“Qarabağ və Şərqi Zəngəzurda ekosid” mövzusunda sənədli film hazırlanacaq
Tarix: 07-06-2024 16:12
Qarabağ və Şərqi Zəngəzurda ekosid” mövzusunda sənədli film layihəsinin icrasına başlanılıb.
GÜNpress.az xəbər verir ki, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” ictimai birliyinin bu layihəsinin əsas məqsədi Ermənistanın işğalı dövründə Qarabağ və Şərqi Zəngəzurda törətdiyi ekosidin miqyasını göstərmək üçün faktlara söykənən və yüksək keyfiyyətli çəkilişlə müşayət olunan sənədli film hazırlamaqdır.
Filmdə flora və faunanın işğal dövründə məhv edilməsi, təbii sərvətlərin talan edilməsi, su hövzələrinin çirkləndirilməsi tarixi faktlarla izləyiciyə təqdim olunacaq. Layihə zamanı BMT-nin dayanıqlı İnkişaf Məqsədləri, işğaldan azad olunmuş ərazilərdə bu məqsədlərə nail olunmasında mina təhlükəsinin böyük çətinlik yartması da vurğulanacaqdır. Bundan başqa, Qarabağ və Şərqi Zəngəzurda basdırılmış minaların insanlarla yanaşı ekosistemə olan mənfi təsirləri də qeyd ediləcəkdir.
Layihə çərçivəsində artıq filmin yaradıcı heyəti ilə görüş keçirilmiş və filmin ssenarisi müzakirə edilmişdir. Yaxın vaxtlarda Qarabağ və Şərqi Zəngəzurda filmin çəkilişlərinə başlanması nəzərdə tutulub.
Sənədli filmin Azərbaycanda keçiriləcək COP29 ərəfəsində geniş auditoriyaya təqdim olunması planlaşdırılır. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur.
Seçilmişlər
Ən çox oxunanlar