Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
Bu gün, 11:01

23-04-2024, 14:13

22-04-2024, 21:59

17-04-2024, 14:56

16-04-2024, 15:10

16-04-2024, 14:56

16-04-2024, 11:21

6-04-2024, 15:42

5-04-2024, 17:36

5-04-2024, 17:35

4-04-2024, 22:49

4-04-2024, 21:54

4-04-2024, 21:52

3-04-2024, 18:46

25-03-2024, 21:30

25-03-2024, 21:27

19-03-2024, 16:35

16-03-2024, 21:50

16-03-2024, 21:48

16-03-2024, 12:41

15-03-2024, 14:30

13-03-2024, 13:11

5-03-2024, 21:04

5-03-2024, 20:07

4-03-2024, 13:34

4-03-2024, 13:30

29-02-2024, 12:15

24-02-2024, 16:23

23-02-2024, 20:05

20-02-2024, 16:28

20-02-2024, 16:06

20-02-2024, 10:59

20-02-2024, 10:47

19-02-2024, 15:57

19-02-2024, 15:52

16-02-2024, 15:24

16-02-2024, 15:23

16-02-2024, 15:04

15-02-2024, 09:49

13-02-2024, 16:54

13-02-2024, 16:51

9-02-2024, 12:21

8-02-2024, 17:25

8-02-2024, 17:24

7-02-2024, 15:15

7-02-2024, 15:09

7-02-2024, 15:08

1-02-2024, 11:50

29-01-2024, 22:22

29-01-2024, 20:11

29-01-2024, 20:06

22-01-2024, 21:56

17-01-2024, 22:34

17-01-2024, 21:10

29-12-2023, 17:59

29-12-2023, 17:57

29-12-2023, 17:56

29-12-2023, 17:55

28-12-2023, 18:02

27-12-2023, 17:54

26-12-2023, 10:01

20-12-2023, 15:48

20-12-2023, 15:46

20-12-2023, 15:44

18-12-2023, 20:14

16-12-2023, 20:28

16-12-2023, 20:24

11-12-2023, 12:54

Azərbaycan sülh danışıqlarından imtina etməlidir - TƏLƏB

Tarix: 23-04-2020 23:39   
Azərbaycan sülh danışıqlarından imtina etməlidir
“Bizə "Qarabağ Azərbaycanındır, nida işarəsi!" deyən Prezidentin sərt münasibətinə eyni sərtliyi nümayiş etdirən Xarici işlər naziri lazımdır”.

Bunu GÜNpress.az-a Təkamül Partiyasının sədri Teyyub Qənioğlu deyib.

Partiya sədrinin sözlərinə görə, dünyada və təəssüf ki, ölkəmizdə də, koronavirus pandemiyasının yayılması 7-dən 77-yə kimi hər kəsi məşğul və məyus etsə də, heç kəs ondan daha betər olan Qarabağ kimi böyük dərdimizi yaddan çıxarmayıb və çıxara bilməz:

“Göründüyü kimi, Qarabağ probleminin həlli ölkəmizlə yanaşı, ATƏT-in Minsk qrupu həmsədrlərinin, xüsusilə də, Rusiyanın özünəməxsus "diqqət mərkəzindədir". Belə ki, aprel ayının 21-də Qarçakov adına İctimai diplomatiyaya dəstək klubu üzvlərinin dəyirmi masasında çıxış edən Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Qarabağ probleminin həlli məsələsinə toxunaraq deyib ki, münaqişənin həllində mərhələli plan nəzərdə tutulur. İlk mərhələdə ən aktual - Dağlıq Qarabağ ətrafındakı bir sıra rayonların azad olunması, kommunikasiya, nəqliyyat və iqtisadi əlaqələrin bərpası və s. məsələlərdir”.

Qeyd edək ki, Lavrovun bu çıxışına dərhal münasibət bildirən Ermənistanın Xarici işlər naziri Azərbaycan ərazilərinin işğaldan azad edilməyəcəyini deyib, indiyə qədər aparılmış danışıqlar prosesi və münaqişənin mərhələli həlli ilə bağlı təklifləri də rədd və inkar edib.

T. Qənioğlu Ermənistanın Xarici işlər nazirinin S. Lavrovun açıqlamasına münasibətini şərh edən Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevdən də sitat gətirib:

"Ermənistan bu kimi dağıdıcı açıqlamalarla danışıqlar prosesindən çıxmaq məqsədini güdürsə, onda öz mövqeyini açıq bildirməlidir".

T.Qənioğlu isə deyir ki, Ermənistan işğal etdiyi ərazilərimizi azad etmək istəmədiyini bundan artıq daha necə açıq bildirməlidir? “Biz, Azərbaycan olaraq, "Görünən dağa" blədçimi axtarırıq? Məgər ermənilər Qarabağda kütləvi məskunlaşdırma həyata keçirməklə, kilsələr, məktəblər, istirahət ocaqları tikməklə, yeni yaşayış məskənləri salmaqla, geniş, müasir yollar çəkməklə, azad şəkildə, heç kəs tanımasa da, "prezident seçkiləri” təşkil etməklə öz mövqelərini əyani şəkildə bildirmirlərmi? İşğal etdikləri əraziləri azad etmək istəsəydilər belə geniş quruculuq-abadlıq işləri aparardılarmı? Ermənilər nəinki Dağlıq Qarabağımızı, heç işğal edilmiş ətraf rayonlarımızı da azad etmək istəmirlər. Ermənistanın Xarici işlər naziri də bunu açıq bildirmirmi? Məgər aprel döyüşləri zamanı azad etdiyimiz torpaqları ermənilərin "itirilmiş torpaqlar" adlandırmaları bizə dərs olmadımı?” ,- T. Qənioğlu əlavə edib.

Partiya sədrinin fikrincə, Azərbaycanın şimaldan və cənubdan olan "strateji müttəfiqləri”nin bizə və Ermənistana olan münasibəti, ATƏT-in Minsk qrupundakı xristian üçlüyün "problemin həlli ilə bağlı səyləri", onların "hərbi yol münaqişənin həll yolu deyil",- kimi mövqeləri bizdən çox ermənilərə aydındır: “Bu, erməniləri torpaqlarımızı işğalda saxlamağa ruhlandırır. Yaranmış mövcud şəraitdə dövlətimizin Qarabağımızı hərbi yolla azad etmək istəyindən hələlik vaz keçməsi haradasa başadüşüləndir. Başa düşülməyən - ermənilərin torpaqlarımızı sülh yolu ilə azad etmək istəmədiklərini bilə-bilə əhəmiyyətsiz, sonu olmayan sülh danışıqlarının davam etməsində israr etməyimizdir. Nə qədər tolerant, sülhsevər olmaq olar, bunun sonu yoxdurmu? Bizə heç bir əhəmiyyəti olmayan "sülh danışıqlarında" iştirak edərək "həmişə gülümsəyən, yaxşı oğlan olmaq" istəyən Xarici işlər naziri yox, "Qarabağ Azərbaycanındır, nida işarəsi!" deyən Prezidentin sərt münasibətinə eyni sərtliyi nümayiş etdirən Xarici işlər naziri lazımdır. Nəzərə almaq lazımdır ki, artıq zaman bizim yox, ermənilərin xeyirinə işləyir və vəziyyəti qəti şəkildə dəyişməyimizə ciddi ehtiyac vardır! Hesab edirik ki, biz heç kimə əhəmiyyət vermədən, kimin necə yanaşmasından asılı olmayaraq ermənilərə yönəlik ciddi təbliğat kampaniyasına start verməliyik”.

T.Qənioğlu deyir ki, Ermənistan Xarici işlər nazirinin son açıqlaması nəzərə alınaraq Azərbaycan sülh danışıqlarından imtina etməlidir.

“Beynəlxalq, eləcə də regional, ermənipərəst güclərin, Qarabağımızı genişmiqyaslı müharibə yolu ilə azad etmək istəyimizə "isti" yanaşmayacaqlarını bilirik. Ancaq aprel döyüləri göstərdi ki, ardıcıl lokal hücumlarla erməniləri "ağıllandırmaq" mümkündür”, - Partiya sədri əlavə edib.


{sape_links}{sape_article}