Zəngi liseyində “Son zəng” tədbiri keçirilib
Tarix: 14-06-2024 14:06
Bu gün Zəngi liseyində “Son zəng” tədbiri keçirilib. İyunun 14-də Bakı şəhəri Nizami rayonunda yerləşən Zəngi liseyində “Son zəng” qeyd olunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan liseyin direktoru Nigar Məmmədova məzunları təbrik edib və 2023-2024-ci tədris ilində əldə olunan nəaliyyətlərdən və uğurlardan danışıb. Bildirilib ki “Liseyin onlarla şagirdi Respublika Fənn Olimpiadalarında və Beynəlxalq olimpiadalarında qalibi olmuşdur.Lisey üzrə bu il 56 şagird məzun olur. Onlardan 70 % buraxılış imtahanlarında 200 -dən çox bal toplayıb. Arzu edirəm ki, şagirdlərimiz valideynləri üçün gözəl övlad, ölkəmiz üçün layiqli vətəndaşlar olsunlar”.
Nizami rayonu İcra Hakimiyyətinin nümayəndəsi Vaqif Hüseyinxanlı məzunlara gələcək təhsil kariyeralarında uğurlar arzu edib.
Daha sonra valideynlər çıxış edərək liseyin direktoruna və müəllimlərə təşəkkür ediblər.
“Son zəng”də tədris ilində uğurlu nəticələr göstərən şagirdlərə sertifikatlar təqdim olunub.
Rəsmi hissədən sonra liseyin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya təqdim edilib.
Liseyi bitirən şagirdlər onların üzərində əvəzsiz əməyi olan müəllimlərə öz minətdarlığını ifadə edərək, gələcək fəaliyyətlərində vətənə, dövlətə layiqli vətəndaş olacaqlarını bildiriblər. Daha sonra duyğulu anlarla birlikdə Son Zəng çalınıb.
Seçilmişlər
Ən çox oxunanlar