Bakıda yaşayış binasında partlayış - Ölən və yaralananlar var
Tarix: 04-07-2026 17:40

Bakının Yasamal rayonunda ikimərtəbəli yaşayış evinin birinci mərtəbəsində yanğınla müşayiət olunan partlayışda xəsarət alanların sayı üçdən dördə artıb.
Bu barədə GÜNpress.az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, təcili tibbi yardım briqadası tərəfindən üç nəfər (2 qadın, 1 kişi) termiki yanıq diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub. Zəruri tibbi xidmət göstərilən pasiyentlərin müalicələri Reanimasiya şöbəsində davam etdirilir, vəziyyətləri ağır qiymətləndirilir.
Hadisə baş verən ərazidən keçərkən bir qadın da xəsarət alıb. Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan pasiyentə zəruri tibbi xidmət göstərilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir, ambulator müalicə üçün evə buraxılması planlaşdırılır.
***
10:37
Bakının Yasamal rayonunda ikimərtəbəli yaşayış evinin birinci mərtəbəsində yanğınla müşayiət olunan partlayış baş verib, ölən var.
Bu barədə GÜNpress.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Hadisə nəticəsində ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 250 kvadratmetr olan evin birinci mərtəbəsində yerləşən iki otağın yanar konstruksiyaları 50 kvadratmetr sahədə yanıb.
Bundan başqa, üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, xilasedicilər 2010-cu il təvəllüdlü vətəndaşın meyitini çıxararaq aidiyyəti üzrə təhvil verib.
Faktla bağlı araşdırma aparılır.
Seçilmişlər
Ən çox oxunanlar
























