Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
16-03-2024, 21:50

16-03-2024, 21:48

16-03-2024, 12:41

15-03-2024, 14:30

13-03-2024, 13:11

5-03-2024, 21:04

5-03-2024, 20:07

4-03-2024, 13:34

4-03-2024, 13:30

29-02-2024, 12:15

24-02-2024, 16:23

23-02-2024, 20:05

20-02-2024, 16:28

20-02-2024, 16:06

20-02-2024, 10:59

20-02-2024, 10:47

19-02-2024, 15:57

19-02-2024, 15:52

16-02-2024, 15:24

16-02-2024, 15:23

16-02-2024, 15:04

15-02-2024, 09:49

13-02-2024, 16:54

13-02-2024, 16:51

9-02-2024, 12:21

8-02-2024, 17:25

8-02-2024, 17:24

7-02-2024, 15:15

7-02-2024, 15:09

7-02-2024, 15:08

1-02-2024, 11:50

29-01-2024, 22:22

29-01-2024, 20:11

29-01-2024, 20:06

22-01-2024, 21:56

17-01-2024, 22:34

17-01-2024, 21:10

29-12-2023, 17:59

29-12-2023, 17:57

29-12-2023, 17:56

29-12-2023, 17:55

28-12-2023, 18:02

27-12-2023, 17:54

26-12-2023, 10:01

20-12-2023, 15:48

20-12-2023, 15:46

20-12-2023, 15:44

18-12-2023, 20:14

16-12-2023, 20:28

16-12-2023, 20:24

11-12-2023, 12:54

8-12-2023, 14:43

7-12-2023, 12:59

6-12-2023, 16:38

6-12-2023, 16:23

4-12-2023, 15:00

30-11-2023, 16:28

30-11-2023, 16:24

30-11-2023, 13:38

28-11-2023, 16:05

28-11-2023, 16:02

18-11-2023, 16:11

18-11-2023, 16:04

14-11-2023, 16:04

14-11-2023, 15:58

14-11-2023, 15:56

14-11-2023, 15:55

13-11-2023, 12:00

Azərbaycanda icra hakimiyyətləri ləğv olunsun! – Ekspertdən islahat təklifi

Tarix: 06-05-2019 14:58   
Azərbaycanda icra hakimiyyətləri ləğv olunsun!
“Belə baxanda özləri də deyir ki, artıq ölkədə islahatlar gedir. Dövlət qurumlarından soruşun ki, nə islahat aparmalısız, islahat proqramlarınız hanı? Müstəqil ekspertlərin işi hökumətin islahatına baxıb dəyərləndirməkdir. Gərək hökumətin hansısa islahatı olsun ki, ona baxıb qiymət verək”.

GÜNpress.az bu sözləri “Yeni Sabah”a açıqlamasında iqtisadçı ekspert Rövşən Ağayev deyib. O bildirib ki, hansısa qurumların ləğv olunması, yeni qurumların yaradılması islahat demək deyil:

“Təbii ki, bu da islahatın bir hissəsidir. Amma institusional cəhətdən islahatlara ehtiyac var. Düşünürəm ki, Azərbaycanda icra hakimiyyəti sistemi tamamilə yenidən qurulmalıdır. İlk növbədə regional idarəetmədə ciddi şəkildə islahatlar aparılmalıdır. Yerləri narahat edən problemlərin həlli ilə bağlı mərkəzdən qərarvermə mexanizmlərindən imtina olunmalıdır. Mərkəzi hakimiyyət orqanları ölkədə əsasən ayrı-ayrı sahələrdə strateji problemlərin həlli, planlaşdırma ilə məşğul olmalıdır.

Ona görə, birinci növbədə yerli və regional idraəetmə sistemi dəyişməlidir. İdeal yanaşma olardı ki, Azərbaycanda artıq regional idarəetməyə keçid baş versin. Yerli icra hakimiyyəti orqanları sovetdən qalma bir sistemdir. Yəni bu gün icra hakimiyyəti başçılarının vəzifələri, funksiyaları, hətta davranışlarını götürsək 1991-ci ildə tarixə qovuşmuş birinci katibliklər və katibləri arasında ciddi bir fərq görmək mümkün deyil. Yeni bazar sisteminin tələblərinə uyğun olaraq idarəetmənin çevikliyi artırılmalı, ikincisi təyinatlı sistemdən seçkili sistemə keçid baş verməlidir. Yerlərdə, region, kənd səviyyəsində vətəndaş onu idarəedən şəxsi özü seçməlidir. Yəni ilk köklü islahat buradan başlamalıdır”.

Ekspert bildirib ki, Azərbaycanda nazirliklərin hər birinin fəaliyyəti strateji plan əsasında qurulmalıdır:

“Yaxın 3-5 il üçün çox aydın strateji planlar olmalıdır və bunların hər birinin hədəfləri dəqiq bilinməli, ölçülməsi üçün göstərici sistemi qurulmalıdır. Hər kəs bilməlidir ki, hansı nazirliyin yaxın 5 il üçün strateji hədəfləri nədən ibarətdir və bu hədəflərə çatmaq üçün hansı hədəf göstəriciləri müəyyənləşib. Bilməliyik ki, 5 il ərzində bu göstəricilərə çatım necə olacaq.

Üçüncüsü, parlamentin səlahiyyəti ciddi şəkildə artırılmalıdır. Parlamentin hökumət üzərində nəzarət, hökuməti sorğulamaq və yoxlamaq imkanı olmalıdır. Hər bir nazir ildə bir dəfə (bu gün baş nazir çıxıb parlament qarşısında hesabat verən kimi olmamalıdır) parlamentin qarşısına çıxmalıdır. Hesabat verməlidir ki, büdcəni təsdiq edəndə hansı büdcə öhdəliyi götürmüşdüm, parlament olaraq hansı büdcəni ayırmışdınız, bir ildə büdcəni xərclədim, hansı nəticə əldə etdim, hansıları əldə edə bilmədim və niyə əldə edə bilmədim. Bunun səbəblərini aradan qaldırmaq üçün indi əlimdə hansı fəaliyyət planı var.

Demokratik sistem qurulmalıdır. Hər bir məmur ləyaqətinə, iş bacarığına görə təyin olunmalı, şəxsi sədaqət prinsipi əsasında təyinat sistemindən ümumiyyətlə, imtina olunmalıdır.

Hər hansı təyinatlı qurumlarda aydın meyarlar olmalıdır ki, kim hansı vəzifəyə necə qoyulub, hüquqi baxımdan əsaslandırılmalıdır. Vəzifəyə təyinat alan şəxslər də meyara uyğun gəlməlidir. Yəni kiminsə qohumu qardaşı, əmisi oğludur deyə yox. Nepotizm sistemi deyirlər buna, yəni qohumluq əlaqələri əsasında vəzifələrin tutulması . Bundan imtina olunmalıdır”.

R.Ağayev azad biznes məsələsinə də toxunub:

“Ölkədə azad biznesin inkişafı üçün məmur sahibkarlığından birmənalı şəkildə imtina olunmalıdır. Bilmirəm sistem necə qurulmalıdır, beynəlxalq təcrübə öyrənilməlidir, amma məmur və onun yaxınlarının biznesinə son qoyulmalıdır. Bizdə deyirlər ki, filankəsin oğlu bu işlə məşğul olur da, özü deyil. Necə olur ki, bu ölkədə imkanlı şəxslərin hamısı məmurlara yaxın adamlardır. Ölkədə məmur sahibkarlığından kənar gerçəkdənmi qabiliyyətli adamlar yoxdur? Yəni dövlət resurslarından məmur və ailələrinin sahibkarlıq maraqlarının istifadəsinə gedən mexanizmlər, yollar qapadılmalıdır. Bunun üçün ciddi şəkildə iş görülməlidir.

Sonra nəticə əsaslı büdcəyə keçid prosesi başa çatdırılmalıdr. Düzdür, strateji yol xəritəsində bu nəzərdə tutulub, fərmana əsasən 2021-ci ildə başa çatacaq. Bilmirən başa çatacaq, ya yox, amma 2020-ci ildə nəticə əsaslı büdcəyə keçid prosesi başa çatmalı idi. Hər bir nazirliyin büdcədən aldığı pul nəticəyə əsaslanmalıdır. Bilinməldir ki, pulu alırsa 2-3 ildən sonra hansı işlər görülüb. Nəhayət hamının dediyi bir məsələ var.

Ölkədə həm biznes, həm cəmiyyətdə ədalətin bərpası, bütün islahatların təminatı üçün azad və ədalətli məhkəmə sistemi qurulmalıdır. Hər bisnesmen, vətəndaş arxayın olmalıdır ki, onun haqqı pozulanda heç bir siyasi iradə məhkəmədə onun haqqını əlindən ala bilməz.

Sadaladıqlarım yoxdursa, bu gün bu vəzifəyə filankəsi təyin edim, 3-5 il işləsin, bəyənmədik bütün günahları onun boynuna yıxıb onu işdən çıxardaq, yerinə başqasını qoyaq, dövlət proqramı qəbul edək, cəmiyyət 3-4 il fikirləşsin ki, bu proqram icra olunacaq və yaxşı olacaq - hamısı boşdur. 3-4 ildən sonra deyək ki, yeni proqramlara ehtiyac var. Bunlar hamısı cəmiyyət üçün vaxt itkisidir. Buna görə dediyim istiqamətdə islahatlar olmasa, Azərbaycanda aparılan tədbirləri, işləri itirilmiş vaxt kimi qiymətləndirirəm”.


{sape_links}{sape_article}