Səbail rayon İcra Hakimiyyəti küçələri işıqlandırmır; işığa qənaət və fanarla gəzən sakinlər – VİDEO
Tarix: 25-07-2024 19:14
Səbail Rayon İcra Hakimiyyəti sakinlərin müraciətlərinə diqqət yetirmir.
Günpress.az xəbər verir ki, paytaxtın Səbail rayonundakı bəzi küçələr işıq üzünə həsrət qalıb. Gülbala Əliyev küçəsində yaşayan vətəndaşlar bildirir ki, yolların işıqlandırılmaması ərazinin ən böyük təhlükə mənbəyinə çevrilib. Hətta küçə boyu bir neçə dəfə qəzalar da baş verib.
Sakinlər deyir ki, Gülbala Əliyev küçəsində elə yerlər var ki, həmin hissədə 3-4 ilə yaxındır elektrik dirəkləri quraşdılıb. Lakin indiyə qədər bu dirəklərə elektrikin verildiyini “gördüm deyən olmayıb”. Bəzi hissələrin isə işıqlandırılması növbəli rejimə salınıb. Həftənin müəyyən günlərində həmin hissələr işıqlandırılır, müəyyən günlərində isə həmin ərazinin işıqlandırılması dayandırılır, digər hissə işıqlandırılır.
Sürücülər də ərazisinin işıqlandırılmasından narazıdır. Küçə boyu yol kənarlarında səkilərin olmaması sakinlərin axşam saatlarında yollarda hərəkətinə səbəb olur.
Təqdim etdiyimiz görüntülərdən də göründüyü kimi, bir çox hallarda skainlər özləri əl fənərlərindən istifadə etməyə məcbur olurlar.
Sakinlər artıq Səbail Rayon İcra Hakimiyyətinin bu küçənin hesabına elektrik enerjisinə görə ödənişlərdə qənaət etdiyini də düşünürlər. Məsələ ilə bağlı aidiyyatı qurumlara, xüsusən də icra hakimiyyətinə dəfələrlə şikayətlər edilməsinə baxmayaraq problem öz həllini tapmır. Sakinlər bildirir ki, məslənin həll edilməsi üçün ümumiyyətlə, cəhd belə göstərilmir.
Həmin görüntüləri sizə təqdim edirik:
Seçilmişlər
Ən çox oxunanlar