Xəbər lenti
18-04-2018, 06:36

11-04-2018, 19:16

27-11-2017, 19:33

27-11-2017, 19:29

23-11-2017, 08:21

23-11-2017, 08:14

23-11-2017, 08:06

21-11-2017, 20:19

18-11-2017, 06:17

17-11-2017, 21:09

17-11-2017, 21:04

17-11-2017, 20:59

17-11-2017, 20:54

17-11-2017, 20:43

17-11-2017, 20:33

17-11-2017, 20:30

17-11-2017, 20:26

17-11-2017, 20:23

17-11-2017, 20:19

17-11-2017, 14:35

25-09-2017, 11:31

25-09-2017, 11:28

25-05-2017, 16:09

25-05-2017, 16:05

16-05-2017, 15:56

11-05-2017, 15:39

11-05-2017, 15:30

11-05-2017, 13:26

11-05-2017, 13:22

11-05-2017, 13:18

6-05-2017, 12:19

6-05-2017, 12:16

6-05-2017, 12:14

6-05-2017, 12:12

6-05-2017, 12:10

6-05-2017, 12:04

2-05-2017, 13:25

2-05-2017, 13:23

2-05-2017, 12:16

1-05-2017, 14:04

1-05-2017, 11:32

1-05-2017, 11:27

24-04-2017, 16:46

24-04-2017, 14:18

24-04-2017, 14:10

20-04-2017, 16:14

20-04-2017, 09:42

20-04-2017, 09:32

20-04-2017, 09:28

20-04-2017, 09:27

20-04-2017, 09:26

19-04-2017, 09:46

15-04-2017, 21:45

15-04-2017, 21:40

13-04-2017, 12:56

13-04-2017, 12:53

13-04-2017, 12:41

28-11-2016, 13:37

11-11-2016, 14:09

11-11-2016, 14:06

7-11-2016, 11:52

4-05-2016, 23:51

4-05-2016, 23:44

4-05-2016, 16:49

4-05-2016, 16:46

26-04-2016, 22:56

25-04-2016, 10:58

24-04-2016, 23:14

Yas düzəldi, bəs toy?

Baxılıb: 451     Tarix: 09-09-2014 15:52   
Yas düzəldi, bəs toy?
İki gündür bir neçə hüzr yerində oldum. Hüzr yeri ona görə deyirəm ki, bizdə işlənən "Xeyir-Şər" ifadəsinin şər hissəsini yasa aid etmək doğru deyil. İnsan ölümü Şər deyə xarakterizə oluna bilməz, səbəbsiz yerə “ölüm Haqdır” demirlər ki...

Son illərdə ən çox məmnun qaldığım mənzərənin şahidi oldum. Açığı, illərdir bu mövzuda danışmaqdan da yorulmuşduq və təkrar-təkrar israfçılığın qarşısının alınmasının vacibliyini vurğulayırdıq. Təşəkkür edirəm Dini Qurumlar üzrə Dövlət Komitəsinə, xüsusilə də Mübariz Qurbanlıya ki, illər boyu həlli təxirə salınan bu problemi yarı-inzibati üsullarla da olsa, çözməyə başladı. Tam qətiyyətlə deyirəm - ağlı başında olan hər bir Azərbaycan vətəndaşı üzdə də, içində də bu addıma sevinir. Yas sahiblərinin işi xeyli yüngülləşib. Artıq kiminsə qarnını doyurmaq əvəzinə, vəfat etmiş yaxınını, onun himayəsində olanların taleyini düşünməyə daha çox vaxt ayıra biləcəklər. Hələ qəbir yerlərinin ayrılmasında rüşvət də ortadan qaldırılsa, qəbiristanlıqlar mavzoleydən çox səliqəli ziyarət məkanlarına çevrilsə bu faydalı iş daha çox rəğbətlə qarşılanar. Narazı qalanlar da təbii ki, olacaq. Çadır mafiyası, qəbiristanlıq mafiyası, bəzi geriçi mollalar və s. Əsas vətəndaşın razı qalmasıdır.

İndi sıra gəlir toy və şadlıq evi mafiyasına qarşı qətiyyətli hərəkətlərə. Məncə, bu məsələlərlə də birbaşa Mədəniyyət Nazirliyi, şəxsən nazirin özü məşğul olmalıdır. Niyə? Çünki bugünkü toylar Azərbaycan xalqının mədəniyyətini deyil, birbaşa mədəniyyətsizliyini dünyaya təbliğ edir. Bəlkə də Qobustanda qayalıqlarında ibtidai insanlar bu cür şərtlərdə rəqs etməkdən, şənlənməkdən utanardılar. Məcburi insanlara menyu adı ilə on-on iki növ yeməyi zibil kimi yedirdirlər. Bir salat 6-7 toyu yola verir. Hər şeyin pulunu ödəyirsən, ancaq götürüb evə apara bilməzsən. Xatırlayıram, bir dəfə toy sahibi təkid etmişdi ki, stollara viski qoymayın, şadlıq evinin sahibi bildirmişdi ki, menyudan bunu çıxa bilmərəm. Məclisin gedişində toy sahibi viskiləri yığıb evə göndərmək istəyəndə, icazə verilməmişdi ki, ancaq burada içə bilərsiniz. O zaman toy sahibi hər stola yaxınlaşıb qonaqlara içdi-içmədi ucdantutma viski süzəndə şadlıq evinin sahibi yaxınlaşıb bildirmişdi ki, xahiş edirəm ikisini götür apar, amma məni ziyana salma.

500 nəfər qonaq üçün yemək pulu ödənir, heç onun yarısı bişirilmir. Bəzən şadlıq evinə çatacaq yetərli pul da yığılmır. Bəzi toylarda pul yığışmadığına görə gəlinin girov saxlandığını da eşitmişəm. Musiqinin səsi ayrıca bir terrordur, insanların səsdən toyu tez tərk etməsinin qəsdən düşünürlər ki, yeməklər az yeyilsin. Toya salınan pulun da 70 faizi bu və ya digər yolla şadlıq evinə qalır. İndi bunun adı mədəniyyətsizlik, vəhşilik deyil, nədir?

Buyurun, mədəniyyət naziri, siz də bu sahədə vətəndaşı razı salan cəsarətli hərəkət edin. Bu məsələdə vətəndaşların böyük əksəriyyətindən dəstək alacağınızdan əmin ola bilərsiniz. Görək bu menyu terrorunu dayandıra biləcəksinizmi? Yaxşı nümunəni çox vaxt Türkiyədən gətirməyə məcbur oluruq. Bir dəfə tanınmış imkanlı adamının toyunda iştirak edirdim. Fərq qoymadan hər kəsə bir növ yemək gətirdilər, hamı da əminəm ki, gecə vaxtı yeməyin fəsadlarını yaşamadı. Avropada kimə desən ki, Azərbaycan adında ölkə var, orada insanlar sevincli günündə 10-12 növ fərqli yeməyi qarışdırıb yeyir və sabah da hamı sağ-salamat həyata davam edir, bəlkə də inanmazlar. Ona görə də bu sahədə də ayıbımızı mütləq düzəltməliyik.

Həqiqətən də yasına, toyuna görə borca düşən, problemlər yaşayan insanlarımızı görəndə ürəyin acıyır...