Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
24-08-2019, 11:36

24-08-2019, 11:27

24-08-2019, 11:25

24-08-2019, 10:29

23-08-2019, 14:58

23-08-2019, 14:50

23-08-2019, 13:38

23-08-2019, 12:51

23-08-2019, 12:48

23-08-2019, 08:46

22-08-2019, 16:34

22-08-2019, 15:29

22-08-2019, 15:25

22-08-2019, 15:23

22-08-2019, 14:30

22-08-2019, 12:41

22-08-2019, 12:38

22-08-2019, 12:32

22-08-2019, 12:22

22-08-2019, 12:15

22-08-2019, 12:10

22-08-2019, 11:14

22-08-2019, 10:43

22-08-2019, 10:21

22-08-2019, 10:18

22-08-2019, 10:00

21-08-2019, 22:54

21-08-2019, 22:46

21-08-2019, 22:39

21-08-2019, 22:35

21-08-2019, 17:11

21-08-2019, 14:50

21-08-2019, 14:30

21-08-2019, 12:59

21-08-2019, 12:44

21-08-2019, 12:39

21-08-2019, 11:01

21-08-2019, 11:00

21-08-2019, 10:41

21-08-2019, 10:38

21-08-2019, 10:36

21-08-2019, 10:15

15-08-2019, 17:39

15-08-2019, 16:20

15-08-2019, 15:22

15-08-2019, 15:17

15-08-2019, 13:31

15-08-2019, 13:28

15-08-2019, 12:44

15-08-2019, 11:57

15-08-2019, 10:39

15-08-2019, 10:37

15-08-2019, 10:35

14-08-2019, 15:44

14-08-2019, 13:48

14-08-2019, 13:36

14-08-2019, 12:03

14-08-2019, 11:42

14-08-2019, 11:41

14-08-2019, 10:20

14-08-2019, 10:16

14-08-2019, 10:12

13-08-2019, 20:07

13-08-2019, 19:48

13-08-2019, 19:36

13-08-2019, 19:35

13-08-2019, 19:31

13-08-2019, 19:29

İlham Mirzəyev barədə yeni faktlar

Tarix: 25-09-2014 09:56   
İlham Mirzəyev barədə yeni faktlar
Sentyabrın 30-da, saat 11:00-da Nərimanov Rayon Məhkəməsində “Space” telekanalının “Etiraf” verilişinin aparıcısı, dələduzluq ittihamı ilə həbs olunan İlham Mirzəyevin işi üzrə məhkəmə davam etdiriləcək. İ.Mirzəyevin hüquqlarını vəkillər Xanlar Bayramzadə və İkram Abdullayev müdafiə edir.

Redaksiyamıza işdə adı zərərçəkən kimi keçən şəxslərdən biri olan Aynur Əhmədovanın məktubu və iş üzrə tərtib olunan ittiham aktı daxil olub. A.Əhmədova məktubunda İ.Mirzəyevin vergi cinayətlərinin araşdırılmamış qaldığını, talama cinayəti üzrə ona ittiham elan edilmədiyini qeyd edib. O, teleaparıcının məhkəmə qarşısına xırda maddələrlə çıxarılmasına diqqət çəkərək bildirir ki, işə baxan hakimlə İlham Mirzəyevin çox yaxşı münasibətləri var və buna qədər də bu hakim teleaparıcının iddiası əsasında qəzetlərə qarşı qərar qəbul edib. Zərərçəkənin redaksiyamıza təqdim etdiyi ittiham aktında yer alan epizodları oxuduqca teleaparıcının qəbuluna gedən və əli hər yerdən üzülmüş, övlad həsrətində olan insanların pullarını necə mənimsəməsi sadəcə ikrah doğurur.
İttiham aktından aydın olur ki, 10 aprel 2014-cü ildə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi İ.Mirzəyevi saxlamasaydı, o, bu gün də sahibi olduğu falçılıq klinikasında iş başında olacaqdı. Efirdən söylədiyi yalanlarına uyanlar qapısını kəsdirib ondan min bir dərdlərinə əlac umacaq, son qəpiklərini verib nəticə gözləyəcəkdilər.

Həmin gün məlum əməliyyatın keçirilməsinə əsas verən müraciəti hazırda işdə adı zərərçəkən kimi keçən A.Əhmədova edib. İstintaqçılar məsələni araşdırıblar və belə bir ittiham aktı tərtib ediblər. İttiham aktında adı keçən zərərçəkənlərin ad-soyadlarını etik səbəblərdən yazmırıq. Baş prokurorun 1-ci müavini Rüstəm Usubovun təsdiqlədiyi ittiham aktından seçmələri təqdim edirik:

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş U.M ifadəsində göstərib ki, 17 oktyabr 2009-cu ildə oğlu Z.M həmkəndlisi Y.Ü ilə ailə həyatı qurub. Həmin vaxtdan etibarən oğlu həyat yoldaşı ilə cinsi həyat yaşaya bilməyib. O, oğlu və gəlinini müxtəlif tibb müəssisələrinə aparıb, çoxsaylı həkimlərə müraciət edib. Hətta iki dəfə oğlu tibbi müayinə və müalicə üçün İrana və iki dəfə Rusiyaya gedərək həkimə müraciət edib. Müxtəlif həkimlər tərəfindən təyin olunmuş müalicə kursları keçməsinə, çoxsaylı dərmanlar qəbul etməsinə baxmayaraq, onda heç bir müsbət dəyişiklik olmayıb. 2014-cü ilin fevral ayının əvvəllərində qardaşı televizorda görüb ki, “İlhaMed” tibb mərkəzində işləyən İlham Mirzəyev toy gecəsi yaşanan uğursuzluqla bağlı problemləri həll edə bilir, bu cür xəstələri sağaldır.

Qardaşı maraqlandıqda ona bildiriblər ki, həqiqətən də həmin tibb mərkəzində bu işə çarə var. Qərara gəliblər ki, həmin tibb mərkəzinə müraciət etsinlər. 2014-cü il fevral ayının ortalarında o, oğlu və gəlinini Ayna Sultanova heykəlinin yaxınlığındakı “Cıdır” atçılıq meydanının arxa tərəfində çoxmərtəbəli binanın ikinci mərtəbəsində fəaliyyət göstərən “İlhaMed” tibb klinikasına aparıb. Qəbulda oturan xanıma yaxınlaşıb toy gecəsi uğursuzluğu ilə bağlı gəldiklərini söyləyiblər. Həmin xanım onları İlham Mirzəyevin qəbuluna yazıb və bundan sonra 20 fevral 2014-cü il tarixdə, saat 16:00-da o, oğlu və gəlini ilə “İlhaMed” tibb klinikasına gəlib. İlham Mirzəyevin qəbuluna düşmək üçün 50 manat pul ödəyib və qəbula düşüb ona dərdlərini danışıblar. İlham Mİrzəyevə bildiriblər ki, bütün müraciət etdikləri həkimlər oğlunun tamamilə sağlam olduğunu, yəni bir kişi kimi cinsi həyat yaşamaq qabiliyyətinə malik olduğunu, sadəcə, öz həyat yoldaşı ilə cinsi həyat yaşaya bilmədiyini söyləyiblər. İlham Mirzəyev əvvəlcə onları tibb mərkəzindəki G.X adlı həkimin yanına göndərib ki, gəlini UZİ müayinəsindən keçirsin. UZİ müayinəsi üçün əlavə 100 manat pul ödəyiblər. Müayinənin nəticələrinə görə, gəlinin tamamilə sağlam olduğu məlum olub.

16 seansdan sonra oğlunuz və gəlininizdə...

Bundan sonra İlham Mirzəyev bildirib ki, “narahat olmayın, 16 seansdan sonra oğlunuz və gəlininizdə heç bir problem qalmayacaq, onlar normal cinsi həyat yaşayacaqlar”. Qəbul zamanı İlham Mirzəyev bildirib ki, bu işlə psixoloqlar məşğul olacaq. 16 seanslıq müalicə kursunun hər dəfəsində oğlu və gəlini ayrı-ayrılıqda psixoloqun qəbulunda olacaqlar. Hər biri ayrı-ayrılıqda hər dəfə fizioterapiya müalicəsindən keçəcəklər".
İlham Mirzəyev naəlac ailədən hər gün 84 manat alıb!!!

“İlham Mirzəyev bildirib ki, oğlu Z.M-in və gəlini Y.Ü-nün hər dəfə psixoloqun qəbulunda olması üçün hər birinə ayrı-ayrılıqda 30 manat, oğlu Z.M-in və gəlini Y.Ü-nün hər dəfə fizioterapiya müalicəsindən keçməsi üçün hər birinə ayrı-ayrılıqda 12 manat pul ödəməlidir. Yəni ikisinə birlikdə 1 günlük seans üçün 84 manat, 16 günlük müalicə üçün 1344 manat pul ödəməlidir.

“Seansdan sonra özünüzdə dəyişikliyi görəcəksiniz”

O və yanındakı ailə üzvləri İlham Mirzəyevin verdiyi vədlərə tam şəkildə inanmış və həmin tibb mərkəzində 16 günlük seansdan keçməyə qərar veriblər. Bundan sonra oğlu və gəlini həftədə 3 dəfə həmin tibb mərkəzində seanslarda olublar. Hər dəfə onları G.X adlı psixoloq ayrı-ayrılıqda qəbul edib ayrı-ayrılıqda 30-40 dəqiqə söhbət etmiş, bir də gündəlik fizioterapiya müalicəsi keçiblər. Hər dəfə İlham Mirzəyev özü həkimin yanına gəlib, onlara da deyib ki, “narahat olmayın, özünün nəzarəti altındadır, hər şey yaxşı olacaqdır, seansdan sonra özünüzdə dəyişikliyi görəcəksiniz”. Hətta müalicə dövründə o özü iki-üç dəfə İlham Mirzəyevlə görüşüb xahiş etmişdir ki, uşaqları özü də müalicə etsin. İlham Mirzəyev isə demişdir ki, o özü nəzarət edir, axır seanslarda şəxsən özü oğlunu və gəlinini qəbul edəcək, özü məşğul olacaqdır.

“Oğlanla qızın üstünə getməyin...”

İlham Mirzəyev ona deyib ki, “oğlanla qızın üstünə getməyin, onlardan heç nə soruşmayın ki, nə oldu, necə oldu, müalicə ilə bağlı onlardan heç nə soruşub maraqlanmayın, səbirli olun, hər şey yaxşı olacaqdır”.

Borca salınan ana torpağını icarəyə verib!

Beləcə, gəlini 16 günlük seansları tam şəkildə bitirmiş, oğlu isə 15 günlük seansdan keçib 1 seansı qalıb. Oğlu sonuncu dəfə “İlhaMed” tibb mərkəzində 2 aprel 2014-cü il tarixdə olmuş və özü axırıncı seansa getməyib ki, İlham Mirzəyevin bu müalicəsinə inanmır, heç bir nəticəsi də yoxdur. Bir həftə əvvəl onların seansı başa çatmış, lakin oğlu və gəlininin cinsi həyat yaşamaqla bağlı uğursuzluğu aradan qalxmamış, İlham Mirzəyevin təyin etdiyi müalicənin heç bir nəticəsi olmayıb. Halbuki o, uşaqların müalicəsi üçün pulu olmadığından rayonda qohum-əqrəbadan borca pul götürmüş, həmin borcu ödəmək üçün isə dövlət tərəfindən verilmiş 2 hektar pay torpağını 6 illik icarəyə verib, borcunun bir hissəsini, yəni 1000 manatını ödəyib.

Pullar gedib, problemsə qalıb!

Oğlunun toy gecəsi uğursuzluq problemi həll olunmadığı üçün istəyib ki, gedib İlham Mirzəyevdən pulunu geri tələb etsin. Çünki İlham Mirzəyev onları birinci dəfə qəbul etdikdə 16 seansdan sonra problemi tam şəkildə həll edəcəyinə, heç bir problemin qalmayacağına əmin edib. Bir neçə gün əvvəl televizora baxdıqda görüb ki, “İlhaMed” tibb mərkəzinin direktoru İlham Mirzəyev fırıldaqçılıqla məşğul olduğuna görə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. Buna görə o da həmin idarəyə gələrək şikayət ərizəsi ilə müraciət edib. Bildirib ki, o, İlham Mirzəyevin yalan vədlərinə inandığı üçün onun tibb mərkəzinə 50 manat qəbul üçün, 100 manat UZİ müayinəsi üçün, gəlini 16 günlük seansı üçün 672 manat, oğlu 15 günlük seansı üçün 630 manat olmaqla, cəmi 1452 manat pul ödəyib.(musavat)