Xəbər lenti
18-09-2018, 11:19

3-09-2018, 12:01

21-08-2018, 09:16

17-08-2018, 13:03

13-08-2018, 13:00

13-08-2018, 11:46

7-08-2018, 07:36

6-08-2018, 07:01

1-08-2018, 09:18

31-07-2018, 19:24

31-07-2018, 15:42

31-07-2018, 15:39

31-07-2018, 07:23

31-07-2018, 07:22

31-07-2018, 07:20

31-07-2018, 07:19

28-07-2018, 20:24

28-07-2018, 20:20

9-07-2018, 16:06

9-07-2018, 16:04

25-05-2018, 18:56

25-05-2018, 18:49

25-05-2018, 18:48

4-05-2018, 09:00

1-05-2018, 10:22

1-05-2018, 10:17

18-04-2018, 06:36

11-04-2018, 19:16

27-11-2017, 19:33

27-11-2017, 19:29

23-11-2017, 08:21

23-11-2017, 08:14

23-11-2017, 08:06

21-11-2017, 20:19

18-11-2017, 06:17

17-11-2017, 21:09

17-11-2017, 21:04

17-11-2017, 20:59

17-11-2017, 20:54

17-11-2017, 20:43

17-11-2017, 20:33

17-11-2017, 20:30

17-11-2017, 20:26

17-11-2017, 20:23

17-11-2017, 20:19

17-11-2017, 14:35

25-09-2017, 11:31

25-09-2017, 11:28

25-05-2017, 16:09

25-05-2017, 16:05

16-05-2017, 15:56

11-05-2017, 15:39

11-05-2017, 15:30

11-05-2017, 13:26

11-05-2017, 13:22

11-05-2017, 13:18

6-05-2017, 12:19

6-05-2017, 12:16

6-05-2017, 12:14

6-05-2017, 12:12

6-05-2017, 12:10

6-05-2017, 12:04

2-05-2017, 13:25

2-05-2017, 13:23

2-05-2017, 12:16

1-05-2017, 14:04

1-05-2017, 11:32

1-05-2017, 11:27

“Soyunmaq, öpüşmək mənim üçün probem deyil” - Azərbaycanlı aktrisa

Baxılıb: 1919     Tarix: 16-12-2014 11:53   
“Soyunmaq, öpüşmək mənim üçün probem deyil” - Azərbaycanlı aktrisa
“Nargis" Nəşriyyat Evi və “Nargis” jurnalının direktoru, aktrisa Könül Nağıyevanın axsam.az saytına müsahibəsini təqdim edirik.

- Sizi ilk olaraq "OK" jurnalının baş redaktoru, jurnalist kimi tanımağa başladıq. Aktrisalıq sevdanız necə yarandı?

- Uşaqlıqdan aktrisa olmaq istəyirdim. Bəzi səbəblərdən bu arzumu reallaşdıra bilmirdim. Üç il əvvəl aktrisalıq karyerama başlamaq üçün şans yarandı. Mən də bu fürsəti əldən buraxmadım və xəyallarım gerçək oldu. Buna görə çox xoşbəxtəm. Hələ ki, bu sahədə ilk addımlarımdır. Üç il ərzində bir çox şeyə nail olmuşam. Gələcəkdə uğurlarımın sayını artırmağı arzulayıram. Əslində təhsilim idarəçiliklə bağlıdır. Moskvada yaşayarkən aktyorluq kurslarına getmişəm. İndi texnologiya elə irəliləyib ki, bütün sahələrlə bağlı məlumatı internetlə əldə etmək olar. Ən gözəl müəllimlər isə elə aktyorlardır. Onların müsahibələrini oxuyur, rollarını izləyə-izləyə öyrənirsən. Aktyor ömür boyu öz üzərində çalışmalıdır. Bu gün o qədər də boş vaxtım yoxdur. Amma imkan olduqca oxuyuram, sənətimlə bağlı yeni məlumatlar əldə edirəm.

- Bu yaxınlarda Türkiyə istehsalı olan "Tərk edilmiş" adlı filmdə rol aldınız. Filmin təqdimatı nə zaman baş tutacaq?

- Bu, mənim çəkildiyim ilk tammetrajlı filmdir. Həmkarım Kamran Ağabalayevlə birgə baş rolları ifa etdik. "Tərk edilmiş" sosial mövzudan bəhs edən dramdır. Film artıq hazırdır. Təqdimat fevralda keçiriləcək. Bakıda və İstanbulda qala gecəsi olacaq. Bizim üçün böyük təcrübə idi. Peşəkar rejissor və prodüserlərlə çalışdıq. Bu çəkilişdən sonra başa düşdüm ki, əgər insanın xarakterində dəyişiklik olmursa, onun işləri uğurla gedir. Bizim üçün böyük avtobus ayrılmışdı. Gün ərzində tanınmış aktyorlarla bir yerdə olurduq. Onların sadəliyindən, səmimiyyətindən şoka düşmüşdüm. Hətta sənə məsləhət verir, səndən məsləhət alırlar. Şansım gətirdi ki, ilk təcrübəm pozitiv oldu. Gələn il üçün də Türkiyə və bura ilə bağlı layihələr var. Əgər alınsa, aktrisalıq fəaliyyətim daha da böyüyəcək. Bəzən bu, məni qorxudur. İşim böyüyür, boş vaxtım daha da azalacaq. Amma çox böyük layihədir, kastinqi keçsəm, gözəl olacaq. Ümid edirəm ki, öhdəsindən gələcəyəm. Bu baş versə, özümü rahatlıqla aktrisa kimi təqdim edə biləcəyəm. Hələ tam olaraq dilimə gətirə bilmirəm ki, aktrisayam. Hazırda idarəçiyəm, redaktoram. Bunun dəyişməsini istəyərdim. Mən uşaqlıqdan beynimə yeritmişəm ki, “Oskar” almalıyam.

- Demisiniz ki, güclü ssenari soyunmağı tələb edirsə, buna əməl etmək lazımdır. Necə fikirləşirsiniz, sizi tənqid atəşinə tutmazlar ki?

- Məni ailəmdən başqa heç kim maraqlandırmır. Bu, ən böyük xoşbəxtliyimdir. Soyunmağa gəldikdə, "Tərk edilmiş" filmində də soyunmuşam. Əgər insanlar bunun dərinliyinə getsə, soyunanda aktyorlar nədən istifadə edirlər, hətta açıq-saçıq səhnələri çəkəndə bu necə baş verir bilsələr, fikirləri dəyişər. Mən bu peşəni seçmişəmsə, özümü aktrisa adlandırıramsa, Azərbaycandan kənarda layihələrdə iştirak edirəmsə və “Oskar” qazanmaq niyyətim varsa, soyunmaq, öpüşmək mənim üçün probem deyil. Mənə aktrisa kimi yalnız kino tənqidçiləri irad tuta bilər. Digər insanlar hansısa bir filmdə soyunmağımı istəyirlər tənqid etsinlər, istəyirlər təhqir, dünya vecimə deyil. Ailəm kübar və tolerant olaraq bunu qəbul edirsə, pis baxmırsa, deməli, hər şey qaydasındadı. Mən heç kimin nə işinə, nə də həyatına qarışmıram. Özümə qarşı da bu cür münasibət gözləyirəm. Hər bir aktyorun məqsədi dünyaca qəbul olunan mükafatları qazanmaqdır. Mənim də hədəflərim var.

- Direktorluğunu etdiyiniz “Nargis” nəşriyyat evi ilə bağlı nə kimi yeniliklər gözlənilir?

- İki illik fəaliyyətimiz ərzində çox irəli getmişik. "Nargis" dərgimiz, "nargismagazine.az" və "buro247.az" saytları işə başlayıb. Azərbaycan dilində dəblə bağlı məlumatlar çox az idi. Xanımlar hər zaman bu sahədən məlumatları rus və ingilis saytlarından tapırdı. "Buro247.az" dəb sahəsində doğma dilimizdə olan boşluğu doldurdu. Biz sırf kommersiya xarakteri daşımırıq. İnsanlara nəyisə öyrətmək istəyirik. "Nargis" fondu var ki, burada xeyriyyə tədbirləri görülür. Bu yaxınlarda “Soyuq əllər isti ürək” yeni il xeyriyyə yarmarkası start verdi. Əldə etdiyimiz gəliri qocalar evinə və təcili yardıma ehtiyacı olan xəstə uşağlara bağışlayacağıq. Gələn il üçün yeniliklərimiz var. Tanınmış bir jurnalın Azərbaycan versiyasını təqdim edəcəyik. Artıq fevraldan işlərə start veriləcək. Bildiyiniz kimi, "Nargis" dərgisinin Gürcüstan versiyası təqdim edildi. Bu, bizim üçün önəmli bir hadisə idi. İlk Azərbaycan nəşriyik ki, hətta Ukraynada da yayımlanacağıq. Gələn il isə başqa ölkələrdə fəaliyyətə başlamağı düşünürük. Biz təkcə yerli məşhurlardan yox, insanlara pozitiv təsir bağışlayan maraqlı insanlardan yazırıq. Jurnalın dəqiq, məqsədəuyğun siyasəti var. Xaricdəki tərəfdaşlarımızla danışmışıq ki, 60 faiz bizim, 40 faiz isə onların istədikləri yazılar nəşr olunacaq. Biz bu jurnalı yaratmamışıq ki, kim nə istəyir yazsın. Əsla belə olmaz. Tərəfdaşlarımızdan da bunu tələb edirik.

- Bu qədər böyük bir kollektivi idarə etmək çətin deyil?

- Hərdən yoruluram. Çətin olsa da, əziyyət vermir. Hər şey o qədər düzgün işləyir ki... Özüm üçün bir qayda qoymuşam. Heç vaxt təşvişə düşmək, səni boğub öldürən əsəbə imkan vermək olmaz. Nə olursa olsun, sakit qəbul etməlisən.

- Ülviyyə Rəhmanovanın rəhbərliyi altında çalışmaq necədir? Onu necə xarakterizə edərdiniz?

-Sənətə yaxın olan, yaradıcı xanımdır. Bəzən o qədər maraqlı ideyalar fikirləşir ki... Hərdən oturub saatlarla hansısa məsələnin həlli ilə bağlı düşünürük. Amma Ülviyyə xanım qısa zaman içində maraqlı çıxış yolu tapır. İlk gündən onunla danışdıq ki, iş yerində rəfiqəlik etmək olmaz. Burada bir neçə insan dostdur. Amma işdə dostluq qadağandır. Bu, yalnız iş saatı bitdikdən sonra baş verə bilər. Ülviyyə xanım özü də bunu yaxşı nümayiş etdirir.

- Həyatda hansı baryerlər var ki, onu heç vaxt aşmazsınız?

- Zaman elə dəyişib, xarab olub ki, insanları hansısa bir hərəkətlərinə, düşüncələrinə görə günahlandırmıram. Mən heç vaxt demirəm ki, mütləq şəkildə bunu etmərəm. Sabah nə olacaq deyə bilmirəm. Mən bu günlə yaşayıram. İndiyədək heç kəsin ayağının altını qazmamışam. Hər zaman səmimi olmuşam, ədalətli və düzgün insan kimi özümü tərbiyə etmişəm.

- Sevgi cəbhəsində vəziyyət necədir?

- Hər zaman sevib-sevilirəm. Həyatımda ən vacib amil sevgidir. Sevgisiz yaşaya bilmirəm. Mənim ürəyim mütləq kimisə sevməlidir. Bu, qarşılıqsız da ola bilər. Sevgi sırf kiminləsə münasibətdə olmaq, əl-ələ gəzmək demək deyil. Qadınla kişi arasında olan sevgidən danışırıqsa, bu birtərəfli də yaşana bilər. Düzdür, daxilimdə əziyyət çəkə bilərəm, amma bir o qədər də həzz ala bilərəm. Bizim ailəyə, valideynə, uşağa, işə sevgimiz var. Amma qarşı cinsə sevgi yoxdursa, insan solğun olur. Mütləq bu hissiyyatı doğrultmaq lazımdır.


- Bir oğul övladınız var. Onu necə tərbiyə edirsiniz? Qadağalarınız olurmu?

- Oğluma heç nəyi qadağan etmirəm. Sadəcə onu seçim qarşısında qoyuram. Əgər şuluq salmaq istəyirsə, valideyninin xoşuna gəlməyən nəsə edirsə, deyirəm: belə edəcəksən, “iPad” olmayacaq, belə edəcəksənsə, hər şey olacaq. O, körpə vaxtlarından bu seçimə öyrəşib. Artıq beyni elə çalışır ki, ana ilə açıq danışmağın mümkün olduğunu bilir. Ana “yox” demir, amma onun öz şərtləri var. O görüb ki, ananın şərtlərini qəbul edərkən uduzmayıb. Ağzıbağlı uşaqdır. Bu, önəmlidir. Sirrini heç kimə verməz.

- Ona az vaxt ayırmağınızdan şikayətlənmir?

- Bu, bizim ən böyük problemimizdir. İstədiyim qədər ona vaxt ayırmıram. Hər zaman aramızda bununla bağlı narazılıq olub. Bu yaxınlarda telefonla danışanda eşitdi ki, mən işlə bağlı xaricə gedəcəyəm, başladı: “yenə gedirsən, məni də özünlə apar”. Dedim ki, dərslərini öyrən, böyü, hər yerə gedək. Hələ ki, hədiyyələrlə, yalanla başını aldatmaq olur. Amma bilirəm ki, bir-iki ilə bu da mümkün olmayacaq. Bu günlə yaşayıram. Amma övladımın gələcəyi barədə düşünürəm. Beynimdə hər zaman sağlam ambisiyalar olub. Pis yaşamaq istəməmişəm. Bəziləri ambisiyanı başqa şeylə səhv salır, onu pis bir şey kimi qiymətləndirir. Amma sağlam ambisiya insanın xeyrinə olur. Oğlum musiqi ilə maraqlanır. Atasının onun bu istedadında böyük zəhməti var.

- Aktrisalıq fəaliyyətinizdə hansı obrazı canlandırmağı arzulayırsınız?

- Rejissorlar hər zaman məni dramatik rollarda görürlər. Neqativ obraz yaratmaq, tamaşaçıda nifrət hissi oyatmaq istəyərdim. Gələcək layihələrimin birində bu cür rola nail ola biləcəyəm.

- Mənfi obraz yaratmaq da bir riskdir. Axı tamaşaçı sizə nifrət edə bilər...

- Həyatım başdan ayağa risk olub. 1999-cu ildə valideynlərimdən gizli ATV telekanalına - 106 FM-ə yollandım və kastinqə qatıldım. O vaxt sürücü ilə gedib-gəlirdim. Onu aldadıb ilk dəfə avtobusa mindim. Atam xəbər tutanda dedi ki, belə məharətlisənsə, get işlə. "OK" jurnalında çalışdığım dönəmdə bir günün içində qərar verdim ki, hər şeyi buraxıb aktrisa olacağam. Getdim, amma sonradan yenə də jurnalistikaya qayıtdım. Ömür boyu risk edirəm. Moskvada yaşayarkən karyera qurmuşdum. Həyatıma elə insan gəldi ki, işimi atdım, ailə qurdum, dedim, ev xanımı olacağam. Amma indi daha təmkinli qərarlar verirəm.

- Bundan peşman oldunuz?

- Xeyr. Mən indi də ev xanımı olmağa hazıram. Sadəcə yanımda olacaq kişinin gücü ən az mənimki qədər olmalıdır. O elə etməlidir ki, indiki yaşayış tərzimdə qala bilim. Mən bütün günü evdə yemək hazırlamayacam, bunu ancaq ürəyim istəyəndə edə bilərəm. Ev xanımları da fərqli olur. Hər bir xanım nə qədər güclüdürsə, yanında da bir o qədər güclü kişi istəyir.