Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
16-03-2024, 21:50

16-03-2024, 21:48

16-03-2024, 12:41

15-03-2024, 14:30

13-03-2024, 13:11

5-03-2024, 21:04

5-03-2024, 20:07

4-03-2024, 13:34

4-03-2024, 13:30

29-02-2024, 12:15

24-02-2024, 16:23

23-02-2024, 20:05

20-02-2024, 16:28

20-02-2024, 16:06

20-02-2024, 10:59

20-02-2024, 10:47

19-02-2024, 15:57

19-02-2024, 15:52

16-02-2024, 15:24

16-02-2024, 15:23

16-02-2024, 15:04

15-02-2024, 09:49

13-02-2024, 16:54

13-02-2024, 16:51

9-02-2024, 12:21

8-02-2024, 17:25

8-02-2024, 17:24

7-02-2024, 15:15

7-02-2024, 15:09

7-02-2024, 15:08

1-02-2024, 11:50

29-01-2024, 22:22

29-01-2024, 20:11

29-01-2024, 20:06

22-01-2024, 21:56

17-01-2024, 22:34

17-01-2024, 21:10

29-12-2023, 17:59

29-12-2023, 17:57

29-12-2023, 17:56

29-12-2023, 17:55

28-12-2023, 18:02

27-12-2023, 17:54

26-12-2023, 10:01

20-12-2023, 15:48

20-12-2023, 15:46

20-12-2023, 15:44

18-12-2023, 20:14

16-12-2023, 20:28

16-12-2023, 20:24

11-12-2023, 12:54

8-12-2023, 14:43

7-12-2023, 12:59

6-12-2023, 16:38

6-12-2023, 16:23

4-12-2023, 15:00

30-11-2023, 16:28

30-11-2023, 16:24

30-11-2023, 13:38

28-11-2023, 16:05

28-11-2023, 16:02

18-11-2023, 16:11

18-11-2023, 16:04

14-11-2023, 16:04

14-11-2023, 15:58

14-11-2023, 15:56

14-11-2023, 15:55

13-11-2023, 12:00

"Risk ola biləcək xəbərləri də yazıram" - İdman aləminin xanım jurnalisti

Tarix: 09-04-2019 18:04   
"Risk ola biləcək xəbərləri də yazıram" - İdman aləminin xanım jurnalisti
Idmansevər xanımlarla müsahibələrə davam... Bugünkü həmsöhbətim idman jurnalisti Aygün Osmanovadır. O, saytımıza müsahibəsində həm özü, həm də futbolla bağlı fikirlərindən bəhs edib.

Əvvəlcə Aygünü yaxından tanıyaq.

- 1989-cu il 29 mart Qazaxda qardaşımın 1 yaşı olan gün dünyaya gəlmişəm. Yəni ona hədiyyəyəm. (gülür)...

Qazax rayon 1 saylı orta məktəbi bitirmişəm. Daha sonra Bakı Avrasiya Universitetinin Beynəlxalq Jurnalistika fakultəsini bitirmişəm.

Elə ali təhsilimi başa vuran kimi işləmək üçün bəzi sayt və qəzetlərə baş vurdum. Düzdür, yox cavabları çox aldım. Çünki heç bir yerdə işləməmiş, stajı olmayan birinin işə qəbul edilməsi asan deyil.

Nəisə, təsadüfən Əlişir Əhəd bəyi "facebook”da tapdım. Onun saytında işləmək, təcrübə yığmaq istəyirdim. Amma o, məni birinci SİA-ya, sonradan Publika.az-a yönəltdi. Onun bu yaxşılığını unuda bilmərəm. Bir sözlə, artıq 9 ildir idman jurnalistiyəm.

- İdman bölməsini özün seçdin, ya iş elə gətirdi?
- Özüm seçdim. Çünki uşaqlıqdan xəyalımda var idi, deyirdim ya cəbhə bölgəsində, müharibə bölgəsində çalışan müxbir olacam, ya da idman müxbiri... Ancaq ailəm hərbi müxbir olmağa icazə verməyə bilərdi. İdmanı da ona görə sevirəm ki, qardaşım güləşçi olub. Gözümü açandan atam evdə güləşdən, idmandan danışıb. Hətta hamı yatanda atamla mən sabaha qədər TV-də yayımlanan boks, güləş, cüdo yarışlarına baxırdıq. Elə bu üzdən universitetə də gecikirdim. O zaman da qrup yoldaşlarıma mesaj atırdım ki, xahiş edirəm "qayıb” yazdırma, 5 dəqiqəyə çatıram. (gülür)...

Bundan əlavə, mən oxuduğum Səlim Əfəndiyev adına 1№-li orta məktəbdə direktorumuzun Bəsti Ələkbərovanın idmançılara xüsusi diqqəti vardı. Nə yalan deyim, bu sahə o vaxtdan diqqətimi çəkirdi ki, görəsən orada möhtəşəm olan nədir?

Nəisə, ailəmdəki idmana bağlılıq, direktorumuzun idmana və idmançılara rəğbəti məndə bu sahəni seçməyə bir qığılcım yaratdı. Jurnalist kimi işə başlayanda da hansı sahə deyə soruşdular, o saat idman dedim.

- Bəs özün hansısa idman növü ilə məşğul olmusan?
- Yaxşı həndbollçu idim. Bundan əlavə yaxşı qapıcı idim. Bir az karate ilə məşğul olmuşam. Şahmat oynayırdım. Rayonlar arası dərəcəm vardı. Hamısını da təhsil üçün "qurban verdim”. (gülür)...

İndi özüm üçün sağlamlıq xatirinə məşğul oluram. Ən yaxşı idman isə, qızımla birlikdə işə velosipedlə gəlib-getmək idi. Onu bağçaya aparırdım, özüm də işə gedirdim. Təəssüf ki, havalar soyudu deyə ona da fasilə veridim. Havalar tam isinsin, yenidən bağçaya və işə velosipedlə get-gəl edəcəm. (gülür)...

- Qızınla bağlı xəyalın nədir? Onun idmançı olmasını istərsən, yoxsa elm, qələm adamı olsun?
- Mən düşünürəm ki, qızımın işi, gələcək karyerası ilə bağlı xəyal qursam ona haqıszlıq edərəm. Məncə, qızım gələcək işini özü seçməlidir. Mən də özüm seçmişəm.

Müəllim də olsa, idmançı da olsa, jurnalist də olsa, seçdiyi sahədə ən tanınan, uğur qazanan biri olmalıdır. Mən hər zaman onun arxasında olacam. Amma təhsili mütləqdir. Çünki bir qızın təhsili onun gələcəyi üçün çox önəmlidir. Ən azı özünü inkişaf etdirməyi bacarmalı, yerində saymamalıdır.

- Artıq bir çox valideynlər kiçik yaşlardan uşaqlarını idman kurslarına aparırlar. Sənin belə fikrin var?
- İnşallah, may ayından üzgüçülüyə yazdırmaq istəyirəm. Sağlamlığı və düzqamətli olması üçün...

- Ən çox hansı növündən yazmaq, izləmək daha maraqlı gəlir?
- Güləş, cüdo, boks

Bir də əvvəldə qeyd etmək yadımdan çıxdı qatı "Beşiktaş"lıyam. (gülür)...

- Qatı azarkeşsən?
- Yox, qatı futbol azarkeşi deyiləm. Amma qatı "Beşiktaş”lıyam. "Beşiktaş”ın üzvü olan bütün idman növləri (basketbol daxil) qalib olmasını istəyirəm.
Vaxt etdikcə, "Beşiktaş” klubunun oyunlarına baxıram. Baxa bilməsəm də, mütləq hesabı öyrənirəm.

- Bəs Azərbaycan futboluna marağın var?
- İşim gərəyi baxıram. Amma belə fanat dərəcəsində yox…

- Ölkə futbolunun səviyyəsini necə qiymətləndirirsən?
- Məncə, çox bərbaddır. Amma "Qarabağ”a baxanda arada sevinməyim gəlir.

- Bəs idman mətbuatında vəziyyət səncə ürək açandı?

- Yazmağa qoysalar, normal...

Biri sənə müsahibə verir şikayətini dilə gətirir, yazırsan. 15-20 dəqiqə sonra ona həmin qurumdan nə deyirlər, nə demirlər ya təkzibə başlayır, ya da yalvar-yaxarla dəyişməyə...
Ən yaxşı halda, mən müsahibə vermirdim səmimi söhbət edirdim. Səninlə müsahibə üçün zəng edən, axtaran bir jurnalistlə nə səmimi söhbətin?

Əslində mən idman mətbuatında bir tək jurnalisti özümə ustad sayıram- Natiq Muxtarlı. O, mənə deyəndə ki, "Aygün onların nazıyla çox oynayırsan”, deyirdim "Əmi yox e, yazıqdır. Səhvdir edib, yazmayaq”. O da sağ olsun görürdü çox kövrək yanaşıram, razılaşırdı. (gülür)...

Amma son 4 ildə Natiq əmiyə haqq verirəm və dedikərinə əməl etməyə çalışıram. Gördüyün, bildiyin, təsdiqlətdiyin xəbərdir, deyib yazıram.
Çünki kiminsə işinə yarayıb təmənnasız problemini işıqlandırdıq. Sonra yazılarımız sayəsində məşhurlaşanlar özünü qoyur dağın başına. Sənin sayəndə məşhurlaşdığını unudur.

Bu zaman onların bəzilərinə yazıram ki, alman filosofu Fridrix Nitsşe sizin kimilər haqqında çox gözəl yazıb, açın oxuyun: "Dünyanın ən yüksək taxtına da çıxsanız oturacağınız yer yalnızca öz ombanızın üstüdür”.
Amma yenə də yazmağı sevirəm. Yazılarım da kimisə narahat edir və başqa birinin işinə yarayırsa daha çox sevinirəm.

- Qarşılaşdığın və başına gələn ən yadda qalan qalmaqal hansıdır?
- Son 2 ildə nə hikmətdirsə nə yazıram qalmaqal olur: Yaxşı yazanda da , pis yazanda da... (gülür)...
Amma bir şey yadımdan çıxmır. Yadıma gəlir bir dəfə Natiq əmiylə bir yerdə işlədiyim vaxt. Mənə dedi get PFL rəhbəri Ramin Musayevlə müsahibəyə. Müsahibə üçün də elə suallar təqdim edib mənə ki, bu tip sualları ver gəl. Bir sözlə qalmaqal olsun.

Mən də o suallar həcmində hazırlaşmışam. Elə düşünürəm gedib Ramin Musayevə sərt reaksiya verəcəyi sualları verəcəm o da narahat olacaq. Ya nəbilim deyəcək bu nə suallardı verirsən.

Nəisə, bu düşüncə ilə getdim. Aslan Şahgəldiyevlə münasibətim normaldır. Aslan bəyə, zarafata sözümü deyə bilirəm. Ramin müəllimi ilk dəfə idi görürdüm. Nəisə, getdim Ramin müəllimlə müsahibəyə. Beyinimdə də tutmuşam ki, Ramin Musayevə dəhşətli suallar verəcəm.

Suallara başlamaq istədim, Ramin Musayev başladı aşıq sənətindən danışmağa. Qazax aşıqlarından danışdı. Nəbilim qazaxı dostlarından, tanışlarından danışdı, rəhmətlik Aşıq Ədalətdən danışdı. Bir şirin dillə danışdı, hətta şairlərlə bağlı danışdı. Dedim yox e, mən ona bu suaları verə bilmərəm, adam bir mələk. (gülür)...

Həqiqətən də elə vəziyyətə düşdüm ki, təsəvvür elə bir sual da verə bilmədim. Əlimdə yazdığım sualları belə oxuyub deyə bilmədim. Onda mətbuatda yeni idim, sualları vərəqə yazıb aparırdım. Dedim özünüz oxuyun cavablayın. O da güldü, Aslan Şahgəldiyev də, mən də. Sağ olsun, məni pis vəziyyətdə qoymadı, oxudu cavabladı.

Gələndə dedim yox, əmi, Ramin Musayev qızıl adamdır. Ondan sonra Ramin müəllimlə bir dəfə qəşəng həyatıyla bağlı müsahibə götürdüm, daha sonra bir neçə dəfə də telefonla danışdıq. Artıq o vəziyyətə düşmürdüm, hazırlıqlı idim. (gülür)...

- Bəs indi ürəklə yoxsa məntiqlə hərəkət edirsən?

- Deyəsən ürəklə... Çünki Risk ola biləcək xəbərləri də yazıram. Çox sağ olsun, indi işlədiyim rəhbərlik qadağa qoymur. İşləməkdə sərbəstlik verib. Amma arada məntiqi də işə salıram. (gülür)...
Sport7.az


{sape_links}{sape_article}