y.Mansurov Sumqayıt nümayəndəliyinin gördüyü işlər barədə iclas iştirakçılarını məlumatlandırır.Onun yaxın günlərdə Rusiyadan qayıtdığını, orada yaşayan Qərbi Azərbaycanlılarla görüşdüyünü və təşkilatlanma istiqamətində addımlar atıldığını diqqətə çatdırıb.
Sonra QAİ Sumqayıt nümayəndəliyinin İdarə Heyətinin üzvi,Qurdqalaq kənd icmasının sədri Elçin Abdullayevçıxış edib. O da öz növbəsində kənd icma üzvlərini salamlayaraq onlara işlərində uğurlar diləyib. İcmanın nizamnaməsi və mərəmnaməsi barədə ətrafı məlumat verən E.Abdullayev, Qurdqalaq kənd icmasının da QAİ nizamnaməsinə uyğun formalaşmalı olduğunu qeyd edib.
O eyni zamanda işlərinin çox olmasından dolayı özünün kənd İcma sədrliyi vəzifəsini Məmmədov Fuad Zahid oğluna həvalə etmək isdəyini və bu məsələyə Qurdqalaqlıların münasibət bildirməsini istəyib. E.Abdullayevin təklifi yekdilliklə qəbul olunub.
Sonra QAİ Sumqayıt nümayəndəliyinin Qadınlar şurasının üzvü, Qurdqalaq kənd sakini Mehriban İsmayılova çıxış edib. O da öz kəndçilərinə uğurlar arzulayaraq onları fəal olmağa və bu kənarda durmamağa çağırıb.
“Biz nə qədər bir olarıqsa, o qədər də güclü olacağıq. Dövlətimizin bizim qarşımızda tələbi rahatlıqla həyata keçirə biləcəyik.”-deyən, M.İsmayılova bu işdə hər kəsə uğurlar diləyib.
Qurdqalaq kənd icmasının yeni seçilən sədri Fuad Məmmədovdanışaraq, göstərdikləri etimada görə, bütün kəndçilərinə minnətdarlığını bildirib və əlavə edib ki, üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmək üçün əlindən gələni edəcək.
Sonra Qurdqalaq kənd icmasının üzvüləri, İlham Məmmədov, Firudin Əsgərov, Fəridə Məmmədova, Xasay Məmmədov, “Həkəri” qəzetinin baş redaktoru Rauf İlyasoğluçıxış edərək Qurdqalağın diğər sakinlərini də aktivlik göstərməyə və bu siyasətə dəstək verməyə səsləyiblər.
Çıxışlar yekunlaşdıqdan sonra Qurdqalaq kənd icmasını İdarə heyyəti və şüraları formalaşdırılıb. Beləliklə,Əhəd Məmmədov Qurdqalaq kənd icmasının Ağsaqqallar Şurasının sədri,Mehriban İsmayılova Qurdqalaq kənd icmasının Qadınlar Şurasının sədri,Zaur İsmayılov Qurdqalaq kənd icmasının Gənclər Birliyinin sədri seçiliblər.
Sonda xatirə fotosu çəkilib.
Seçilmişlər
Ən çox oxunanlar