Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
23-04-2024, 14:13

22-04-2024, 21:59

17-04-2024, 14:56

16-04-2024, 15:10

16-04-2024, 14:56

16-04-2024, 11:21

6-04-2024, 15:42

5-04-2024, 17:36

5-04-2024, 17:35

4-04-2024, 22:49

4-04-2024, 21:54

4-04-2024, 21:52

3-04-2024, 18:46

25-03-2024, 21:30

25-03-2024, 21:27

19-03-2024, 16:35

16-03-2024, 21:50

16-03-2024, 21:48

16-03-2024, 12:41

15-03-2024, 14:30

13-03-2024, 13:11

5-03-2024, 21:04

5-03-2024, 20:07

4-03-2024, 13:34

4-03-2024, 13:30

29-02-2024, 12:15

24-02-2024, 16:23

23-02-2024, 20:05

20-02-2024, 16:28

20-02-2024, 16:06

20-02-2024, 10:59

20-02-2024, 10:47

19-02-2024, 15:57

19-02-2024, 15:52

16-02-2024, 15:24

16-02-2024, 15:23

16-02-2024, 15:04

15-02-2024, 09:49

13-02-2024, 16:54

13-02-2024, 16:51

9-02-2024, 12:21

8-02-2024, 17:25

8-02-2024, 17:24

7-02-2024, 15:15

7-02-2024, 15:09

7-02-2024, 15:08

1-02-2024, 11:50

29-01-2024, 22:22

29-01-2024, 20:11

29-01-2024, 20:06

22-01-2024, 21:56

17-01-2024, 22:34

17-01-2024, 21:10

29-12-2023, 17:59

29-12-2023, 17:57

29-12-2023, 17:56

29-12-2023, 17:55

28-12-2023, 18:02

27-12-2023, 17:54

26-12-2023, 10:01

20-12-2023, 15:48

20-12-2023, 15:46

20-12-2023, 15:44

18-12-2023, 20:14

16-12-2023, 20:28

16-12-2023, 20:24

11-12-2023, 12:54

8-12-2023, 14:43

Rəngini dəyişənlər və dəyişməyənlər

Tarix: 13-11-2015 03:19   
Rəngini dəyişənlər və dəyişməyənlər
Təbiətdə bəzi böcəklər və həşəratlar var ki, təhlükə hiss etdikdə,ədüşmənlərindən qorunmaq üçünərənglərini dəyişmək qabiliyyətinə malikdirlər. Tutaq ki, qonduqları, süründükləri budağın, yarpağın rəngini alırlar. Rənglərini deyişib dayandıqları məkanın rəngini almaqlaətəhlükəni sovuş-durmaq istəyirlər.

Lakin Qurbanolduğumun istəklərindən baş açmaq o qədər də asan deyildir. Hər şeylə maraqla-nanəİskoç bilim adamları böcəklərlə və həşəratlarla qidalanan quşları tutublar. Böcəklərlə və həşə-ratlarla qidalanan quşlarınəqarınlarını yardıqda maraqlı mənzərə ilə qarşılaşıblar. Görüblər ki, rəngini dəyişib-dəyişməməyin fərqi yoxdur, quşlar onsuz da bu böcəkləri və həşəratları tutub yeyirlər. Sadə dildə desək, quşların da öz sistemi var.
Bu haqda düz on il əvvəl oxumuşdum. Mövzu ilə təkrar maraqlanıb daha əhatəli, detallarla, terminlərlə yaza bilərdim. Amma bilmirəm, nədənsə buna öz tərəfimdən əşhədü-ehtiyac görmədim.
Mövzu ilə bir dahaədərindən maraqlanmağa niyə ehtiyac görmədim? Həqiqətən də bunun səbəbini özüm də bilmirəm. Bilsəm yazaram. Özümə də maraqlıdır. Amma bilin ki, bura qədərəyazılanlar aşağı-yuxarı doğrudur. Buna şübhəniz olmasın.ə
İfadə azadlığının, azad və ədalətliəməhkəmələrin, fundamental insan haqlarının mövcud olmadığı cəmiyyətlər də belədir. İnsanlar hakimiyyətin siyasi diqtəsini birbaşa qəbul etməklə, dəstəkləməklə qorunduqlarını, təhlükəni özlərindən sovuşdurduqlarını düşünürlər. Hətta özlərini hakimiyyətin bir parçası kimi hiss edirlər. Amma əslində elə deyil. Rəngini dəyişib-dəyişməməyin xeyri yoxdur. Əgər ölkədə ifadə azadlığı, ədalətli məhkəmə yoxdursa, dünən qılıncının dalı-qabağı kəsən bir adam bir günün içində heç kimə çevrilir. Dönür olur cinayətkar. Var-dövlətini də əlindən alırlar. Dünənə qədər onunla görüşməyi, söhbət etməyi, şəkil çəkdirməyi, bir masa arxasında oturmağı özlərinə şərəfəbilənlər, bir günün içində bir işarəylə onu söyürlər, biabır edirlər, lənətləyirlər. Əlbəttə, buna dözmək çox çətindir. Hər adam buna dözə bilməz.ə
Əli İnsanovu yada salaq. Qılıncının dalı da kəsirdi, qabağı da. Amma günlərin bir günü onu həbs etdilər. Dünənə qədər onunla görüşməyi, bir masa arxasında oturmağıəşərəf bilənlər onu söydülər, cinayətkar adlandırdılar, lənətlədilər. İnsanovun yaxın adam hesab etdikləri ondan imtina etdilər. Hətta mətbuat konfransı keçirib bunu açıq dedilər. Başqa cür ola bilməzdi. İmtina etməsəydilər, onları də tutub salacaqdılar Əli İnsanovun yanına. Hərə öz canının hayında idi. İndi bu adam öm-rünün ahıl çağlarını həbsxana divarları arasında keçirir. Qardaşı rəhmətə getdi yasına buraxmadı-lar. Görəsən, öz keçmişi haqqında düşünürmü? Heç olmasa özü-özünə hesabat verirmi?əDaxilən də olsa, öz səhvlərini etiraf edirmi? Axı o, bu gün ölkədə baş verən dəhşətlərin memarlarından bi-ridir. Çox istərdim Əli İnsanov yaşının bu vaxtında,ədüşdüyü bu vəziyyətdə Tolstoyun "Dirilmə" əsərini oxusun. Bu əsər indi ona çox lazımdır.
Bir azəaşağı düşək. Başqa bir hadisədən danışaq. Hadisə 2005-ci ildə baş verib. Parlament seçkiləri vaxtı. Divarlara, dəmir lövhələrə, hara münasibdir ora plakat yapışdırırıq. Birdən bir mağazanın sahibi başımızın üstünü aldı. İmkan vermədi ağzımızı açaq. Dedi: - bura plakat yapışdırmaq olmaz!
Bu adamla dərin olmasa da,ətanışlığımız var idi. Dedim: - a kişi, sənin mağazana yapışdırmırıq. Bura sənin mağazandan otuz metr aralıdadır.
Amma adam Nuh desə də, peyğəmbər demədi: - Olmaz, vəssalam! Siz buralara plakat yapışdırsa-nız, cıracam.- Uzun bir çıxış söylədi: - Bir dəfə gəlmişdiniz, gördük, gecələr çölə çıxa bilmirdik, indi Allaha şükür, hər şeyimiz var, agentlər, stabillik, aranı qatmaq istəyənlər və sairə və ilaxır.
Elə bil qarşımızda AzTv-nin aparıcısı dayanmışdı. Qərəz, adam o həndəvərə plakat yapışdırmağımıza imkan vermədi. Aralaşdıq ordan. Üstündən xeyli keçdi. Günlərinəbir günü dayanmışam dayanacaqda. Avtobus gözləyirəm. Birdən bir tanış peyda oldu. Dedi: - hara gedirsən?- dedim,- şəhərə. Dedi ki, gəl, filan yerə qədər aparım.
Oturdum maşına, hara qədər gedə bilərdi ora qədər apardı. Ordan şəhərə daha çox avtobus gedirdi. Maşından düşəndə gördüm burda xeyli adam yığışıb. Səs-küy aləmi götürüb. Yaxınlaşdım gö-rüm bu nə həngamədir belə... Aydın oldu ki, yolu genişləndirirlər. Yolun kənarlarında nə qədər obyekt varsa, verirlər buldozerin qabağına.
Mağazanın sahibi məni gördü. Başladı qışqırmağa:ə- Bundan yazmaq lazımdır ey, bundan. Mağazamı dağıdırlar...
Hansısa kanala zəng edib. Onlar da gəlib, çəkiliş aparmadan gediblər. Demə, pulunu alıb, bu adama icra hakimiyyətindən kimsə deyib ki, narahat olma, sənin mağazana toxunmayacaqlar. Bu adam da inanıb. İndi də mağazanı verirlər buldozerin qabağına. Eləmədimə tənbəllik, plakat söhbətini bunun yadına saldım. Özü də elə həmin anda. Dedim ki, kişi yadındadır, qoymurdun bizi plakat yapışdırmağa, dedin: - yapışdırsanız da cıracam, bizi qovdun burdan. İndi get, əvəzin qaytarırlar.
Bəli, elə ömür boyu bizə "GÖRDÜN" deməyəcəklər ki, biz də kimlərəsə "GÖRDÜN" deməliyik də. Əlbəttə, bu, çox kiçik təsəllidir. Ümumi götürdükdə hamımızın həyatı məhv olur. Söhbət ondan getmir ki, yolla addımladığın yerdə gəlib təpənə güllə vurub öldürələr. Səhiyyənin, təhsilinə-bərbad gündə olması elə məhv etməyin bir formasıdır. Bir milləti məhv etməyin ən asan yolu onun təhsilini bərbad günə qoymaqdır. Yaxşı bir atalar sözü var. Tısbağanı ya öldürdün ya da beli üstə çevirdin, eyni şeydi. Yəni tısbağanı beli üstə çevirmək elə öldürmək deməkdir. Tısbağanı beli üstə çevirəndə ayaqları göydə qalır. Başlayır canıyla əlləşməyə.ə
Bir az da aşağı düşək. Bir əhvalatla da tanış olaq. N rayonunda idim. Çayxanada çay içirdim. Birdən vəlvələ düşdü. Adamlar həyəcanlandılar. Özü də bərk. Biri ora getdi, biri bura getdi...
- Ay qardaş, bir deyin görəkənə olub? Bu vəlvələnin səbəbi nədir?
Məlum oldu ki, icra başçısı yanyörəsindəkilərlə gəzməyə çıxıb. Adamların həyəcanlanmasının səbəbi bu imiş. Yadıma bizim klassiklərin hekayələri düşdü. Rəsmən elə bil rayonun ağası gəzməyə çıxmışdı. Adamlar da özlərini bu ağanın təbəsi kimi aparırdılar. Orda icra başçısı tutub bu təbələrindən birini günün günorta çağı o birilərininəgözü qarşısında şallaqlasaydı əsla təəccüblənməzdim. Zatən şallaqlayırlar da.
Siz rayona gedəndə yəqin adamların başçı haqqında necə həyəcanla danışdıqlarını görmüsünüz. Başçı gəldi, başçı getdi, başçı bunu dedi, başçı onu elədi...
Elə bil adamlar öz ağaları haqqında danışırlar. Bu ağa istənilən vaxt onları rayondan sürgün edə bilər. Tutub mal-mülkünü əlindən alar. Hamı da bunu çox normal qəbul edər. Sanki elə belə də olmalıdır. Sanki "vətəndaş" sözünün əsl mahiyyəti adamlara gəlib çatmayıb. Onlar özlərini rəiyyət kimi aparırlar. Elə bil onlar ölkə vətəndaşı deyillər, Danabaş kəndinin sakinləridir. Kostyum, cins geyinmələrinə baxmayın. Bu, göz aldadan mənzərədir. Mahiyyətcə onlar ayağı çarıqlı, başları motalpapaqlı rəiyyətdir.
Köləlik hələ bizim canımızdan çıxmayıb. Musa peyğəmbərin yəhudilərin canından köləliyi çıxart-maq üçün onları səhrada gəzdirməsi söhbətiniəindi tam başa düşürəm. Bizim hətta azadlıq uğrun-da mübarizə aparan kimi görünənəadamlarımızın da bir çoxu mahiyyətcə kölədir.
Müxalifət liderindən biri hakimiyyətin ən idbar lakeylərindən birini "dostum" adlandırır və həyasızcasına onu müdafiə edir, onun lakeyliyinə haqq qazandırmaq istəyir. Bunun adı köləlik deyilsə, bəs nədir? Yaxudəbu gün baş verən hadisələrlə 37-də baş verən hadisələri eyniləşdirir, bu gün baş verənlərlə 37-də baş verənlər arasında uyğunluq axtarır, amma özü 37 repressiyalarında müstəsna rol oynamış təşkilatın üzvü olaraq qalır. Çıxmır ordan. Həyasızcasına ordan çıxmamağına haqq qazandırmaq istəyir. Guya siyasət başqadır, ədəbiyyat başqa. Nədir bu? Bu köləlik deyil? Tərtəmiz köləlikdir. Ona görə də onun apardığı mübarizəni qaytarıb təpəsinə çırpmaq lazımdır. Bu mübarizənin heç bir mənası yoxdur. Çünki mahiyyətcə kölə olan adam başqalarına heç vaxt azad-lıq bəxş edə bilməz.
Ha deyirəm ki, o adamı yada salmayım, söhbətlərə qatmayım, mümkün olmur. Özümlə bacara bilmirəm. Hərlənib-fırlanıb mövzuya girir. Nə isə... Bunlar yazı-pozu ilə izah ediləsi şeylər deyil. Bircə orası məlumdur ki, qarşıda bizi yeni-yeni, daha maraqlı "komediya"lar gözləyir. Adamlara qa-lan bu "komediya"lara baxmaq olacaq.


{sape_links}{sape_article}