Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
Bu gün, 17:51

Bu gün, 17:48

Bu gün, 17:43

Bu gün, 17:40

22-05-2026, 10:48

22-05-2026, 10:45

6-05-2026, 11:44

5-05-2026, 17:02

5-05-2026, 17:01

27-04-2026, 11:13

27-04-2026, 10:51

24-04-2026, 16:17

17-04-2026, 16:19

28-03-2026, 20:56

16-03-2026, 11:39

10-03-2026, 13:33

10-03-2026, 13:30

5-03-2026, 12:55

5-03-2026, 12:50

5-03-2026, 12:47

5-03-2026, 12:45

5-03-2026, 12:45

26-02-2026, 12:50

26-02-2026, 12:48

26-02-2026, 12:47

26-02-2026, 12:45

12-02-2026, 16:26

12-02-2026, 13:02

6-02-2026, 16:59

6-02-2026, 16:54

6-02-2026, 11:57

14-01-2026, 11:12

14-01-2026, 11:06

14-01-2026, 11:04

14-01-2026, 11:03

4-12-2025, 16:53

20-11-2025, 11:00

17-11-2025, 11:08

17-11-2025, 11:05

17-11-2025, 11:04

14-11-2025, 15:10

14-11-2025, 15:08

31-10-2025, 11:37

31-10-2025, 11:25

25-10-2025, 17:56

25-10-2025, 17:51

23-10-2025, 22:01

21-10-2025, 12:12

21-10-2025, 11:15

20-10-2025, 20:06

20-10-2025, 10:51

17-10-2025, 20:06

17-10-2025, 17:28

17-10-2025, 17:25

17-10-2025, 17:22

16-10-2025, 11:02

16-10-2025, 10:58

14-10-2025, 12:38

13-10-2025, 15:55

13-10-2025, 15:46

9-10-2025, 10:52

9-10-2025, 10:49

7-10-2025, 10:43

4-10-2025, 22:07

4-10-2025, 22:05

2-10-2025, 10:38

25-09-2025, 21:54

19-09-2025, 13:05

O ev bizim evimizdir... viran qalmış evimiz!

Tarix: 04-07-2026 17:48   

Bu gün 33 ildən sonra ilk dəfə olaraq dünyaya gözlərimi açdığım Qubadlı rayonunun Xocahan kəndinə getdim. Mən 4 yaşım olanda ailəm bu kənddən məcburi köçkün düşüb. Erməni vəhşiliyi bizim kənddən, bizim evdən də yan keçməyib. Kənddə daşı daş üstə qoymayıblar. Barbarcasına qarşılarına çıxan hər şeyi məhv ediblər.
Kəndimizə ayaq basar basmaz olduqca qəribə, sözlə ifadə edə bilməyəcəyim hisslər keçirdim. 33 ildən sonra evimizə qayıtmışam, viran qalmış evimizə. O evimiz ki, rəhmətlik anamın laylay səslərini indi divarları olmayan bu evdə eşitmişəm. Mən ilk dəfə bu evdə addımlarımı atmışam, danışmağa başlamışam.
Ehhh... Kəndi dolaşdıqca, xaraba qalan evimizə baxdıqca fikrimdən nələr keçirdi nələr. Bu dəm yadıma böyük yazıçı Markesin ev haqqında bu fikirləri düşdü: "Çoxmərtəbəli binalarda doğulanlar Evdə yox, mənzildə dünyaya gəlirlər. Evin özülü torpağa dirənməlidir: uşaq yalnız birbaşa torpaqla təmasda dünyanın magiyası ilə, mifologiyası ilə əlaqəyə girir; çoxmərtəbəli evdə o yerlə göy arasındadır, yəni yerin də göyün də cazibəsindən məhrumdur. Markesin uşaqlıq illərini keçirtdiyi Ev həqiqətən qəribə idi, magik xislətə malik idi; bir-biri ilə bağlı olmayan/bağlı olan üç salamat, bir də yanmış binadan ibarət idi".
Əmim Həmzənin, əmim qızı Aynurənin məzarlarını ziyarət etdim. İçimdə həm kədər, həm də sevinc hissi var idi. Fikirləşirəm ilahi görəsən bu yuxudurmu. Axı bizim hər birimizə Qarabağın azad olacağı, dədə-baba torpaqlarımızı ziyarət edəcəyimiz yuxu kimi görünürdü. Əslində isə reallıqdır. Mən 33 ildən sonra doğulduğum kəndimə getdim, doğmalarımın məzarını ziyarət etdim.
Bu reallığı bizə yaşadan Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev, qəhrəman şəhidlərimiz, qazilərimiz və veteranlarımızdır. Uca Allah Cənab Prezidentimizi qorusun. Bu torpaq üçün şirin canından keçmiş şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Qazi və müharibə veteranlarına isə can sağlığı arzulayıram.
Pərvin Mahmudov

P.S Kəndimizi ilk ziyarətimdə məni tək qoymayan dəyərli sənətkarımız Ağalar Bayramova, atam Filman Mahmudova və xalam oğlu Məqsəd müəllimə dərin minnətdarlığımı bildirirəm.