Paşinyan COP29-da iştirak edə bilər? - AÇIQLAMA
Tarix: 25-10-2024 10:54
Azərbaycanda keçiriləcək COP29 tədbirinə sayılı günlər qalıb. Dünyanın bir çox ölkələrinin rəhbər şəxsləri bu tədbirdə iştirak edəcəklərini təsdiqləyiblər.
Bəs görəsən, Ermənistanın baş naziri Nikol Paşinyan Bakıda keçiriləcək COP29-da iştirak edəcək?
Deputat Aydın Mirzəzadə "Unikal"a açıqlamasında bildirib ki, COP tədbiri ildə bir dəfə keçirilən və bütün dünyanın diqqətində olan məsələdir. Onun sözlərinə görə, ətraf mühitin qorunması, ekologiyanın təmizliyi məsələsi bəşəriyyəti narahat edən ciddi problemlərdən biridir:
"Bu gün sənayeləşmənin güclənməsi, təbiətə ziyan vuran istehsalın genişlənməsi dünya üçün problemə çevrilib. Buna görə də ildə bir dəfə bu və ya digər ölkədə ətraf mühitlə bağlı beynəlxalq tədbir keçirilir. Bu tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın siyasi nüfuzunun yüksək olması, ətraf mühitin qorunmasında Azərbaycanın oynadığı rola qiymət verilməsi kimi qəbul edilə bilər. Artıq 38 minə qədər qonaq iştirakını təsdiq edib. Bir çox ölkə rəhbərləri fəxri qonaq kimi iştirak edəcəklər və öz mövqelərini ortaya qoyacaqlar. Bu isə konfransın siyasi nüfuzunu daha da artıracaq. Ermənistan tərəfinə dəvət göndərilib. Bu dəvət Azərbaycan dövlətinin deyil, BMT-nin, beynəlxalq təşkilatın dəvətidir. Hazırda Ermənistanda bu məsələ müzakirə edilir.
Əgər Ermənistan COP29-da iştirak etmək istəyəcəksə, onların burada fəal iştirakı, mövqelərini bildirməsi üçün digər ölkələrə olduğu kimi onlara da şərait yaradılacaq və Azərbaycan tərəfindən onların təhlükəsizliyinə tam zəmanət veriləcək. Hər halda, COP29 ərəfəsində Ermənistanın bu məsələdə mövqeyini eşidəcəyik. Onların hansı səviyyədə rəsmi şəxslə təmsil olunması isə Ermənistanın seçimidir".
Seçilmişlər
Ən çox oxunanlar